Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

20 günün hökmü, övlad yanında xecalet ve ya Siracı nece xilas etmeli? – HƏYAT HEKAYƏTİ

20 günün hökmü, övlad yanında xecalet ve ya Siracı nece xilas etmeli? – HƏYAT HEKAYƏTİ

10/04/2015

17:16


10.04.2015 / 17:12 xeber –

“Uşağın boğazından kəsib nə qədər dərmana vermək olar?”

“Həyatda bir səhvim oldu. O da evlənmək. Bilsəydim dializə düşəcəm, evlənib o iki uşağı dünyaya gətirməzdim. Kaş ayağımın biri olmazdı, kor olaydım, amma dializə möhtac qalmazdım”.

 

Bunu iki uşaq atası Sirac Zeynalov deyir. 35 yaşlı dializ xəstəsi olan Sirac. Əslən Beyləqandan olsa da, Bakının Binə qəsəbəsində yaşayır. Yaşamaq demək olarsa… İki ilə yaxındır dializ aparatının ümidinə qalıb.

 

Əslində hər şey yüngül ağrılarla başlayıb. Zamanla ağrılar artıb, kəskinləşib. Onda, valideynləri Siracı bir zamanlar ölkənin ən tanınmış uroloqu olan Mirməmməd Cavadzadənin yanına gətirir. Siracı müayinə edən həkimin diaqnozu qısa və konkret olur: “Gecdir. Böyrəyi çıxarılmalıdır”. Vaxt itirmədən yeddi yaşlı Siracı əməliyyat masasına uzadırlar. Və uşağın sol böyrəyi çıxarılır. Bundan sonra o, bir böyrəyi ilə yaşamalı, onu soyuqdan qorumalı, 20 yaşınadək mütəmadi həkim nəzarətində olmalıydı. Lakin, necə deyərlər, sən saydığını say… Həyat elə gətirir ki, Sirac 13 yaşında anasını itirir…

 

Üç uşaq anasının qəfil ölümündən sonra özünü yenicə toplamış ailədə növbəti faciə baş verir. Bu dəfə ailə başçısı dünyasını dəyişir. Həm atadan, həm anadan yetim uşaqlar nənə-baba, qohum-əqrəba ümidinə qalırlar. O zaman Siracın cəmisi 16 yaşı olub. Beləcə, balaca Sirac təhsildən uzaqlaşıb, böyük qardaşına kömək edərək başsız ailəsinin, bacısının dolanışığının qayğısına qalmalı olur. Bir də o zaman ayılır ki, güclü ağrılarla xəstəxanaya yerləşdirilir. 22 yaşında. Qohum-əqrəbanın köməkliyi ilə 3 ay yaxşı müalicə alır. Xəstəxanadan çıxanda isə həkim hər il müayinəyə gəlməyin vacibliyini deyir. Amma Siracın başı işə-gücə, çörəkpulu qazanmağa elə qarışır ki, müayinələri tamam unudur. Tək böyrəyi ilə orda-burda fəhləlik edir, həkimin qadağalarına baxmayaraq, çiynini ağır işlərin altına verir.

 

28 yaşında evlənir. Şad, xürrəm ailə həyatı başlayır. Yeddi il sonra, bugünkü tarixdə bir jurnalistə xəstəxana həyətində müsahibə verərkən evləndiyindən nə qədər peşmanlıq duyduğunu etiraf edəcəyindən xəbərsiz. Bəlkə də o gün kimsə ona “bir gün evlənəcəyin üçün çox peşman olacaqsan” desəydi, Sirac gülüb keçərdi. Ya əsəbiləşib, “heç vaxt” deyərdi. Amma bu gün… Bu gün o, xəcalət çəkir hər dəfə övladlarının üzünə baxanda. Hər dəfə onların üstünə əliboş qayıdanda, qızına gəlincik, oğluna oyuncaq maşın ala bilməyəndə. Evdəki sonuncu pula övladlarına çörək yox, dərman alıb içəndə.

