Azadliq.az
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
29/12/2016

Nüsret Kesemenlinin özü ve sözü – SABİR RÜSTƏMXANLI YAZIR

Nüsrət Kəsəmənlinin özü və sözü - SABİR RÜSTƏMXANLI YAZIR


29.12.2016 / 15:14 xeber –

Ömür vəfa qılsaydı 70 yaşını bayram edəcəkdik. Və yəqin ki, yaş onun yaxınlarına daim gülümsəyən üzündəki işığa kölgə sala, səmimiyyətinə heç bir təsir göstərə bilməyəcəkdi. Mən ondan yarım il böyükdüm və bu kiçik "böyüklükdən" imtiyaz kimi geninə-boluna istifadə edir,  məsələnin həllində bu bir neçə aylıq fərqdən yapışırdım. Ancaq məncə, uzun dostluğumuz ərzində elə bur ciddi fikir toqquşmamız olmamışdı.

Nüsrət Kəsəmənli ötən əsrin altmışıncı illərinin sonunda poeziyamıza gələn və qısa müddətdə ictimaiyyətin diqqətini cəlb edən, oxucuların sevgisini qazanan parlaq bir ədəbi şəxsiyyət idi. Boylu-buxunlu, ötkəm, gülərüz, ömrün çətinliklərinə mərdi-mərdanə sinə gərən, etibarlı, sözü üzə deyən, xırdaçılığı sevməyən, ürəyi sevgiylə və xeyirxahlıqla dolu bir gənc idi. Bakıya bizdən sonra gəlmişdi və elə ilk görüşümüzdən girişsiz- müqəddiməsiz bir-birimizə ürək qızdırmışdıq. Hansı gündən, hansı olaydan? – xatırlamaq çətindir; yəqin o da dəqiq deyə bilməzdi; mənə elə gəlirdi biz elə uşaqlıqdan tanışıq. Bakıya gətirən əziyyətli, ehtiyac dolu yollarda həmişə yanaşı olmuşuq. Bunun çox sadə bir səbəbi vardı: ilk şeirlərimizin çoxu oxşar yolların və talelərin , bənzər sevgi və ayrılıqların, doğma ruhların ifadəsiydı. Bizdən öncə şeirlərimiz yaxınlaşmışdı, onları dinləyəndən sonra təqdımata, keçmişin və kimliyin haqqında əlavə bilgiyə ehtiyac qalmır. Zaman keçdikcə mövzularımız, ədəbi maraq dairəməz genişləndi, ayrıldı, müəyyən məqamlarda bir-birindən uzaqlaşdı, hərə Allahın məhz onun çiyninə qoyduğu görəvi daşımağa başladı, ancaq bu, əqidə yaxınlığımıza təsir göstərmədi. Elə bu ruh doğmalığı hiss olunmadan Çingiz Əlioğlunu, Nüsrət Kəsəmənlini və məni yaxınlaşdırmışdı, aramızda uzun illər davam edən, ədəbi mühitimiz üçün nadir bir dostluq nümunəsi yaranmışdı.

Biz xaraktercə fərqliydik, ancaq dostluğumuzun bir səbəbi də bu müxtəlif xarakterlərin bir- birini anlamasıydı. İndi bu fərqləri yaza bilmərəm, daha doğrusu bu, məni ilgiləndirmir, çünki bu fərqləri bizim yazılarımızda görmək çətin deyil. Maraqlı olan bu fərqliliyin bir arada, bir- birinə mane olmadan, qısqanmadan, biri- birinin uğurlarına sevinə-sevinə yaşaya bilməsiydi. Hər birimizin ayrı mühiti, ayrı dostlarımız da vardı; məsələn mən ədəbi mühitdə Fərman Kərimzadə, Məmməd İsmayıl, Musa Yaqub, Məmməd Aslan, Hidayət, Tofiq Hüseyn, Ramız Rövşən, Seyran Səxavət, Tahir Qurbanov, İsa İsmayılzadə, Xudu Məmmədov, Altay Məmmədov, Məmməd Araz və Sabir Əhmədlinı də, bəziləriylə yaş fərqlərimizə baxmayaraq, yaxın dostlarım sayırdım, bir yerdə oxumaqdan, bir yataqxanada yaşamaqdan, bir mənzildə kirayəkeş olmağımızdan, bir yerdə işləməkdən tanıdığım, sevdiyim bir çox doğma insanlar vardıı. lakin bu, "üç qardaş"ın əlahiddə bir yol getməsinə mane olmurdu, əksınə, bizim yaxınlığımız sonralar uşaqlıq, gənclik dostlarımızı da tanışdırmışdı.

Nüsrət Kəsəmənlı toplumda itib- batan adam deyildi; onu dost da görürdü, düşmən də, elə ilk görüşdən yaddaşlara həkk olunurdu. Şeirləri də beləydi, çünki şeirləri də boyu bərabərindəydi, ilk oxunuşdan oxucu qəlbində yer qazanırdı. Şeirləri kitabdan, ədəbiyyatdan yox, taleyindən, çəkdiyi acılardan, sevgisindən və ayriliqlarından gəlirdi; bəzən iç dünyasının və yaşadıqlarının çılpaqlıqlarını göstərməkdən çəkinməyən və ənənəvi görünməyən qədər intim, cəsarətli, mərd və səmimiyydisə, bəzən də heç bir haqsızlığa dözməyən dərəcədə üsyankar və barışmazdı. Dözümlüydü, ancaq qəfildən tufan qoparmağı da vardı. Ədəbi taleyi ona uşaqlıq taleyini unutdurmadı, Bakı sevgisi Ağstafanın "ata-ana sevgisizliyinin", " anları coraba toxuyan", "yumaq açıldıqca bükülən" nənənin boynuna dolanmaq üçün açılan qollarının yerini doldurmadı, ancaq bu dərdlər şeirə keçdikcə ədəbiləşdl və əbədiləşdi, paylandı, hamının malı oldu, paylandıqca Nüsrətin yükü şeir-şeir yüngülləşdi, oxucu sevgisi kədərli xatirələri şeir-şeir əvəz etdi və Nüsrət otuz yaşına istedadının və oxucu sevgisinin toxlugu, arxayınlığı ilə, saraylarda yaşamış, əziyyət görməmiş bir gəncin vüqarıyla, başıuca gəldi. Və bir çox sıxıntıların üstündən adlamağa dostluğumuz da yardım etdi, bir – birimizə mənəvi dayaq olmağı bacardıq. Təkcə sevimli oglu Arazın başına gələn acı olaydan başqa. Haqsız hücumlar və oğlunun, sonadək inanmadığı ittihamla həbsi heç bir ehtiyacın qarşısında əyilməyən qardaşımızı gözə görünmədən sındırdı və ömrünü qısaltdı.

Araza körpəykən yazdığı şeirdəki arzusuna çata bilmədi:

Vətən alov etsin odunu sənin,

Böyü bu torpaqla, bu yurdla öyün,

Mən Araz qoydum ki, adını sənin

Evimdə Arazı çağırım hər gün.

Amma sanki 1982 – ci ildən bu günləri görüb şerin başqa bir bəndində yazır:

Əlimiz yetişmir göz görə-görə,

Oğulsan,bu dərdə döz, görə-görə,

Biz ümid toxumu səpmişik yerə,

Dər, oğlum,

demə ki, dərən tapılmır…

Nüsrətin bir çox şeiri qırıq, nisgilli ömürlərə işıq salan şair kəşfidir, doğulub, taleye üsyan kimi, neğmə, bayatı kimi… Nüsrətə qədər də ailə uğursuzluğunun, ata-ana ayrılığının acısını yaşayan saysız insan və söz adamı olub, ancaq bu ayrılığın övladlara yaşatdıqları məhz Nüsrətin qələmində bu gün artıq titullaşmış və dillər əzbəri olmaqla, təsəlliyə çevrilmişdir:

Ayrı yaşayırlar atamla, anam,

Bir təzad ömür edir bu kainatda.

Onlara həm doğma,

Həm də ki, yadam,

Göz açıb nənəmi gördüm həyatda.

 

Beşiyim başında layla yananda

Bayatı hicranın dilində qaldı.

Ürəyim bir ata-ana yanında

Əllərim bir nənə əlində qaldı.

Nüsrət bu ağrılardan doğulmuşdu, bu misralar onun tərcümey-halı və özünü tanıtmasıydı, bu misralar həm də ona oxucu sevgisinin qapısını açırdı. Şeirin sonluğu bu gün doğrudan da misal, ata sözü kimi səslənir:

Atalar, analar yad olan zaman

Yaxşı ki dünyada nənələr varmış.

Bu iki misra dəmir yol relsləri kimi Nüsrəti Ağstafa vağzalından alıb birbaşa ədəbi mühitimizə gətirmişdi və bizlərlə doğmalaşdırmışdı.

Nüsrətin onlarla belə tale şerini xatırlayıram və o şeirlərin oxucu auditoriyalarını necə dalğalandırdığını illər uzunu müşahidə etmiş, sözün gücünə sevinmişəm. " İrəvanda xal qalmadı", "Dünən toyun idi", " Dəli bir ağlamaq keçir könlümdən", " Yumul, bənövşəm, yumul", "Hazır qəbirlər", "Oğru olmaq istəyirəm", "Biri vardı, biri yox", "Daha nağıllara inanmıram mən" kimi neçə- neçə şeri məhz o görüşlərdən sonra dildən – dilə düşür, həm Nüsrəti böyüdür, həm də poeziyamızın, ədəbiyyatın ölkənin mənəvi həyatına yollarını genişləndirir, bədii sözün nüfuzunu artırırdı.

Nüsrət sevgi şairiydi. XX yüzilin sonuna doğru saf sevginin bayağılaşdığı, Azərbaycan ruhunun qəbul etmədiyi bir sıra yabançı yaşam şəkillərinin həyatımıza soxulduğu, əsil məhəbbət haqqında yazmağın, sevgi etiraflarının arxaik göründüyü bir çağda Nüsrət bəzən hətta uşaq sadəlövhlüyü təsiri bağışlayan, lakin səmimiyyətilə inandıran sevgi şeirləriylə ortaya çıxdı.

Bu gün Nüsrətin sevgi şeirləri yüzlərlə vurğun ürək arasında körpü salır, eşq məktublarını bəzəyir.

"Getmək istəyirsən", Bilsəm yalan deyirsən", "Əllərin nə yaman soyuqdur, gülüm","İsti yağışlar yağır"," Etiraf","İkimizin yerinə","Allahım,ayırma bizi" və başqa şeirləri təkcə Nüsrət Kəsəmənlinin deyil" ötən əsr sevgi lirikamızın ən gözəl örnəkləri sırasındadır…

Bizim ədəbiyyata gəldiyimiz illərdə poeziyamızda iki xətt yanaşıydı: ənənəvi heca şeri və sərbəst şeir. Bunların arasında qovğaların qızışdığı zamanlar da olurdü. Modern düşüncənin yox, modern formanın dəbdə olduğu vaxtlardı. Bizlər bu iki cəbhənin arasında öz yolumuzu bulmağa çalışır və bu ayrıseçkiliyi aradan qaldırıb, eyni vaxtda həm hecayla, həm sərbəst yazmağın mümkünlüyünü göstərməyə çalışırdıq. Bu baxımdan Nüsrət Kəsəmənli şerı də iki qanadlıdır və onun istedadı üçün bu yolların heç birində maneə yoxdur. Nüsrət şeir tariximizdə yüz dəfə işlənmiş rədiflərlə qoşma, gəraylı yazmaqdan çəkinmədiyi kimi, ən gözlənilməz obrazlara, gözlənilməz poetik dillə danışmağı da bacarırdı. Məsələn, 1980 -ci ildə Yardımlıd, sərhəddə, Savalanla üzbəüz dayandığımız gün mənə həsr etdiyi bir şeirdə deyirdi:

Külək aparır sözümü,

Göz yaşım inci düzümü,

O tayda bir qız gözünü

Sıxır, pərişan-pətişan.

 

Qoyur çəmənə izini,

Bulud alır dost üzünü,

O taydan qəmli gözünü

Yığır,pərişan- pərişan.

 

Bu, ənənəyə bağlı və bəsit görünməkdən, köhnə qafiyələrlə danışmaqdan qorxmayan şairdir. Çünki önəmli olan burdakı ruhun yeniliyi, köhnə ğörünən söz düzümlərinin yeni duyğuları çağdaş havaya kökləyə bilməsi və cızdığı mənzərənin xalqın faciəsini ifadə edə bimək gücüdür.

Sərbəst şeirlərində başqa bir Nüsrət görürük. O, "yetişmiş və yetişməmiş bombaları dərib, körpə saflığıyla oyanan cahana bir səbət Göycay narı göndərmək istəyir" , "Zamanın budaqlarında dahilərin cəsədi saat kəfkiri kimi yellənəndə, çıxıb əsrlərin üstünə qıpqırmızı bir həqiqət ağappaq yalanlara "mənəm həqq" deyib dillənəndə haqqın dilini yox, zülmün kəndirini kəsdirmək"istəyir, onun gözündə agaclar köklərini tarpaqda dəfn edib ucalır, buludlar dəsmal kimi şeh düşmüş günəşi qurulamaq istəyir. 20 Yanvarda " ölülər sıxılmış ovuclarından azadlığı buraxmaq istəmirlər", "qanlı köynəyinə bürünənlər şəhidlik zirvəsinə gedir" … Bu misalların sayını artırmaq da olar. Çox yer alar deyə şeirlərdən bütöv parçaları bura köçürmədim. Lakin elə bu misralar da şair dostumun poetik düşüncəsinin rəngarəngliyini göstərməyə bəs edir.

Nüsrətin bənzərsiz publisistikası vardı. Televiziyada unudulmaz verilişlər aparırdı. Sənədli filmimizin inkişafında xidmətləri danılmazdır. "Bakı" qəzetində işlədiyi illərdə balaca xəbər köşələrini sözünün gücüylə necə genişləndirdiyini, xırda olayları obrazlı və şairanə dillə necə ətə- qana doldurduğunu yaxşı xatırlayıram.

Onun gözəl insan və böyük istedad sahibi olması, iri bədənində kövrək üşüq ürəyi gəzdirməsi barədə çox yazmaq olar…

Bəzi şeirləri gözümüzün qabağında, anidən doğulub. Zarafat kimi baxdığımız və ardı kəsilməyəcək sandığımızın olayların hər biri şirin xatirəyə dönüb.

