Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

"Qara valyuta bazarı" nece leğv edile biler? – TƏHLİL

"Qara valyuta bazarı" necə ləğv edilə bilər? - TƏHLİL

10/12/2016

13:24


10.12.2016 / 13:19 xeber –

Bu həftə ən müzakirə olunan mövzu xarici valyutanın “qara bazarı” ilə bağlıdır. Bank sektorundan bəzi xəbərlər əhaliyə ümidverici bir “nəfəs” verib. Xəbər ondan ibarətdir ki, Azərbaycan Beynəlxalq Bankının rəhbəri Elmar Məmmədov və “AzərTürkBank”ın rəhbəri Fərhad Adıgözəlov həmin bankların Müşahidə Şuralarının növbədənkənar iclaslarında vəzifələrindən kənarlaşdırılıblar. İclaslar da, qərarlar da eyni qaydada və cəmi bir neçə günlük fərqlə keçirilib və qəbul olunub. Sonradan məlum olub ki, həmin bankirlər ölkədə valyutanın “qara bazarın” formalaşmasında fəal iştirak ediblər, faktiki olaraq, “qara bazarı” valyuta ilə təmin ediblər. Nəticədə, banklarda valyuta qıtlığı yaşanıb, çünki banklar avro və dolları əhaliyə satmaq əvəzinə “qara bazara” göndərərək daha baha qiymətə "xırıd ediblər". Məntiq və sxem çox sadədir: bankda olan nağd xarici valyuta (bizim halda – dollar və avro) bankda satılmır, “qara bazarın” “juçoklarına” verilir, onlar da həmin valyutanı öz bazarlarında rəsmi kursdan qat-qat baha qiymətə satırlar. Rəsmi məzənnə dollar üzrə 1,73 manat olduğu halda bank onu Mərkəzi Bank tərəfindən icazə verilən + 4%-lik marja ilə 1,8-ə sata bilər, amma “qara bazarda” icazə-marja kimi anlayış yoxdur ki, nəticədə dolların məzənnəsi bəzən 2 manata çatır. Gəlir 4%-lik marjadan dəfələrlə çoxdur və qeyri-rəsmidir, nə vergi var, nə uçot, nə rəsmi kassa hesabatı var. Amma “nağıl” sona çatdı və əhali indi fikirləşir ki, əgər bu cür bankirlər işdən kənarlaşdırılıb, bu sxem aşkarlanıb və “qara bazar” ləğv olunubsa, hər şey normal halına qayıdacaq və dolları sərbəst olaraq bankda rahat almaq olacaq. Qısa müddətdə – hə, bəs gələcəkdə necə?

 

 

Çünki “qara bazarın” yaranma səbəb və amilləri sadə görünsə də, əslində makroiqtisadi və bank sistemində dərin problemləri əks etdirir. Amma biz onlardan danışmayacağıq, yəni, məsələn, neft ucuzlaşıb, ölkəyə valyuta daxilolmaları azalıb, qıtlıq yaranıb, banklar sabahkı məzənnəyə əmin olmadıqlarına görə dollar satmır, nəticədə “qara bazar” yaranır və sair və sair. Bu, hamıya məlumdur, buna biz heç toxunmayacağıq. Amma bizim halda “qara bazarın” yaranmasında səbəbkarlar, konkret səbəbkarlar var. Və onlar işdən çıxarılan iki bankir deyil, daha dəqiq, tək onlar deyil, onlar yalnız çətin vəziyyətdən istifadə ediblər. İlk növbədə bankirlər açıq spekulyasya ediblər və, bəlkə də, işdən çıxarılan iki bankir sonuncu deyillər. Lakin hər şey bu dərəcədə sadə deyil ki, banklarda (satıcıda) valyuta (mal) var, onu mübadilə məntəqəsində (rəsmi mağazasında) satmır, gizli yolla vasitəçiyə ötürür, o da həmin malı “qara bazarda” satır. Budur “qara bazarın” yaranma sxemi, çünki əgər iş obyektiv valyuta çatışmazlıqdadırsa, onda həmin valyuta “qara bazarda” haradan peyda olur? “Juçoklar” dolları zirzəmilərində saxlamışdırlar və indi bu ehtiyatı satırlar? Xeyr, onların bank sektorunda valyuta təminatçısı, tədarükçüsü var. İkisi artıq məlumdur, ardı isə gəlir…

 

Amma, dediyimiz kimi, problemin digər tərəfləri də var. “Qara bazar” o zaman yaranır ki, nağd valyuta üzrə kəskin defisit olur. Niyə? Burada əsas söz “nağd” sözüdür. Son aylar ərzində Azərbaycanda valyuta ajiotajı həm də onunla bağlıdır ki, əhalini faktiki olaraq nağd valyuta almağa məcbur edirlər. Daha dəqiq desək, insana valyuta iki səbəbdən lazım olur – dollar və ya avronu xaricə səfərə gedəndə alırlar, ya da fiziki və ya hüquqi şəxslər fərdi və ya işgüzar məqsədlər üçün xaricə valyuta göndərirlər. Birinci hal ilə bağlı heç bir sual yoxdur, ikinci hal ilə bağlı bəzi suallar var.

 

Azərbaycanda valyuta böhranı ilə paralel bəzi hadisələr baş verib, yəni banklarda pul köçürmə sistemləri ya tam bağlanıb, ya da tam kortəbii formada fəaliyyət göstərir. Yəni banklar xaricə pulu göndərmək üçün dollar və ya avronu nağd şəkildə gətirilməsini tələb etməyə başlayıblar. Bu, bank biznesi üçün tam izah olunmaz bir şeydir, çünki pulun göndərilməsi fiziki şəklində “göyərçinlərlə” həyata keçirilmir. Bütün dünyada bu proses bankdaxili valyuta mübadiləsi (konvertasiya) yolu ilə edilir, edilib və ediləcək. Yəni xaricə pul göndərmək istəyən şəxs həmin vəsaiti manatla banka təqdim edir, bank isə günün məzənnəsinə görə vəsaiti valyutaya çevirərək ünvana göndərir. Azərbaycanda isə bankların konvertasiya anlayışı ilə bağlı konkret problemləri var. Əks halda yaranmış durumu necə izah etmək olar? Banklar konvertasiya anlayışını tam şəkildə unudaraq köçürüləcək nağd pulun valyuta formasında gətirilməsini tələb edir. Və… müştəriyə valyuta satmadığı halda. Bank valyuta satmırsa, müştəridən köçürmə üçün valyuta tələb edirsə, müştəri məcbur olaraq qara bazara üz tutur. Əslində problemin mahiyyəti budur – nağdsız pul köçürmələri prosesi ölü vəziyyətə salınıb, bununla da "qara bazarın" yaranmasına rəvac verilib. 

 

Və bu prosesdən Mərkəzi Bankın, yaxud  və Maliyyə Bazarlarıma Nəzarət Palatasının xəbərsiz olduğuna inanmaq, sadəlövhlükdür. Banklar müştəridən valyuta tələb olunmasını ölkədən xarici valyutanın axının azaldılması məqsədi daşıdığı ilə əsaslandıra bilərlər, amma əgər köçürmə nağdsız şəkildə həyata keçirilirsə, hesablaşma isə sonra yerli bank-xarici bank sistemi arasında nağdsız şəkildə aparılırsa, bunun nağd valyuta bazarına hansı təsiri ola bilər?

 

Digər tərəfdən bankların daha bir bəhanəsi var – bank hesabı açmadan pul köçürmələrinə icazə vermirlər, yaxud bunu məhdudlaşdırırlar. Atılan addımı müəyyən səbəblərlə izah etmək olar, amma Azərbaycanda “bank hesabdan bank hesaba” sistemi niyə işləmir, bunu izah etmək mümkün deyil. Mərkəzi Bank və ya Palata bundan da xəbərsizdir ki, fiziki şəxs Azərbaycan bankından xaricdəki işgüzar tərəfdaşına dollar ödənişi etmək üçün dollar hesabı açmağa, bunun üçün isə banka nağd dollar gətirməyə məcburdur? Qoy Mərkəzi Bank və Palata izah etsin ki, niyə bank xarici ölkəyə dollar göndərişi üçün müştərinin manat hesabından istifadə edə bilməz və konvertasiya yolu ilə əməliyyat keçirilə bilməz?