 

Xoşbəxt ailəsi olub Siracın. 2013-cü il sentyabrın 28-də, yaxın günlərdə oğul övladının doğumunun muştuluq xəbərini gözləyərkən, onun bəd xəbərini alıb yaxınları. Elə həmin gündən reanimasiyaya yerləşdirilib Sirac. Bir neçə gün komada qaldıqdan sonra oktyabrın 1-də özəl klinikada ilk dəfə dializ aparatına qoşulur. Bundan sonrakı ömrünü aparata bağlı yaşayacaqdı…

 

Bir neçə gün sonra oğlu dünyaya gəlib. Sirac bu gündən daha çox işləyib, daha çox pul qazanmalı idi. O isə xəstəxanada Allaha ümid yaşayırdı. Bəzi adamlar onun sağalıb ayağa qalxacağına belə inanmırdılar. Şükür, bu gün Sirac yaşayır. Aparata bağlı olsa da. İşləmir. Ayda cəmisi 127 manat əlilliyinə görə təqaüd alır. Əgər qohumlar olmasa, bu ailənin güzəranını təsəvvür etmək o qədər də çətin deyil, məncə.

 

Başqa vaxtı kimsədən bir dənə siqaret belə istəməyən Sirac bu gün kömək istəyir. Yox, çörək pulu istəmir. Sağalıb, övladlarının yanına sağlam qayıtmaq üçün. Onları böyüdüb boya-başa çatdırmaq üçün. Qız köçürüb, oğul evləndirmək üçün. Bütün bunlar üçün isə, sadəcə yaşamaq istəyir…

 

– Dolana bilmirəm, bacı. Hər ay 127 manatın 70 manatını kreditə verirəm. İrana müalicəyə getmək üçün bankdan pul götürmüşdüm. Gedə bilmədim. Oğlum oldu, ona xərcləndi. Xəstəxana-filan. 57 manatla siz dolana bilərsiniz? Dörd nəfərlik ailəyik. Hər həftə bir qohumum pul yollayır. O gün gəlib qazımı kəsdilər.

 

– Borca görə?

 

– Yox. Qaz çəkdirmək üçün müraciət etdim, ödəniş üçün pulum olmadı. Qışın soyuğu idi, məcbur olub, icazəsiz qoşuldum. Qaz borusu düz evimizin yanından keçir. Bu dəqiqə gedib evimə baxsanız, görərsiniz ki, odun əvəzinə pal-paltar yandırırıq. Uşaqlar körpədi, üşüyüb xəstələnirlər. İşığa da 79 manat borcum var. O gün onu da kəsmək istəyirdilər. Çıxarıb uşaqları göstərdim, sağ olsunlar, kəsmədilər. Söz vermişəm ki, pensiyamı alanda 20 manat ödəyəcəm.

 

Sirac həftədə 3 dəfə dializə qoşulur. Yoxsa,…

 

– Yoxsa, ölərəm. Böyrəyim mayeni ifraz edə bilmədiyindən zəhər qanıma keçir. Həftənin tək günləri mütləq dializ olunuram. İndi mənə baxırsınız, normalam. Dializ olmasam, əlim-ayağım, üzüm şişər.

 

Siracla elə xəstəxananın həyətindəcə söhbətləşirik. Bir azdan dializə girəsidir. Danışdıqca təngnəfəs olur. Dayanıb, dərindən nəfəs alır. Dərisinin rəngi, gözlərinin ağına qədər saralıb. Göz görə-görə hər gün əriyib gedir. İki körpə balasının gözü önündə.

 

– Gərək evlənməzdim. Haradan biləydim…

 

Birdən susur. Kişi qüruru imkan vermir davam etməyə. Davam etdikcə kövrələcəyindən qorxur. Əlləri əsə-əsə siqaret yandırıb damağına qoyur. O biri əlini isə cibinə. Çiyinləri bükülüb sanki. Sanki danışdıqca daha da kiçilir. İlk gördüyümdəki adamdan əsər-əlamət qalmamışdı. Cibindən əzik-üzük kağızlar çıxarır.

 

– Baxın, həkim 4 dənə resept yazıb. Axırıncını martın 4-də. Heç birini ala bilməmişəm. İmkan yoxdu, ala bilmirəm. Dayı-əmi kömək eləyir, sağ olsunlar, amma o da dolanışıq üçün. Nə qədər uşağın boğazından kəsib dərmana vermək olar? Bədənimdə güclü qaşınma var. Həkim göndərdi özəl klinikaya ki, get müayinə ol. Getdim, gördüm 40 manat edir. Haradan alım? Əlacsız geri qayıtdım. Bunları kimə deyim, heç bilmirəm?!

 

– Sosial yardım alırsınız?

 

– Yox. Bakı deyir, get Beyləqandan al, Beyləqan da Bakının üstünə göndərir. Bakı da deyir, “pasport stol”da  qeydiyyata dur. Ora da getdim, 1300 dollar istədilər. O qədər pulum olsaydı, daha nəyimə lazım idi sosial yardım?!

 

– Yoldaşınız nə iş görür?

 

– Heç nə. O gün “parnik”də iş tapmışdı. İki yüz manata. Bir gün getdi, ikinci gün gedəndə uşaq əlini yandırdı sobada. Ondan sonra qoymadım. Uşaqlar yiyəsiz qalır. Mən dializə gedirəm, balaca qalır beş yaşlı uşağın öhdəsində. Yazıq yoldaşım nə etsin? Evdə oturub uşaqlara baxır. Sentyabrda komaya düşəndə, hamı elə bilirdi, öləcəm. İnanmırdılar ki, ayağa qalxam. Vəziyyətim o qədər pis idi. Deyirdilər, balasını görmədən öləcək. Oğlum mən ilk dializi alandan 25 gün sonra dünyaya gəldi. Şükür olsun, Allah mənə oğlumu görməyi qismət elədi.

 

– Böyrək köçürülməsi üçün müraciət etmisiniz?

 

– Etmişəm. İsveçdən gəlmişdilər. Adımı da yazıb götürüblər. Donor tapsam, böyrək köçürülməsini pulsuz edəcəklər. Amma…

 

Amması budur ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə, ancaq yaxın qohumlar donor ola bilər. Siracın isə elə bir qohumu da yoxdu. Ata-anasını hələ uşaqkən itirib. Bir bacısı qeysəriyyə əməliyyatı keçirdiyi üçün həkim icazə vermir növbəti əməliyyata. Qardaşı isə hepatit virusu daşıyıcısı olduğundan donorluğa yaramır. Qaldı ikinci dərəcəli qohumlara, onlardan da hələ belə bir təklif gəlməyib.

 

– Biri siz, kimdənsə, böyrək istəyə bilərsiniz? İstəmək olmur. Vallah, olmur. Onsuz da yetərincə əziyyətimi çəkirlər. Bir də bu…

 

Yoldaşının böyrəyinin uyğun gəldiyini deyir. Lakin bunun da bir əmması var.

 

– Mənim qan qrupum mənfi dörddür, yoldaşımınkı isə müsbət bir. Toxumalarımızın uyğun gəlib-gəlməməsini yoxlamaq üçün Türkiyəyə qan nümunəsi göndərməliyik. Xərci 2500 manat edir. Əlavə xərclər də var. Nə bilim, o gün həkim hesablayıb dedi ki, on min manatın olsa, həll etmək olar. Amma hardadı məndə o qədər pul?

 

Bu pulu tapmaq üçün onun sayılı günləri qalıb. 20 günə o pulu tapmazsa, gələcəkdə əməliyyat İsveç fondunun vəd etdiyi əməliyyat üçün də növbəyə durmalı olacaq.

 

Deyir, bir nəfər varmış. Onunla hər dəfə bura dializə gəlirmiş. İranda ona böyrək köçürülüb. İndi arada gəlib bir dənə iynə vurdurub gedir.

 

Kaş Sirac bu sözləri deyəndə görərdiniz onu. Sanki əlçatmaz birindən danışırdı. Gözlərində həsəd qarışıq kədər vardı, onsuzda  heç vaxt sağalmayacağının ümidsizliyi vardı. Çarəsizlik vardı…

 

– Belə nə qədər davam edəcəm? On il də yaşayan var, iki il də. Orta hesabla 4 ildi. Əgər belədirsə, mən iki ili artıq yaşamışam. Nə xeyrə gedə bilirəm, nə şərə. Söhbət pulda deyil. Rayonda kimin hansı məclisi olsa, iştirak edə bilmirəm. Günaşırı dializ… 

 

Köks ötürür. Və…

 

– Xahiş edirəm, mənə kömək edəsiniz. Bax, indi cibimdə cəmi 6 manatım var. Onun 2 manatına kolbasa-çörək alacam. Dializ olanda adama dəhşət aclıq gəlir…

 

– Dializdən sonra özünüzü necə hiss edirsiniz?

 

– Həmin dəqiqə yox, amma bir qədər sonra rahat nəfəs almağa başlayırsan.

 

Sonra qolunu çırmalayır.

 

– Biləyimə toxunun.

 

Ehtiyatla toxunuram. Əlimin altında nəsə titrəyir.

 

– Aparatdı. Dializi qoşmaq üçün.

 

İki ilə yaxındır qoluna iynə vurulduğundan iynənin yeri sol qolunda iki fır yaradıb. Damarı da şişib, genişlənib. Deyir, həkimin tapşırıqlarına baxmayaraq, qolunu gücə saldığından damarı genişlənib. Üstəlik də, həkimin yazdığı “Vena Life” məlhəmini də sürtməyib. İmkansızlıqdan… Ala bilməyib.

 

– İndi də iş olanda işləyirəm. Neynəyim? İki körpə uşağı ac qoyum? Körpədi e, qanmır. Eləcə deyir, ver yeyim. Elə vaxt olub ki, mən dializə gələndə evdə pul qoymamışam. Yadımdan çıxmayıb e. Olmayıb. Evdən səhər çıxıram, axşam gəlirəm. Mən evə gələnə qədər qızım acından 3 saat ağlayıb. Axır bir qohumum bir manat verib, yoldaşım gedib çörək alıb. Uşaqlara yavan çörək yedirib. Mən evə gedən kimi dedi ki, ata, bəs niyə evə pul qoymamısan? Acından öldüm axı. Bu sözlərin qabağında mən dağam ki dözürəm. Qızımın 5 yaşı var, oğlum yaş yarımlıqdı. Hələ onlara bir dədə də peyvənd vurulmayıb. Onun-bunun uşağının paltarları ilə böyüyürlər. Hərdən bacım alır, qardaşım alır, dayım alır. Axşam evə çatan kimi yenə qızım mənə qulluq edəcək. Yoldaşım yeməyimi gətirənə qədər dərmanlarımı o verir. Yatana yaxın qoluma dərman çəkir. O məlhəmi sürtməsən, damara iynə vuranda göynədir. Bu məlhəm o biri kimi deyil, ucuzdu, iki manata.

 

Nəsə demək istəyirdi ki… Siracı çağırdılar. Başımız söhbətə elə qarışır ki, vaxtın necə keçdiyindən xəbərimiz olmayıb. Siracın növbəsi çatıb.

 

– Tamam yadımdan çıxıb yemək almaq. Vaxtınız varsa, gedək mağazadan kolbasa-çörək alım.

 

…Xəstəxananın yaxınlığındakı mağazaya gedirik. Sirac şüşənin arxasındakı kolbasalara baxır. Guya yaxşısını seçir. Əslində isə, gözüylə ən ucuzunu gəzir. 1 manatlıq kolbasa, balaca çörək alır.

 

O dializə gedir, mən redaksiyaya qayıdıram… 

 

 

***

 

…Sirac bu gün də dializdən çıxıb evinə qayıdacaq. Sabah da. Bəlkə o biri gün də. Lakin ta o biri gün nə olacağı kimsəyə bəlli deyil. Bu gün biz onun üçün nə isə edə bilərik. Sabah da. Bəlkə o biri gün də. Amma ta o biri gün gecikmiş ola bilərik. Odur ki, yardım əlimizi ondan əsirgəməyək. Tək əldən səs çıxmaz. Amma hamımız bir olarsaq, nəsə edə bilərik. Gəlin,  Siraca kömək edək. Siracı yaşadaq. Siracın yaşaması bir ailənin var olması, iki körpənin gələcəyidir. Ümidləri boş qoymayaq.

 

P.S. Yardım etmək istəyənlər redaksiya, yaxud birbaşa müəlliflə əlaqə saxlaya bilərlər. Biz sizi yönləndirəcəyik.

 

 

Mənbə : Lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles