14.12.2016 / 01:37 xeber –
Rusiya və Türkiyə XİN rəhbərləri Sergey Lavrov və Mövlud Çavuşoğlu telefon danışığı zamanı Suriyanın Hələb şəhərində yaranmış vəziyyəti müzakirə ediblər.
APA-nın xəbərinə görə, bu barədə Türkiyənin NTV telekanalı hökumətdəki mənbəyə istinadən məlumat yayıb.
Bundan əvvəl Türkiyə XİN-i Rusiya hərbçilərinin Hələbdəki yerli silahlı qruplaşmalarla danışıqlardan sonra atəşkəsə nail olduqlarını bildirib.
Qeyd edək ki, bundan əvvəl Hələbin 98 faiz hissəsinin Suriya ordusunun nəzarətində olduğu bildirilib.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin isə Suriya hökumətinin şərqi Hələb üzərində nəzarətini bərpa etdiyini bildirib.
mənbə :
lent.az
Şərh yaz.