 

Azərbaycanda banklar artıq insan məntiqinə uyğun gəlməyən başqa bir addım atıblar: valyutada kreditlərin ödənilməsi yalnız valyutada qəbul edilir. Bütün dünyada bu sxem belədir: müştəri yerli valyuta ilə gəlir, xəzinədar xarici valyutada ödənilməli olan məbləği iki saniyəyə kalkulyatorda bankdaxili konvertasiya məzənnəsi ilə hesablayıb, yerli valyutada məbləği qəbul edir və əməliyyat aparır. Yenə də bankdaxili konvertasiya yolu ilə. Amma Azərbaycan bankları yeni bank nəzəriyyəsi yaradıblar və bu nəzəriyyəyə əsasən nağd bank əməliyyatlarından başqa hər şey qadağandır. Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası buna da göz yumur.

 

Beləliklə, Azərbaycanda “qara bazarın” yaranmasının ilk, əsas və ən önəmli səbəbi ölkədə nağdsız əməliyyatların həyata keçirilməməsidir. Söhbət əlbəttə ki, xarici pul köçürmə və ödənişlərdən gedir. Daha dəqiq desək, səbəb Azərbaycanın bank sistemində bankdaxili konvertasiya anlayışın “unudulmasıdır”. Bu isə bizi maraqlı bir nöqtəyə gətirib. Yəni, banklar xaricə pul göndərmək üçün valyuta tələb edirsə və eyni zamanda özü bu valyutanı olmadığını bəhanə gətirərək satmırsa, deməli bu bank müştərini “qara bazar”a göndərir və deməli bank “qara bazar"dan real gəlir götürür. Və əgər bank daxili konvertasiya anlayışı birdən-birə bütün bankların yadından çıxıbsa, onda nə alınır? O alınır ki, bütün banklar “qara bazar” sövdələşməsinin iştirakçılarıdır və iş yuxarıda qeyd olunan iki bankirlə bitməməlidir.

 

Əlbəttə, qısa müddətdə vəziyyət düzələcək, dollar yenidən banklarda peyda olunacaq, amma sonra nə olacağına əminlik yoxdur. Bunu o səbəbdən qeyd edirik ki, əgər bu gündən başlayaraq Azərbaycanda, nəhayət, bankdaxili konvertasiya əməliyyatları xaricə pul ödənişlərinə “qayıtmasa”, hər şey təkrarlanacaq. Buna isə kim nəzarət etməlidir? Mərkəzi Bank və Palata. Əgər Azərbaycanın "bank sistemində", normal, sivil, ənənəvi qaydalar bərpa olunmasa, konvertasiya əməliyyatları qaytarılmazsa, ölkədə valyuta böhran permanent xarakteri daşıyacaq. Vətəndaşlara şərait yaratmaq lazımdır ki, dollar, avro, rublla xaricə pul köçürmələrini manat ödəyərək bankdaxili konvertasiya yolu ilə həyata keçirə bilsinlər. Bu zaman insanlar gedib qara bazardan dollar almayacaqlar. Bu sxem bərpa olunsa, tam üzən məzənnəyə keçid də qorxulu deyil, çünki artıq indi də faktiki olaraq üzən məzənnədir – məzənnə hərraclarda təklif-tələb əsasında formalaşır. Banklar Azərbaycanda nağd valyutaya tələbatı azaltmaq əvəzinə, onu süni şəkildə artırırlar. Əksinə, banklarda konvertasiya sxemi normal işləsə, qara bazara və valyutaya tələbat kəskin azalacaq, məzənnəyə təsir dərhal zəifləyəcək.

 

Vahab Rzayev, APA Analitik Mərkəzi

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.










MARAQLI
Pulsuz Oyunlar
Azadliq.az - Android

Kitab sifarisi
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2018. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website