…Biz üçümüz də şahmatı sevirdik. Hətta sonralar mən Şahmat federasiyasının yaradılmasında yaxından iştirak etdim, federasiyanın ilk prezidenti seçildim və bunu oyun vaxtı onlara tez-tez xatırladırdım… Nüsrət bütün oyunları ehtirasla oynardı. Üçümüz də beləydik. Ancaq axıra kimi eyni səviyyədə oynamırdı, hövsələsi çatmırdı. Bir dəfə jurnalistin tələsinə düşmüş və hansımızın yaxşı oynadığımız barədə suala yəqin elə uduzmaların acığına " məni yuxudan oyatsanız yenə onları udaram" demışdi. Həmin gün onun ofisinin qabağından keçib Yazarlar birliyinə gedərkən birdən bu müsahibə yadıma düşdü və yolumu dəyişib ofisə girdim. Pillələrlə bir oğlan düşürdü, məni görən kimi güldü və "o müsahibəni yazan mənəm." dedi. Qolundan tutub geri qaytardım. Gəl otur, gör qardaşım yuxudan oyananda necə oynayır. Nüsrət də həvəslə daşları düzdü və bir neçə gedişdən sonra səhvə yol verdi. Köhnə xasiyyətincə əlmdən tutub fiquru götürməyimə imkan vermirdi. Belə hallarda, uşaq cığallığıyla "üzr istəyirəm" deyib vəziyyətdən çıxırdı. Güzəştə ehtiyacı olmayan, qürurlu, əyilməz dostumuzun, dodaqlarında təbəssüm, bu süni üzristəmələrindən ötrü oyunu uduzmaq da olardı Bizə ləzzət verir, zarafat mövzusuna çevrilirdi. Ancaq həmin gün mən də inada düşmüşdüm, üzr istəmək metodlari işə yaramırdı. Bizim mübahisələri maraqla izləyən jurnalistə " get, şahmatda kimin udduğunu doğru yaz! -" dedim. Təbii ki, araya başqa mövzular düşdü, iki dəqiqədən sonra şahmat unuduldu….

 

Nüsrət dost yolunda oda atılardı. Bir dəfə iki maşınla onun Əhmədlidəki evinə gedirdik. O qabaqdaydı. “Neftçılər” metrosuna çatmamış yandan qəflətən çıxan maşın məni vurdu. Nüsrət bunu güzgüdən görübmüş. Maşını saxladım, yüngülcə əzilmişdi. Sakitcə sürüb gedəcəkdim. Bəlkə məni vuran yanımdan keçib getsə fikir də verməyəcəkdim. Ancaq bir də baxdım Nüsrət sürücünü yaxalayıb, zorla əlindən aldım. " Boş ver!" "Nə boş ver,- dedi, maşını vurmagı azmış, hələ bir aradan çıxmaq istəyir."

 

Azərbaycanda və kənar yerlərdə başımıza çox macəralar gəlmişdi, bəzən dalaşmalı olmuşduq. Hətta Moskvadan, Komsomolun mərkəzi komitəsindən Bakıya məktub gəlmişdi ki, bir də bu iki nəfəri ümumittifaq tədbirlərinə göndərməyin, lakin bizimkilər bu məktuba əhəmiyyət vermədilər, nədən ötrü mübahisə etdiyimizi, savaşdığımızı bilirdilər.

Həm son dərəcə yaxın, həm də əlçatmaz xatirələrdir. Hər biri Nüsrətin xarakterinə bir tərəfdən işıq salır, onu daha yaxşı tanıdır.

Şuşaya, Vaqif poeziya günlərinə getmişdik. Gecədən xeyli keçmiş yarıqaranlıq küçəylə restorandan otelə doğru enirdik. Mərkəz Komitənin ideoloji katibi, bu gün xaricdə ölkəmizin səfiri olan, son illərdə tariximiz haqqında yeni araşdırmalara və tapıntılara söykənən, qədim tariximizə yeni baxış sərgiləyən bir neçə qiymətli kitab nəşr etdirmiş və o vaxt da ədəbiyyatımızı ürəkdən sevən hörmətli Həsən Həsənov qolumdan tutub məni dəstədən arxaya saxladı və dedi: "Sənin "Gəncə qapısı" kitabını çox bəyənmişdim, rəyimi sənə də demişdim, mükafata layiq kitabdır, ancaq, yəqin bilirsən, dostun Nüsrət Kəsəmənlinin kitabı da təqdim olunub Komsomol mükafatına. Rəqibsiniz. Nə deyirsən? Mükafatı hansınıza verməliyik?" Mən tərəddüd eləmədən dedim: " Nüsrətin kitabı da mükafata layiqdir. Birimiz alsaq, digərimiz kənarda qalsaq, haqsızlıq olar və heç birimizə nuş olmaz!" Ayaq saxladı və güldü: " Şükür, ilk dəfədir, yazıçılarımızdan birini dostunu müdafiə edən görürəm. Yoxsa kimi dindirirsən, deyir əvvəlcə mən. Yaxşı, sənin rəyini nəzərə alarıq!" dedi və dəstəyə qoşulduq. O il ikimiz bir yerdə aldıq mükafatı; sovet- komsomol ideologiyasına qətiyyən aidiyyəti olmayan, milli ruhlu kitablarımıza görə…

1988-ci ilin mitinqləri, Meydan-həm də ziyalıların sınaq meydanıydı, sözlə işin nə qədər uyğunluğunun su üzünə çıxan çağlarıydı. O zaman Nüsrət çoxlarından fərqli olaraq, xalqın arasındaydı. Alovlu çıxışlar edirdi, sonra da 20 Yanvara, Şuşaya, Xocalı faciəsinə, itən torpaqlarımıza və şahidi olduğu xəyanətlərə yangılı şeirlər yazdı…

…Bir gün Gündüz mənə zəng vurub gözlənilməz bir xəbər verdi: "Ata, bilirsəınmi, Nüsrət əmi qəzaya düşüb…" Nüsrət usta sürücü olduğundan bu xəbər məni təəccübləndirdi: "özü əzilməyib ki?" deyə soruşdum. " Nə əzilmə, deyirlər ölüb". Səsi titrədi. Danışığımızı kəsdim. Hara zəng vurum? Bir də gördüm mexaniki şəkildə Nüsrətin öz nömrəsini yığmışam. Və cavabı da o özü verdi…İnsanların həyatında nadir hallarda ortaya çıxan bir durumdur. "Qardaş, şükür sağ-salamatsan!" "Hə , şəhərə başqa xəbər yayılsa da, salamatam-dedi.

 

– Bir möcüzəylə xilas olmuşam. Qatar maşınımı 20 metr sürüklədi, amma özümə bir şey olmadı."

 

"Düş evin yanına, gəlirəm" – dedim. Görüşdük, hələ həyəcanı keçməmişdi. "Bulaq suyu olsa içərdim" – dedi. Getdik o vaxt Əzizbəyov körpüsünün o üzündə yeni açılmış "Qəbələ" restoranına. Səhəngdə sərin bulaq suyu gətirdilər. Yenidən üz-üzə oturmağımızın şərəfinə süfrə açdırdım. Qədəhi əlinə götürüb sakitcə " Mən indi ölmüş olmalıydım. Yaxın dostum kimi üstümdə əsas sözü sən deyəcəkdin. Şükür, sağam, ancaq orda nə deyəcəkdinsə onu indi de, eşitmək istəyirəm."

 

"Başın yerindədir?" -deyə soruşdum. "Yerindədir." "Tamam , indi ki, bu qəzadan salamat adlamısan arzunu yerinə yetirim".

 

 Təbii ki, aglıma gələn vida sözünü görüşümüzün sevincinə çevirib söylədim, ondan sonra nə deyə biüləcəyimi zarafatla çevirdim. Hələ hansımızın tez gedəcəyimiz bəlli deyildi. Sonra Təbrizdə müalicədən qayıdanda da orda görüşmüşdük və hətta Təbrizdə də ev üçün, uşaqları üçün, Bakı üçün darıxdığını demişdi.

O son görüşlərdə şair qardaşımın şərəfinə nə dediyim yadımda deyil. yəqin elə bu məqalədə yazdıqlarıma bənzər nələrisə demişdim və sağlığında eşitmişdi… 70 yaşın qutlu olsun, ölməz dost!

 

Sabir Rüstəmxanlı

28.12. 2016

 

mənbə :
lent.az















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2018. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti