Azadliq.az
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
19/12/2016

Qızıl xaç resmisi: “Hekimimiz Dilgem Əsgerov ve Şahbaz Quliyeve baş çekir” – MÜSAHİBƏ

Qızıl xaç rəsmisi: “Həkimimiz Dilgəm Əsgərov və Şahbaz Quliyevə baş çəkir” - MÜSAHİBƏ


19.12.2016 / 10:55 xeber –

 

“Bakı və Bərdə ofislərimiz itkin düşmüş təxminən 3700 nəfəri qeydiyyata götürüb və bunların 80%-i döyüşçülər olub”

 

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri, xanım Elena Aymone Sesseranın APA-ya müsahibəsi

 

– Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin başçısı təyin edilməyinizdən bir neçə ay keçir. Sizin rəhbərliyiniz altında hansı işlər görülüb?

 

– Mən BQXK-nın Azərbaycan nümayəndəliyinin başçısı kimi fəaliyyətimə mart ayında başladım və bundan az sonra aprel gərginliyi baş verdi. Ölkədə yeni olduğumdan, mənim üçün çətin idi, hələ kontekst barədə çox şey öyrənməli idim. Ancaq mənim bundan əvvəlki təcrübəm BQXK-nın vəziyyətə olan cavabını qısa müddətdə uyğunlaşdırmağa imkan yaratdı. Biz cəbhə xəttinin hər iki tərəfində ehtiyacı olan mülki şəxslərə dəstək üçün əlimizdən gələni etdik və münaqişə zonasına yaxın ərazilərdə yaşadıqları üçün gündəlik həyatında çətinliklərlə üzləşən şəxslərin əziyyətini azaltmaq üçün fəaliyyətlərimizi davam etdirməkdəyik. BQXK aprel gərginliyində əziyyət çəkmiş mülki əhalinin ehtiyaclarını qarşılamaq üçün 2016-cı il üçün olan büdcəsini artırıb. 

 

 

– BQXK münaqişə zonasına yaxın ərazilərdə yaşayan mülki şəxsləri dəstəkləmək üçün nələr edir?

 

– BQXK həm beynəlxalq sərhədlər, həm də təmas xətti boyu işləyir və münaqişənin nəticələrini qarşılamaq üçün Bakı və Yerevandakı nümayəndəliklər, Bərdədəki ofis və Dağlıq Qarabağdakı missiya vasitəsilə fəaliyyət göstərir. Aprel gərginliyindən sonra biz diqqətimizi əsasən insanların təxirəsalınmaz ehtiyaclarını qarşılamağa cəmləşdirdik və adi yaşam tərzlərinin bərpasına çalışdıq. Təmas xətti boyu döyüşlərin intensivləşməsi ev və su sistemləri də daxil olmaqla  infrastrukturun dağılmasına və məhsul itkisinə gətirib çıxardı. Bundan əlavə, təhlükəsizliklə bağlı vəziyyət və müharibənin partlayıcı qalıqları adamları öz sahələrində işləməkdən çəkindirdi. BQXK dərhal cəbhə xəttinin hər iki tərəfində olan münaqişə qurbanlarına yardım etməyə başladı. BQXK Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) ilə sıx əməkdaşlıq şəraitində Ağdam və Goranboy rayonlarından olan, evləri dağılmış mülki şəxslərə Azərbaycan Ərazilərinin Yenidənqurulması və Bərpası Agentliyinin onlar üçün ev tikdiyi müddətdə yaşayış yeri kirayələmək üçün maddi yardım edib. Gərginlikdən dərhal sonra AzQAC və BQXK evləri zədələnmiş ailələri əsas təmir işlərinə imkan yaratmaq üçün plastik örtüklə təmin etdi. Mal-qarasını və ya məhsulunu itirmiş 1500-dən artıq fermerə növbəti məhsul üçün maddi yardım göstərildi. Cəbhəyanı 18 icmanın üzvləri “İş müqabilində nağd pul” layihəsinə cəlb olundu. BQXK Tərtər, Ağdam, Füzuli və Goranboyun 21 kəndində su infrastrukturunu təmir etməkdə hakimiyyət orqanlarına və icmalara yardımçı oldu.

 

Səhiyyə və Müdafiə Nazirliklərinin dəstəyi ilə BQXK cəbhə xəttinə yaxın ərazilərdə çalışan tibb işçilərinə döyüş yaralanmaları barədə seminar və təcili yardım otağı – travmalar kursu təşkil etdi; AzQAC-la sıx əməkdaşlıq barədə biz cəbhəyanı icmalar üçün İlk Yardım Kursları da təşkil etmişik.

 

BQXK və AzQAC, ANAMA ilə də əməkdaşlıq şəraitində, partlayıcı qalıqların yaratdığı təhlükə ilə bağlı maarifləndirici sessiyalar həyata keçirir.

 

Onu da başa düşmək lazımdır ki, cəbhə xəttinə yaxın ərazilərdə uzun müddət yaşamaq adamların, əsasən də qadın və uşaqların, psixoloji durumuna güclü təsir edir. BQXK və AzQAC yerli hakimiyyət orqanları ilə birlikdə icmalara münaqişə ilə bağlı stresi idarə etmək və aradan qaldırmaq üçün proqram həyata keçirəcək.

 

Onu da əlavə edim ki, bizim işimizin ən vacib hissələrindən biri də silahlı münaqişə tərəflərinin rəsmiləri ilə beynəlxalq humanitar hüquqa riayətlə bağlı öhdəlikləri ilə əlaqədar davamlı konfidensial və ikitərəfli dialoq aparmaqdır. Bura xüsusilə də döyüşlərin aparılması, mülki şəxslərin müdafiəsi və məsələn, mülki şəxslər və ya humanitar sahədə işləyənlər cəbhə xəttinə yaxın ərazilərdə fəaliyyət göstərərkən yaranan əlavə ehtiyat tədbirlərinə ehtiyac kimi mövzular daxildir.

 

 

– Aprel döyüşlərində Ermənistan tərəfi xeyli sayda hərbçinin itkin düşdüyünü və onlarla meyitin döyüş meydanında qaldığını bildirdi. Bu döyüşlərdə itkin düşən kimi qeydiyyata alınan şəxslər oldumu? Döyüş meydanında qalan neçə nəfərin meyiti ölkəsinə qaytarıldı?

 

– BQXK və ATƏT-in iştirakı ilə tərəflərin həyata keçirdiyi döyüş meydanında meyitlərin axtarışı və götürülməsi əməliyyatları çərçivəsində BQXK-nın neytral vasitəçi kimi tərəflərlə razılaşdırılmış şəkildə meyitlərin qaytarılması ilə bağlı keçirdiyi 2 əməliyyat sayəsində 2016-cı ilin aprel hadisələrində itkin düşən şəxs yoxdur. Bu, döyüş zamanı həlak olanların ailələri üçün çox vacib nəticədir. O ki qaldı rəqəmlərə, bu, BQXK-nın ictimaiyyətə açıqlayacağı məlumat deyil, rəqəmlərin açıqlanması barədə qərarı münaqişə tərəfləri verir.   

 

– Hazırda münaqişə tərəfləri neçə nəfər şəxs saxlayır?

 

– Hazırda BQXK Dağlıq Qarabağda saxlanılan iki azərbaycanlıya və Bakıda saxlanılan bir erməni hərbi əsirə baş çəkir.

 

– Sizin siyahınızda itkin düşmüş şəxs kimi neçə nəfər qeydiyyatdadır? Onlardan neçəsi Azərbaycandandır?

 

– Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar hal-hazırda təxminən 4500 nəfər itkin kimi bizim qeydiyyatımızdadır. Bu, 90-cı illərdə itkin düşənlərdir. Bizim Bakı və Bərdə ofislərimiz təxminən 3700 nəfəri qeydiyyata götürüb və bunların təxminən 80%-i döyüşçülər olub.

 

– BQXK-nın Azərbaycandakı nümayəndəliyi fəaliyyət göstərdiyi illər ərzində neçə şəxsin əsirlikdən azad olunmasına yardım edib?

 

– Bir məsələni dəqiqləşdirək ki, BQXK-nın kiminsə azad edilməsi ilə bağlı heç bir rolu yoxdur, bu qərarı ancaq saxlayan tərəf verə bilər. Bizim rolumuz siyasi səviyyədə qərar qəbul edildikdən sonra tərəflər arasında təhvilvermənin həyata keçirilməsinə dəstəkdir. O ki qaldı təhvilverməyə, 1992-ci ilin əvvəllərindən bəri təxminən 700 nəfər şəxs BQXK-nın Dağlıq Qarabağ missiyası, Bakı və Yerevan nümayəndəliklərinin dəstəyi ilə qaytarılıb. Müharibənin ilk illərində vəziyyət qarışıq idi və adamlar tutulurdu, sonra BQXK-nın vasitəçiliyi olmadan da qaytarılırdı.

 

– Bu ilin sentyabr ayında Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşmüş 100-dən çox şəxsin fotoşəklinin əldə edilmədiyini açıqladı. Dövlət Komissiyası itkin düşmüş həmin şəxslərin ailə üzvlərindən, qohumlarından, dostlarından və yaxınlarından onların fotoşəkillərinin tapılmasına yardım etmələrini xahiş etmişdi. Bununla bağlı Dövlət Komissiyası ilə BQXK arasında əməkdaşlıq aparılırmı? Aparılırsa, hər hansı nəticə əldə olunubmu?

 

– Biz Dövlət Komissiyası, xüsusən də İşçi Qrup ilə Dağlıq Qarabağ münaqişəsində itkin düşənlərin taleyinin aydınlaşdırılması istiqamətində çox yaxından əməkdaşlıq edirik. AzQAC və Dövlət Komissiyası ilə birgə biz 2008 və 2011-ci illər arasında itkin düşmüş şəxslər haqda ətraflı məlumatların toplanmasını həyata keçirmişik və bu, Dövlət Komissiyası tərəfindən tədricən işlənilir. Bundan əlavə, biz itkinlərin ailə üzvlərindən bioloji nümunələr toplayırıq. Bu iş Dövlət Komissiyası və Dövlət Təhlükəsizlik Xidmətinin Hospitalı ilə birgə həyata keçirilir. BQXK Dövlət Komissiyasına itkinlərin taleyini aydınlaşdırmağa kömək edə biləcək məlumatın toplanmasında və mərkəzləşdirilməsində dəstək verir. Bu, fotoşəkillər kimi vizual materialın toplanmasına da aiddir. Bəzi itkin düşmüşlərin ailələrində ola bilsin ki, əzizlərinin şəkilləri olmasın.

 

 

– BQXK-nın Azərbaycan nümayəndəliyinin keçmiş rəhbəri, xanım Dəniz Duran APA-ya müsahibəsində bu ildən itkin düşmüş şəxslərin qohumlarından bioloji istinad nümunələrinin toplanılmasına başlandığını bildirmişdi. Bu günədək neçə nəfərdən nümunə götürülüb?

 

– İndiyə qədər bu layihə Bakı, Abşeron, Sumqayıt və Salyanda həyata keçirilib. Biz indi Neftçalada bu işi davam etdiririk və sonra qonşu rayonlara keçəcəyik. Bu günə kimi, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və BQXK 3000-dən artıq nümunə toplayıb. Bu nümunələr Dövlət Təhlükəsizlik Xidmətinin hospitalında saxlanılır ki, bir gün eksqumasiya edilə biləcək insan qalıqlarını DNT nümunələrinin müqayisəsi vasitəsilə identifikasiya etmək və ailələrinə qaytarmaq mümkün olsun. Bunun nəticəsində bəzi ailələr bir gün əzizlərinin taleyini öyrənə və həqiqi yas prosesinə başlaya biləcəklər. Bütün bioloji nümunələrin toplanılması bir neçə il tələb edəcək. Təxminən 3700 azərbaycanlı itkin düşüb və identifikasiyanın aparılması üçün hər bir itkinin 3-6 bioloji ailə üzvündən nümunə götürülməlidir. Bu, BQXK və Dövlət Komissiyasının birlikdə həyata keçirdiyi nəhəng bir işdir.

 

– Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycana qaytarılmaları ilə bağlı hansı işlər görülür?

 

– BQXK-nın saxlanılan şəxslərin azad edilməsində və qaytarılmasında heç bir rolu yoxdur. Belə qərar əvvəldə də deyildiyi kimi, siyasi səviyyədə qəbul olunur. Azadedilmə barədə qərar qəbul olunduqda, BQXK neytral vasitəçi olaraq beynəlxalq sərhəddə və ya təmasa xəttində təhvilvermənin həyata keçirilməsinə yardımçı kimi kömək edir. O vaxta kimi isə BQXK mandatına uyğun olaraq istər münaqişə ilə əlaqədar, istərsə də digər səbəblərdən azadlıqdan məhrum edilmiş şəxslərə müntəzəm surətdə baş çəkir. Bu mandat Cenevrə konvensiyalarından irəli gəlir. BQXK saxlanma yerlərində olan şərait və rəftarı qiymətləndirmək və saxlanılan şəxslərlə ailələri arasında əlaqələrin məktublar (Qızıl Xaç məktubları) vasitəsilə saxlanmasını təmin etmək üçün başçəkmələr həyata keçirir. 

 

– Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvləri ilə “Skype” və ya digər görüntülü kommunikasiya vasitəsilə əlaqə yaratmaları üçün tərəflərə müraciət olunubmu?

 

– BQXK-nın tərəflərlə xüsusi mövzularda aparılan dialoqu ikitərəfli və konfidensial xarakter daşıyır. Ümumiyyətlə, BQXK ailə əlaqələrinin mümkün kommunikasiya vasitələri ilə bərpa edilməsi və qorunması üçün əlindən gələni edir.

 

Sizi əmin edə bilərəm ki, BQXK saxlanılan şəxslər üçün təmin olunan səhiyyə xidmətlərinə ciddi fikir verir

 

– Mətbuatda D. Əsgərov və Ş. Quliyevin sağlamlıq durumu ilə bağlı müxtəlif məlumatlar yayılıb. Ailələri də onların sağlamlıq durumunun yaxşı olmadığını deyir. BQXK bu haqda nə deyə bilər?

 

– Saxlanılan şəxs ailəsinə öz sağlamlıq durumu barədə məlumat verə bilər. Ancaq BQXK baş çəkdiyi saxlanılanların şəxsi məlumatlarını ictimailəşdirmir. Mən sizi əmin edə bilərəm ki, BQXK saxlanılan şəxslər üçün təmin olunan səhiyyə xidmətlərinə ciddi fikir verir. Bizim bütün dünyada saxlanma yerlərinə keçirdiyimiz başçəkmələrin ayrılmaz hissəsi saxlanılan şəxslərə olan münasibəti, onlara təqdim edilən xidmətləri və saxlanma şəraitini yoxlamaqdır. BQXK-nın başçəkmələrdə iştirak etmək və tibbi xidmətin təmin edildiyini yoxlamaq üçün həkimləri var. BQXK-nın həkimi müntəzəm olaraq Dağlıq Qarabağda saxlanan hər iki azərbaycanlıya, eləcə də Bakıdakı erməni hərbi əsirə baş çəkir. Ancaq vurğulamaq istəyirəm ki, saxlayan tərəf saxlanılan şəxsin səhhəti üçün məsuliyyət daşıyır. 

 

– Suriya hadisələri başlayandan bəzi Azərbaycan vətəndaşları da orada döyüşlərdə iştirak edir. Həmin şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün sizə ailələrdən hər hansı müraciət daxil olubmu?

 

– Bir neçə ailə BQXK-nın Azərbaycandakı nümayəndəliyinə yaxın qohumlarının Suriyada axtarışı üçün müraciət edib. Ailələrin Suriyada olan Azərbaycan vətəndaşları barədə ətraflı məlumat verə bildiyi halda BQXK-nın Bakı ofisi axtarış sorğusunu aça bilər. Təəssüf ki, həmin ailələr ətraflı məlumat vermə meyarını qarşılamayıblar. Suriyada vəziyyət olduqca təhlükəlidir və BQXK-nın axtarış fəaliyyəti böyük çətinliklərlə üzləşir. 

 

mənbə :
lent.az















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2018. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti