Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

“Leylanın senedlerini düzeldib, onu satmağı planlayırdılar” – Şekil

“Leylanın senedlerini düzeldib, onu satmağı planlayırdılar” – Şekil

11/04/2015

18:42


xeber –

Azərbaycanda sənədsiz uşaqların problemi təkcə valideynsizlik deyil: sənədi olmayan uşaq təhsil ala bilmir, müxtəlif səbəblərə görə bəzən heç sığınacağa da qəbul olunmaya bilər. Azərbaycanda doğumun qeydə alınması qanunlara görə, zəruridir. Bəs, bəzən uşaqların mövcudluğunun qeydə alınmaması necə baş verir?

ANS PRESS-in məlumatına görə, bu mövzunu BBC Azərbaycanca araşdırıb. Təhlilçilər, uşaqların qeydiyyata alınmamasının günahını mərkəzləşdirilmiş mexanizmin olmamasında və valdeynlərin məsuliyyətsizliyində görür.

Leyla Azərbaycan Uşaqlar Birliyinin nəzdindəki sığınacaqda məskunlaşan 23 uşaqdan biridir. İki yaşında ikən anası Leylanı baxılması üçün başqa qadına – dayəyə verib, on üç yaşından sonra isə o, xalasıgildə yaşayıb. Amma ailə problemlərinə görə o, bu evdən qaçıb. Sənədləri olmadığından orta məktəbə gedə bilməyən Leyla keçmişini belə xatırlayır: “Dayəm mənə böyüklərlə necə danışmağı, tanımadığın insanlarla necə rəftar etməyi, ev işlərini öyrədib. Kəmalə xaladan (sığınacağın rəhbəri) həmişə xahiş eləmişəm məni harasa yerləşdirsin, bir ailəm olsun, mama tapsın. Öz mamamı istəmirəm, başqa ailə istəmişəm”.

“16 yaşlı oğlanı hara göndərim?”

Azərbaycan Uşaqlar Birliyinin (AUB) sədri Kəmalə Ağazadə Leylanın sığınacağa ilk gətirildiyi anı belə xatırlayır: “Qarşımda üz-gözü kosmetikayla dolu, əynində çox qısa yubka, hündür kabluklu ayaqqabıda bir uşaq dayanmışdı. Onu gətirən qızlar Leylaya sənəd almaq və daha sonra onu satmağı planlayırdılar”.

AUB uşaq hüquqlarının müdafiəsi ilə bağlı proqramlar həyata keçirir. Qanunvericiliyə əsasən, uşağın qəyyumu, yaxın qohumları və ya uşağın yerləşdirildiyi dövlət müəssisəsi ola bilər. AUB qeyri-hökümət təşkilatı olduğundan müvafiq icra hakimiyyətinin qəyyumluq komissiyasına fərdi olaraq, təşkilat sədrinin adından müraciət edə bilir. Belə ki, təşkilat sədrinin sözlərinə əsasən, qanunda adı çəkilən “himayə orqanı” ifadəsinin təşkilata şamil olunub-olunmadığı mübahisəli məsələdir. Kəmalə Ağazadə əsl problemin uşaq evləri və internatların 14 yaşdan yuxarı uşaqları yaş həddi keçdiyinə görə qəbul edə bilmədikləri zaman yarandığını əlavə edir: “Hal-hazırda təşkilatda imtina olunmuş 16 yaşlı oğlan var. Mən o oğlanı hara göndərim? Heç bir dövlət müəssisəsi onu qəbul etməyəcək”.

Sığınacağa yerləşdirilən uşaqlar təhsilin yarımçıq kəsilməməsi üçün yaxınlıqdakı təhsil müəssisələrinə yönləndirilirlər. Birliyin sədrinin sözlərinə əsasən, uşaq tamamilə təhsildən yayındığı hallarda, 12-15 yaşında heç təhsilə cəlb olunmadığında, onu orta məktəblərə yönləndirmək mümkün olmur. Bu hallarda təşkilatın işçiləri və könüllülər uşağa oxuma-yazma, riyazi biliklər öyrədir.

Kəmalə Ağazadə son dövrdə təşkilatın ərazisində yerləşdiyi Binəqədi İcra Hakimiyyətinin problemlərin həllində yaxından iştirakını xüsusilə qeyd edir: “Sığınacaqda potensial insan alveri qurbanı sayılacaq uşaqların vəziyyətinə dair monitorinqlər aparılır, təşkilatla birgə fəaliyyət və əməkdaşlıq davam etdirilir”.

Doğumun qeydə alınması

Azərbaycan Respublikası Ailə Məcəlləsinə uyğun olaraq doğumun dövlət qeydiyyatı məcburidir. Rəsmi statistikaya görə, 2013-cü ildə Azərbaycanda 170 000-dən çox uşaq doğulub ki, bunlardan təxminən 25 000-i qeyri-rəsmi nikahdan doğulan uşaqlardır.

Hüquqşünas Vamiq Şükürov doğulan uşaqların qeydiyyata alınmamasının əsas səbəbini düzgün və mərkəzləşdirilmiş mexanizmin qurulmamasında görür: “Mexanizmi Səhiyyə nazirliyi ilə Ədliyyə nazirliyi qurmalıdır. Birinci doğuşu öz müəssisələrində, ikinci isə doğumu qeydiyyat şöbələrində həyata keçirir. Vahid proqram təminatı qurulduqdan sonra Səhiyyə Nazirliyi doğum barədə məlumatı Ədliyyə nazirliyinə ötürəcək”.
“Əgər işlək elektron baza qurulsa və tibb müəssisələri ilə qeydiyyat şöbələri əlaqələndirilsə, uşaqlar doğulduğu andan qeydiyyata götürülürlər”, o əlavə edir.

Hüquqşünas doğumun qeydiyyatında yaranan digər səbəb kimi valideyin məsuliyyətsizliyinin ciddi cəzalandırılmamasını qeyd edir.Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasına əsasən, müddəti keçmiş, yaxud evlilik vəziyyəti dəyişmiş şəxslərə köhnə şəxsiyyət vəsiqəsi ilə doğumu qeydiyyata almaq olmaz.

Vamiq Şükürov yaşın dəyişməsi və ya evlilik vəziyyətində dəyişikliyin uşağın həmin insandan doğulmasını şübhə altına almadığını bildirir.

Hüquqşünas qaydanın qoyulmasında məqsədin vətəndaşları intizamlı olmağa vadar etmək olduğunu qeyd edir: “Yəni yeni doğulan uşağı qeydiyyata aldırmaq üçün vətəndaş məcbur olub şəxsiyyət vəsiqəsini dəyişəcək. Vəsiqələrini dəyişməsələr qeydiyyat şöbələri doğum şəhadətnaməsi verməyəcək.”

Ədliyyə Nazirliyinin adının çəkilməsini istəməyən nümayəndəsi ASAN Xidmətin qeydiyyat məsələsinə rahatlıq gətirdiyini bildirir: “ASAN Xidmət idarəsinin Bakıxanov qəsəbəsində yerləşən filialında 1 ayda 600 yeni doğulmuş uşağa doğum haqqında şəhadətnamə verilib. Valideyinin qeydiyyatı rayona olsa da, onlar ASAN Xidmət vasitəsilə uşaqlarının sənədlərini doğumun baş verdiyi ərazidə ala bilirlər.”

Sənədsiz uşaqları gözləyən təhlükələr

UNICEF təşkilatının 2013-cü il məlumatlarına əsasən, dünyada 5 yaşınadək uşaqlar arasında doğum qeydiyyatı aparılmış 65 milyon, doğumu qeydə alınmamış 229 milyon uşaq var.
Daxili Işlər Nazirliyinin adının çəkilməsini istəməyən nümayəndəsi Azərbaycanda sənədsiz uşaqlarla bağlı rəsmi statistikasının olmadığını vurğulayır. “MDB ölkələrindən miqrasiyanın olması, ölkədaxili yerdəyişmələr tam statistika çıxarmağa əngəl törədir.”
DİN nümayəndəsi, sənədləri olmayan uşaqlar arasında dilənçilik və avaraçılığa, pis vərdişlərə meyl, hüquq pozğungluqları törətmə hallarına rastlandığını qeyd edir. Bu uşaqlar yetkin şəxslərin təhriki ilə narkotikdən istifadəyə, oğurluğa, digər ağır cinayətlərə sövq edilirlər, o deyir.

Nə etməli?

Kəmalə Ağazadə qəbul olunan dövlət proqramlarının operativ işləməsi üçün əhali arasında maarifləndirmənin vacib olduğunu qeyd edir. Birliyin sədri, sənədsiz uşaqların sənədlərinin alınmasında prosedur qaydalarının çox uzun olduğunu da əlavə edir:

“Uşağın sənədinə Ədliyyə Nazirliyində 21 gün ərzində baxılır. Bu isə insan taleyidir. Müddət uzandıqca uşağın başına da hər hansı iş gələ bilər, uşaq qaça bilər. Həssas ailələrlə bağlı, uşaqlarla bağlı iş üçün xüsusi məlumat bazası mütləq olmalıdır. Yeri gəldikdə, tək-tək, qapı-qapı gəzib oradakı vəziyyəti araşdırmaq lazımdır”.

Hüquqşünas Vamiq Şükürov isə xəstəxanadan kənar doğulanlar üçün qeydiyyatın məhkəmə qərarı ilə olmasını mütləq zərurət sayır: “Qəyyumluq yerli icra hakimiyyətinin qəyyumluq və himayədarlıq orqanın qərarı ilə təyin olunur. Yalnız mübahisə olduqda məhkəməyə müraciət olunur. Övladlığa götürmə isə hər bir halda məhkəmə qərarı ilə olur”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkə üzrə sosial cəhətdən həssas qruplardan olan uşaqlarla bağlı vahid məlumat bazasının yaradılması işlərinə başladığını bildirir.

“Vahid məlumat bazasında sağlamlıq imkanları məhdud olan, çətin həyat şəraitində və təhlükəli sosial vəziyyətdə yaşayan, penitensiar müəssisələrdən azadlığa çıxan, aztəminatlı ailələrdə olan və digər həssas qruplardan olan uşaqlarla bağlı məlumatlar toplanacaq”, nazirliyin sözçüsü Elman Babayev deyir. “Həmin uşaqların yerləşdikləri regionlar barədə məlumatlar da bazada əksini tapacaq”.
Cənab Babayev məlumat bazasının uşaqların sosial xidmətlərə ehtiyaclarının ölkənin regionları üzrə dəqiq xəritələşdirilməsinə də yardım edəcəyini vurğulayır. Xəritələşdirmə sosial sifarişlər əsasında icrası nəzərdə tutulan layihələrin respublikanın bölgələri üzrə “obyektiv və məqsədyönlü şəkildə müəyyən olunmasına imkan verəcək”, o deyir.

Ananın şəxsiyyət vəsiqəsi olmadıqda və ya şəxsiyyəti məlum olmadıqda bu barədə məlumatların yeni doğulmuşların tibbi elektron registrinə əlavə edilməsi, nəticədə doğum haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmur.
Ombudsman Elmira Süleymanovanın illik hesabatında problemin həlli məqsədilə 2014-cü ildə Nazirlər Kabineti “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na müvafiq dəyişikliklər edildiyi qeyd olunur.

Dəyişikliyə əsasən, tibb müəssisəsində doğularaq hər iki valideynin imtina etdiyi uşaq haqqında məlumat həmin müəssisənin rəhbəri tərəfindən dərhal doğum haqqında tibbi şəhadətnamə və uşağın atılmasını təsdiq edən sənədlə birlikdə uşaqların hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya verilir.

Komissiya isə beş iş günü ərzində uşağın atılması haqqında sənədi, doğum şəhadətnaməsini, habelə ona veriləcək ad barədə qəyyumluq orqanının razılığını və ya göstərişini qeydiyyat şöbəsinə təqdim etməlidir. Bu halda doğum haqqında akt qeydinin valideynlər haqqında məlumatları əks etdirən qrafalar doldurulmur, uşağın atılması və valideynlərinin məlum olmaması göstərilir.

Doğum haqqında akt qeydində Komissiyanın müraciəti barədə qeydlər aparılır.

Mənbə : Anspress.com




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles