Azadliq.az
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
27/12/2016

Hakerlerin heyretamiz sirleri: 20 saniyeye zenginlik, ağ ve qara “melek”ler… – ARAŞDIRMA

Hakerlərin heyrətamiz sirləri: 20 saniyəyə zənginlik, ağ və qara “mələk”lər... - ARAŞDIRMA


27.12.2016 / 14:44 xeber –

 

Dünyanın ən təhlükəsiz yerlərindən biri hesab edilən ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi (NSA) bu yaxınlarda elə bir təhlükə ilə üzləşdi ki… Hakerlər NSA-nın sisteminə sızıb, əldə etdikləri məlumatlar üçün 500 milyon dollardan çox pul tələb etdilər. Çünki onlar bilirdilər ki, əllərindəki informasiyalar əslində bundan da qiymətlidir. İndiyə kimi bir neçə belə xırda hadisə olsa da, son hadisə NSA-nın toxunulmazlığı haqda əfsanələri puç etməyə yetdi. Sözügedən olay internet casusluğu ilə bağlı son günlərin ən böyük alış-verişi idi.

 

İndi sual olunur: NSA kimi şirkət bu təhlükədən qoruna bilmirsə, adi ölkələrin dövlət qurumları, müxtəlif təşkilatlar və elə sıradan insanlar internetdə nə qədər risk altındadırlar?

 

Lent.az internetdən evimizə, şəxsi həyatımıza soxulan "casus"larla bağlı mövzunu araşdırıb. İnternetə qoşula bilən cihazlar, ən çox da mobil telefonlar vasitəsilə həyatımıza müdaxilənin mümkünlüyü əslində çoxlarına bəllidir. Bu günlərdə ölkənin gündəmində olan "MTN işi"ndən də məlum oldu ki, sabiq Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları neçə-neçə insanları asanlıqla izləyə bilirmiş. Bu xəbərlərin içərisində şok effekti yaradan isə yenə də internetlə bağlı olan məqamlar idi. Məlum oldu ki, adi qaydada alıb evə gətirdiyimiz WF aparatlarına da müdaxilə olunurmuş. Nəticədə, internet vasitəsilə etdiklərimizin hamısı bu cür işbazların qucağına düşürmüş.

 

Mövzu ilə bağlı apardığımız araşdırmalar zamanı maraqlı olduğu qədər də təhlükəli məqamlar ortaya çıxdı. Məsələn, təsəvvür edin ki, oturduğunuz yerdə evinizi izləyə, övladlarınızı görə və hətta şəkillərini belə çəkə bilərlər. Bəlkə elə indi, bu yazını oxuduğunuz anda da kompüterin və ya telefonun kamerasından kimsə sizi izləyir…

 

Bu sahə Azərbaycanda yeni olduğundan internet təhlükəsizliyi ilə əlaqədar yetişmiş  mütəxəssislərin də sayı çox deyil. Amma olanların arasında ciddi nəticələri ilə seçilənlər var. Məsələn, qlobal internet təhlükəsinin qarşısını alan mütəxəssislər var ölkəmizdə. Həm də söhbət hansısa xırda bir məsələdən yox, "Google" kimi nəhəng bir şirkətin də zərər görə biləcəyi təhlükənin qarşısının alınmasından gedir. Üstəlik, bu, yeganə bu cür fakt deyil.

 

Mövzunu APA Holdinqin İnformasiyalar Texnologiyaları Departamentinin təhlükəsizlik üzrə mütəxəssisi Emin Quliyevlə davam etdiririk. Həmsöhbətimiz təhlükəsizlik sahəsində tərsinə mühəndisliklə məşğuldur.

– Azərbaycanda kompüter mühəndisliyi anlayışı hələ təzə sahə sayılır. Bəs sizin məşğul olduğunuz bu tərsinə mühəndislik nə deməkdir?

 

– Bu, proqram təminatlarının analiz edilməsidir. Hazırda əsasən böyük şirkətlər tərəfindən yazılmış proqramları təhlil edirəm. Yeri gəlmişkən, həmin şirkətlərin özləri proqram təminatlarında boşluqların tapılması üçün pul mükafatı təyin edirlər.

 

– Bu sahədə ən böyük uğurunuz nə olub?

 

– Məsələn "Python" adlı proqramlaşdırma dili var. Biz o proqramda boşluq tapdıq. Bu proqramdan Google və digər nəhəng şirkətlər istifadə edirlər. Bu boşluqdan istifadə edib ciddi təhlükə yarada bilərdilər. Məsələn, internet bankçılıq sistemlərinin bir çoxunda bu proqramlaşdırma dilini istifadə edirlər. Bu cür boşluqlar xeyli təhlükə yarada bilər. Təsəvvür edin, bir sızma ilə xeyli özəl, gizli saxlanılan məlumatları və hesabları əldə etmək mümkündür. Burada əsas baxış illeqal işlərə yönəlib. Sözügedən proqramdan hansısa bank da istifadə edə bilər. Dəfələrlə olub ki, çox böyük, məşhur şirkətlərin bazasına sızıb, müştərilərin məlumatlarını oğurlaya biliblər. Bunlar sizin, mənim və ya ailə üzvlərimizdən birinin də məlumatı ola bilər. Həmin bu oğurlanmış məlumatlar da internet üzərindən satılır. Yəni bir balaca boşluq görün gətirib nələrə çıxarır. Biz isə bunun qarşısını vaxtında aldıq.

Yaxud, dünyada kredit kartlarından pul oğurlanması artıq çoxdan yenilik sayılmır. Bu üsulla xeyli pullar mənimsənilir.

 

Ümumiyyətlə, boşluqlar risk qrupuna görə bölünürlər. Yüksək, orta, aşağı risk qrupları var. Elə olur ki, böyük şirkətlər adi bir boşluğu tapmaq üçün hakerlərə 5-6 min dollar pul təklif edir. Dünyaca məşhur xüsusi xidmət orqanları da bu boşluqların müştəriləridir. Onlar da eyni qaydada pul verirlər. Nüfuzlu şirkətlər çalışır ki, onların boşluqlarını kəşfiyyat orqanları almazdan əvvəl özləri əldə etsinlər. Yəni onlar məlumatların güc strukturlarının əlinə keçməsini, müştərilərinin özəl məlumatlarının yayılmasını təbii ki, istəmirlər. Ona görə də daha çox pul təklif edirlər.

 

NSA belə haker hücumundan sığortalanmayıb

 

– Onda elə hakerlərə bu boşluqları şirkətlərin özünə satmaq daha çox sərf edir…

 

– Təbii ki.. Lakin boşluqları dövlət strukturlarına satanlar da kifayət qədərdir. NSA daxilində bu işlərlə məşğul olan xüsusi bir qrup var. Bu qrup 1995-ci ildən bəri fəaliyyət göstərir. Əvvəllər agentliyin bir neçə işçisi bu boşluqları tapmaqla məşğul idi. Onlar boşluqları tapıb, öz maraqları üçün istifadə edirdilər. Lakin elə oldu ki, özləri haker hücumuna məruz qaldılar. Onların əlində olan bütün informasiyalar internetə sızdırıldı. Özü də havayı.

 

– Maraqlıdır, adi bir proqramçı tapdığı boşluğu xüsusi kəşfiyyat orqanlarına necə satır? Yəni, bunun yolu necədir?

 

– Bu məsələ elə də asan deyil. Xüsusi qaydalar var. Ortada mütləq 3-cü bir şirkət olur və siz əslində məlumatı həmin şirkətə satırsınız.

 

– Bu işlərin də öz "makleri" var, demək…

 

– Bəli. Onlar "makler" fəaliyyəti göstərirlər. Ən çox əldə edilən boşluqlar istifadə etdiyimiz brauzerlərlə bağlıdır. Məsələn, siz internetdə dolaşdığınız zaman heç xəbəriniz belə olmadan kompüterinizi yoluxdururlar. Hətta antivirus proqramları belə bunun qarşısını ala bilmir.

 

– Eyni məsələ telefonlara da aiddir?

 

– Bəli. Telefonlarla bağlı məqam daha təhlükəlidir. Telefonla bir brauzerə daxil olan zaman artıq əlinizdəki cihazı yoluxdurursunuz. Bununla da sizin hər bir məlumatınız açıla bilər. Tutaq ki, siz bir boşluq tapdınız. Üçüncü tərəf də bunu sizdən alır. Burada hələ bir məsələ də var. Siz əgər bütün qorunma mexanizmlərini keçib boşluğu əldə etmisinizsə, sizə təklif ediləcək qiymət artır. Yox, əgər bu mexanizmləri keçmədən boşluq tapılıbsa, təklif edilən pulun miqdarı kəskin azalır. Google chrome-də tapılan bir boşluq üçün bu yaxınlarda 50 min dollar pul verilmişdi. Cənubi Koreyadan olan bir qrup İphone telefonlarında istifadə olunan bir proqramda boşluq tapdılar və 200 min dollar aldılar. Özü də bütün bu proses cəmi 20 saniyə ərzində baş verdi. Bu pulu şirkət özü verdi. Amma ortada 3-cü şirkət olursa, təsəvvür edin ki, bunu sizdən təxminən 150 min dollara alıb, təzədən 300 min dollara kəşfiyyat orqanlarına satırlar. Burada çox böyük pullardan söhbət gedir. Xüsusi xidmət orqanının 1 milyon dollara yaxın pul verdiyi hallar olub. 

 

– Bu pulları adi proqramçılar da qazana bilər?

 

– Sıradan proqramçı üçün bir qədər çətin olar. Çünki bu boşluqları tapmaqdan ötrü dərin səviyyəyə enmək lazımdır, əməliyyat sisteminin nüvəsini anlamaq gərəkdir.

 

5 yaşlı haker

 

– Bu cür pul qazanmaq çəkici gəlir. Söhbət böyük pullardan gedir. Onda elə hamı müəyyən təhsil alıb prosesi mənimsəyə bilər, yoxsa bunun üçün xüsusi bir istedad lazımdır?

 

– Akademik təhsil vacibdir. Bu istiqamətdə güclü təhsil almasan, uğur əldə etmək çətin olar.

 

– Bəs necə olur ki, 9 yaşlı bir uşağın bankların hesablarını boşaltması kimi xəbərlər alırıq?

 

– Burada bir az təsadüflər də rol oynayır. Belə bir məlumat da var idi ki, 5 yaşlı bir uşaq Microsoftun oyun konsolunda boşluq tapmışdı. Sadəcə, bəxti gətirib. Təbii ki, uşaq eyni zamanda zəkalıdır ki, bunun fərqində ola bilib. Onun anlayışı olmasaydı, bunun boşluq olduğunu bilə bilməzdi.

– Microsoft kimi tanınmış şirkətlər belə boşluqları necə buraxır?

 

– Maraqlı sualdır. Təbii ki, bu şirkətlərin də tərsinə mühəndisləri var. Google xüsusi mütəxəssislər – bunlara "ağ şapkalı" hakerlər də deyirlər – işə götürürdü ki, sistemdəki boşluqları tapıb çıxara bilsinlər. Özü də onları tam kənardan götürürdülər ki, uzaq gözlə işə baxsınlar. Şirkət böyük olduqca, boşluqlar da çox ola bilər. Proqramçının eyni zamanda təhlükəsizlik mütəxəssisi olması mümkün olmur.

 

– Elə bir süzgəc proqramı yoxdurmu ki, əvvəlcədən onun vasitəsilə bütün boşluqlar aşkar edilsin?

 

– Var. Amma elə boşluqlar var ki, bu proqramlar belə onu qurtara bilmir. Bunun üçün xüsusi mütəxəssislər saxlanılmalıdır.

 

– ABŞ-da seçkilər zamanı da Hillari Klintonun başı bu cür proqram xətaları səbəbindən xeyli ağrıdı… Sizcə, necə olub ki, onun kimi önəmli birinin yazışmaları əllərə keçib?

 

– Xanım Klintonun rəqibi öz çıxışında hakerlərə çağırış etdi. O, bildirmişdi ki, bu formada ona hücum etsinlər. Bu hücumu da rus mütəxəssislər etdilər. Özü də nəzərə alaq ki, ABŞ-da bu sahə yenilənib və xüsusi mütəxəssisləri var. Buna baxmayaraq, yenə insanlar boşluq buraxa bilər. Ən başlıca problem şifrə məsələsidir. Eyni şifrəni 3-4 sistemdə istifadə etdikdə belə təhlükələr yaranır. Facebook-un sahibi Markın da başına belə iş gəlmişdi. Bunu "qara şapkalı" adlandırdığımız hakerlər ələ keçirdi. Amma bunlar elə tip insanlardı ki, mediada çıxış etmir, etdikləri ilə öyünmürlər. Bu cür xəbərlər yalnız sızıntılar vasitəsilə haradasa çıxır.

 

– Özü də çox maraqlıdır ki, hakerlər bir-birlərini satmırlar…

 

– Təbii. Bu, artıq yazılmamış bir qanundur. Onların da xüsusi qaydaları var.

 

– Bu "qara və ağ şapkalı" hakerlər nə məsələdir, bu cür bölgü necə aparılır?

 

– Haker sözünün mənası sındırmaq deməkdir. Bu "ağ şapka"lı və "qara şapkalı"lar 10 il əvvəl də olub. Lakin "ağ"lar – leqal hakerlərdi. Bunlar isə insanlara o qədər də maraqlı görsənmir. Hamını əsasən illeqallar maraqlandırır.

 

Hazırda böyük ölkələr öz hakerlərini yetişdirirlər. Bunlara biz kiber mütəxəssislər deyirik. Və "ağ şapkalı"lara aiddirlər. Bu cür mütəxəssislər ən çox ABŞ-dadır. İndi ABŞ-la rəqabət aparan ölkələrdən biri də Cənubi Koreyadır. Onlar da çox güclü mütəxəssislərə sahibdirlər. "Ağ şapka"lı hakerlər də sistemi sındıra bilərlər. Lakin onlar bunu yalnız düşmənə qarşı edərlər. Əsasən də müdafiə xarakterli. Daxili sistemlərə isə hücum yalnız "qara şapka"lı hakerlər tərəfindən olur. Haker sözünün özü də insanda bir az çaşqınlıq yaradır. Bəzi insanlar haker sözünü eşidən kimi, düşünürlər ki, demək burada çox pis birindən söhbət gedir. Amma unutmaq olmaz ki, "ağ şapka"lı hakerlər sistemləri qoruyub müdafiə edirlər.

 

– "Şapkalı"lar deyirik və hakerlərlə bağlı görüntülərdə doğurdan da həmişə başda şapka, "kapişon" və ya üzdə maska olur. Bu bir imicdir, yoxsa başqa məsələ var?

 

– Təbii ki, gizlənirlər və ələ keçmək istəmirlər. Amma bununla yanaşı, araşdıranda görürük ki, bu insanların əksəriyyəti, ümumiyyətlə, asosial olurlar. Onlar insanlardan informasiya almağı sevirlər, özləri ilə bağlı nələrisə bölüşmürlər. Hətta bir çoxu yolda gedərkən belə "kapişon"lu olur. Bütün bunlar filmlərə belə yansıyıb. Bu insanlar həyatı yalnız internet üzərində görürlər. "Ağ şapka"lılar isə belə deyil. Bunlar hətta kibernetika ilə bağlı konfranslarda belə çıxıb danışa bilirlər. "Qara şapka"lılar əsasən sındırmaq, dağıtmaq, sistemə sızmaqla məşğul olduqları üçün onlar üzə çıxa bilmirlər. Gizlilik onlar üçün ən önəmli faktordu, bunun üçün də mütləq asosial olmaq lazımdır.

 

FBİ-in hakerlərlə əsas alveri

 

– Söhbət filimlərdən düşmüşkən… Çox məşhur olan "Mən Kiməm" (Who Am I) filmində belə bir məqam var ki, iki haker virtual bir məkana daxil olur və orada üz-üzə gəlir, hətta bir-birlərini ifşa edilər. Sizcə, doğurdan da belə şeylər mümkündür, yoxsa fantaziyadır?

 

– Hazırda internet aləmində “deep web” deyilən bir sistem var. Bu, internetin görünməyən bir üzüdür. Bura hər kəsin giriş imkanı yoxdur. Elə bu dərin internetdə də bir çox satışlar həyata keçirilir. Burada kredit kartlardan və konfidensial xəbərlərin satışından söhbət gedir. Bu forum üzərində də həmin filimdəki kimi qarşılaşmalar, çat sistemlərinin olması mümkündür.

 

Söhbət sırf illeqal işlərdən getdiyinə görə də bura hər kəsin giriş imkanı ola bilməz. ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) da əsas gizli informasiyaları bu səviyyə enə bilənlərdən alır. Bu vasitə ilə qanundankənar fəaliyyət göstərən bir çox insanları aşkarlamaq və hətta onları yaxalamaq belə mümkün olub. Lakin FTB-nin bu sahədəki səhvləri də məlumdur. Onlar "deep web"dəki "qara şapka"lı hakerlərin fəaliyyətini məhdudlaşdırmaq üçün xüsusi proqram hazırlayırlar, onları virusla yoluxdururlar. Bu yaxınlarda məlum oldu ki, FTB səhvən digər istifadəçiləri belə yoluxdurub. Ona görə də "deep web" çox təhlükəlidir. Burada illeqal bir toplum toplanır. Bu toplumun nümayəndəsini yaxalamaq isə həddən artıq çətindir. Çünki anonimlik yüksək səviyyədə təşkil olunur. İnternetin bu qatında görülən işlərdə çox böyük pullar xərclənir və böyük də nəticələr əldə edirlər.

 

Rusların milli hakerləri var, onlar bu sahədə bir çox səs-küylü işlər görüblər. Bir zaman Estoniya ilə Rusiya arasında gərginlik yarananda rus "qara şapka"lıları oranın əksər banklarını və internet media qurumlarını məhv etmişdilər. Estoniya isə bütün media qurumlarını bloklamaq məcburiyyətində qalmışdı. Bu isə o deməkdir ki, onlar özləri dünyaya çıxışlarını kəsmişdilər. Hakerlər bir çox hallarda KİV-in informasiya yaymaq hüququnu məhdudlaşdırır. Bunu hökumətdən kimlərsə etməmişdi, millətçi hakerlərin öz təşəbbüsü idi.

 

Lakin ABŞ və Cənubi Koreyada dövlət bu işə ciddi mailiyə ayırır və universitetlərdə bunun üçün xüsusi kadrlar yetişdirilir.

 

– Bəs bizdə vəziyyət necədir?

 

– Bu sahədə bizim ən böyük problemimiz təhsil olaraq qalır. İnformasiya texnologiyalarının təhlükəsizliyi sahəsində təhsil çox aşağıdır. İnsanlara bu barədə dəqiqi informasiyalar çatdırılmır. Bizdə bu sahə çox yenidir. Universitetlərdən çox bu işdə sayca çox az olan mərkəzlər nəsə edə bilir. Xüsusi Dövlət Mühafizə Xidmətinin, bir də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində belə mərkəzlər mövcuddur. Amma hesab edirəm ki, Azərbaycan bu sahədə daha irəlidə ola bilərdi. Ümumiyyətlə, təhlükəsizlik mütəxəssislərinə ən böyük dəstək dövlət tərəfindən gəlməlidir. Bütün dünyada belədir. İndividual dəstəklə irəli getmək mümkün deyil. Bu, elə bir sahədir ki, söhbət hətta müharibələr səviyyəsində gedir. İnanın ki, bu fiziki müharibədən daha təhlükəlidir. İnsanlar hələ də bu təhlükənin necə böyük miqyasda ola biləcəyinin tam fərqində deyillər. Hesab edirəm ki, dövlət bu sahəyə önəm verməli, maliyyə vəsaiti ayırmalıdır. Ən azından kursların açılmasına başlanmalıdır. Xarici mütəxəssislər cəlb olunmalıdır. Başlanğıc üçün o qədər də böyük məbləğ lazım deyil.

 

– Aprel döyüşlərində ölkəmizdə internet media bir daha ciddi hücumlara məruz qaldı. Bu hücumlar əsasən də ölkə üçün önəmli anlarda olur. Bildirildiyinə görə, bu əsasən erməni hakerlərinin işidir. Vəziyyət doğurdan belədirmi? Bəs bizimkilər erməni hakerlərinin cavabını verə bilirmi?

 

– İnternet üzərindən olan hücumların əksəriyyəti mediaya qarşı olur. Hakerlər bunu daha önəmli hesab edirlər. Fikirləşin ki, ölkənin ən nüfuzlu media qurumunu ən həssas vaxtda sıradan çıxarırlar və həmin ələ keçirilmiş media qurumundan ölkəyə dezinformasiyalar yayılır. O zaman yaranan vəziyyəti təsəvvür edirsiniz? Böyük xaos yaranar. Elə bir yalan informasiya yayıla bilər ki, insanlar bundan ciddi zərər görərlər. Ona görə də media sahəsindəki təhlükəsizliyi qurmaq çox önəmlidir. Biz özümüz gündəlik bu işlə məşğuluq. APA Holdinqin nəzdində olan media qurumlarına edilən çoxsaylı hücumların qarşısını alırıq.

 

– Bu hücumları daha çox kimlər edir?

 

– Ən çox Ermənistan tərəfindən gəlir. Xüsusən də APA-nın erməni dilində versiyası çıxdıqdan sonra. Ermənilərdən bəziləri Azərbaycanda bəzi media orqanlarının sisteminə sıza bilmişdilər. Bu da onu göstərir ki, bizdə bəzi media orqanlarında təhlükəsizliklə bağlı işlər çox zəifdir.  

 

Amma sizə bir şeyi tam əminliklə deyə bilərəm ki, bizim hakerlər ermənilərdən qat-qat üstündür. Ermənilər bu sahədə yenidirlər. Hələ onu da deyim ki, onlarda olan bu hücumçu qrupu dövlət dəstəkləyir. Azərbaycana qarşı edilən hücumları maliyyələşdirirlər. Amma bizim milliyyətçi hakerlər müstəqil və şəxsi təşəbbüsləri ilə fəaliyyət göstərirlər.

 

– Bizdə də "qara və ağ şapka"lı hakerlər var, yoxsa hələ o səviyyəyə gəlib çıxmamışıq?

 

– Yox var. "Ağ şapka"lı hakerlər daha çox üstünlük təşkil edir. Ermənilər isə bizdən bu sahədə 6-7 il geridə qalıblar. Bizim qruplar çox peşəkar fəaliyyət göstərirlər. Erməni hakerlərin zəifliyi əsasən ondan ibarətdir ki, onlar saxta informasiyalar yayırlar. Məsələn, aprel döyüşlərində bizim zabitlərlə bağlı yayılan informasiyalar saxta idi və bu, tamamilə sübut olundu. Sadəcə, müvəqqəti xaos yaratdılar. Bu isə onların zəifliyinin göstəricisidir.

 

Amma bizim hakerlər Ermənistanın Mərkəzi Bankına sıza bilmişdilər. Oradakı bütün informasiyalar ələ keçirilmişdi. Eləcə də bir çox erməni media orqanlarını çökdürə biliblər. Bizdə çox savadlı uşaqlar var. Təsəvvür edin ki, onlar Ermənistan prezidentinin rəsmi səhifəsinə belə rahatca hücum edə bilirlər.

 

– Hazırda ən böyük təhlükə nədir bu sahədə?

 

– Ən böyük təhlükə ağıllı əşyalarla bağlıdır. İstifadəçilər bu əşyaları internet üzərindən idarə edirlər. Hakerlər isə bu əşyalar vasitəsilə evlərimizə belə müdaxilə edə bilirlər. Və bu cür hücumlar artıq təşkil edilib. Həmin əşyaların idarə edilməsi ilə bağlı proqramda olan balaca bir boşluqdan istifadə etmək mümkündür. Bununla da ciddi xaos yarada bilərlər. Burda isə əsasən şifrə təhlükəsizliyindən istifadə olunur. İstifadəçilər mütləq bilməlidir ki, aldıqları əşyaların üzərindəki şifrəni mütləq dəyişməlidirlər. Ağıllı evlərə sızmaq o qədər də çətin deyil. Bu yeni bir şey olduğu üçün sızma halları da çoxdur. Amma düşünürük ki, gələcəkdə bunlar aradan qaldırılacaq.

 

– Gəlin sadə bir məsələyə aydınlıq gətirək. Hazırda orta səviyyəli ailələrdə internetə qoşulan bir neçə cihaz olur. Kompüter, telefon, televizor və s. Bu vəziyyətdə həmin ev, ailə nə qədər təhlükə altındadır?

 

– Sizin təsəvvür etməyəcəyiniz dərəcədə təhlükə var. Casusluq halları ilə tez-tez qarşılaşırıq. Bir çox cihazlara əvvəlcədən "arxa qapılar" yerləşdirilir. Hansı ki, bundan istifadəçinin xəbəri yoxdur. ABŞ-da bu, dəfələrlə sübut olunub. İndi bu cihazlar hamısı sizin evinizi, özünüzü təhlükə altına sala bilər. Həmin cihazlardakı "arxa qapı"ları hakerlər də tapa bilər. Bunun vasitəsilə şəxsi məlumatlarınızın hamısını ələ keçə bilər. Hazırda insanın həyatına ən çox mobil telefon vasitəsilə müdaxilə edirlər. Bu yaxınlarda məlum olmuşdu ki, 1 MMS vasitəsilə telefona sızma tamamilə mümkündür. Və bununla bütün məlumatlar oğurlana bilər. Artıq bir neçə ölkə bundan zərər görüb. Bu vasitədən xarici kəşfiyyat orqanları da istifadə edir.

 

Bəzən isə xüsusi markalar təhlükə daşıyır. Məsələn, bəlli oldu ki, Almaniyada bir təşkilat "Siemens"in bütün cihazlarına rahatlıqla sıza bilirmiş.

 

– Buna şirkət özü icazə verib?

 

– Bunu dəqiqi demək mümkün deyil. Ya "Simens" çıxılmaz vəziyyətdə imkan yaradıb, ya da ki, hər hansısa boşluğu tapa biliblər. ABŞ-da tez-tez adı eşidilən biri var – Eduard Snodin (Edward Snowden). Xüsusi xidmət orqanının agenti olub. Sonra o, ölkədən qaçıb. Bu qaçışdan sonra o, ABŞ kəşfiyyat orqanlarının – NSA, CİA-in insanları hansı üsulla dinlədiklərini internetdən yayımladı. Yəni telefonlar necə dinlənilir və e-maillər necə oxunursa, hamısı ortaya çıxmışdı. Bunları oxuyanda xeyli təəccüblənirik. Bunları adi insanların müəyyən etməsi qeyri-mümkündür. Bu işlər hökumət tərəfindən arxa fonda aparılan proseslərdi. Təhlükəsizlik mütəxəssisinin özü belə 100 faiz qarantiya verə bilməz ki, onu dinləmirlər.

 

– Belə söyləntilər var ki, əgər evində kompüterdə kamera varsa və ya sənin telefonunda olan kamera vasitəsilə sənin evini və ya hardasansa oranı rahatca görə bilirlər. Hətta cihaz istifadə olunmasa belə. Bunlar bir əfsanədir, yoxsa doğurdan da belə şeylər olur?

 

– Tamamilə mümkündür. Hətta hazırda sıradan bir şəxs belə bunu edə bilər. Digər halda, yəni cihazın istifadə olunmadığı bir halda informasiyanı adi şəxslər yox, xüsusi güc strukturları götürə bilər. Amma bunun üçün əsasən, həmin cihaza əlavə bir qurğu da yerləşdirirlər. Cihaz istifadə olunanda ona müdaxilə etmək daha asandır.

 

mənbə :
lent.az















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2018. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti