Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

Akif Çovdarov mehkemede söyüş söydü: "Yalan deyenin…" – YENİLƏNİB

Akif Çovdarov məhkəmədə söyüş söydü: "Yalan deyənin..." - YENİLƏNİB

11/01/2017

18:32

[r32]

11.01.2017 / 18:28 xeber –

 

Nahardan sonra davam edən prosesdə İlham Xəlilov prokurorun suallarını cavablandırıb.

 

Sabiq bələdiyyə sədri deyib ki ki, A. Çovdarov ondan pul alıb. Prosesdə şahid qismində epizod üzrə adı keçən Adil Yaqubov ifadə verib. O, ifadəsində zərərçəkmiş İlham Xəlilovun dediklərinin yalan olduğunu və A. Çovdarovun ondan pul almadığını deyib.

 

Çovdarovun sürücüsü olmuş Nurxan Atakişiyev bildirib ki, Çovdarov İ. Xəlilovdan pul almayıb: "İlham Xəlilov deyir ki, pulu mən alıb Akif Çovdarova vermişəm. Lakin bu yalandır".

 

Çovdarov isə zərərçəkmiş şəxs İlham Xəlilova emosional reaksiya verib: "Yalan deyənin var-yoxuna söyərdim. Heyf ki, zalda qadınlar var".

 

 Proses yanvarın 16-da davam edəcək.

 

**

15:08

Bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutub.
Prosesdə zərərçəkən şəxs qismində Biləcəri bələdiyyəsinin sabiq  sədri İlham Xəlilov və Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Elman Salmanov ifadə verib.

 

İlham Xəlilovun istintaqa verdiyi ifadəyə görə, 2008-ci ilin martında tanışı Adil Yaqubov ona xəbər çatdırıb ki, general Çovdarovun yanına getməlidir.

 

Xatırladaq ki, Adil Yaqubov Daxili işlər Nazirliyində Çovdarovla birgə işləyib. Daha sonra hər iki şəxsin münasibətləri yaxınlaşıb. A.Yaqubov Çovdarovun həyat yoldaşı İbadət Çovdarovaya məxsus "Bəhrə" MMC-in direktoru olub. 

 

Zərərçəkən şəxs istintaqa ifadəsində qeyd edib ki, Yaqubovun xəbərdarlığından sonra MTN-in inzibati binasına gedərək Akif Çovdarovla görüşüb. Ondan 100 min manat istənilib. Binəqədi bələdiyyəsinin sədri Elman Salmanovdan isə 150 min manat gətirməsi tələb olunub. 

Çovdarovun göstərişini alan E.Salmanov cəmi 90 min manat, İ.Xəlilov isə 50 min manat düzəldə biliblər. İ.Xəlilov həmin pulu götürüb, Rəsulzadə-Biləcəri yolunda Çovdarovun göndərdiyi adamlara verib. Qalan 110 min manatı isə 1 ay sonra Yaqubova çatdırıblar.

İ.Xəlilov ifadəsində göstərir ki, 2014-cü ilin sonlarında Çovdarov zəng vuraraq Masazırda, “Zəli gölü”nün yaxınlığında 10 hektar torpaq sahəsini Adil Yaqubovun adına sənədləşdirməyini deyib.  

Bunlardan əlavə, ondan 120 min manat da tələb oluduğunu deyən bələdiyyə sədri Çovdarovdan “Sən generalı barmağına dolamısan? Deyəsən məni yaxşı tanımırsan. Səni həbs edərəm, başına torba keçirdib podvala ataram” deyə təhdidlər də eşitdiyini söyləyib.

İstintaqda Biləcəri bələdiyyəsinin sədri ilə Çovdarovu üzləşdiriblər. Bələdiyyə sədri bunları təkrar danışsa da, Çovdarov təkzib edib: “İlham Xəlilovu uzun müddətdir tanıyıram. Onu DİN-də işləmiş Adil Yaqubov vasitəsilə tanımışam. İlham Xəlilovla çox yaxşı münasibət olub. 2005-ci ildən Biləcəri qəsəbə bələdiyyəsinin sədri vəzifəsində işləyib, dəfələrlə bir məclisdə olmuşuq. Lakin hazırda göstərilənlər tamamilə yalandır. İlham Xəlilova heç vaxt Elman Salmanov adlı şəxsdən hər hansı bir məbləğdə pul alıb mənə çatdırmasını deməmişəm, bununla bağlı nə İlham Xəlilova, nə də Elman Salmanova hər hansı bir formada hədə-qorxu gəlib tələb irəli sürmüşəm”.

Akif Çovdarov üzləşmə zamanı deyib ki, ola bilsin, İlham Xəlilov onun adından istifadə etməklə Elman Salmanovdan pul alıb: “Hesab edirəm ki, bu, elə belədir. Ümumiyyətlə, Elman Salmanov adlı şəxsin kim olduğunu, hansı vəzifədə işlədiyini bilmirəm. Əgər Elman Salmanovu çağırmaq lazım olsa idi, İlham Xəlilov vasitəsilə deyil, özüm çağırardım”.

Çovdarov Elman Salmanov adlı şəxsdən İ.Xəlilovun vasitəsilə 150 min dolları hədə-qorxu ilə tələb etməsi barədə ittihamı böhtan adlandırıb. 

Çovdarov deyib ki, Biləcəri qəsəbə bələdiyyəsinin sədri işləmiş İlham Xəlilov özü dələduzdur: "İlham Xəlilov özü dələduz olduğundan çox borcu var. Bunun üçün də mənə böhtan atır və aldatdığı şəxslərdən vaxt udub səbəbkar kimi məni göstərir”.

A.Çovdarov ifadəsində bildirir ki, İlham Xəlilovu Adil Yaqubov vasitəsilə MTN-ə çağırıb ona “3 ildir bələdiyyə sədr işləyirsən 100 min gətir” sözünü deməyib.

“İlham Xəlilov mənə böhtan atır. Onlardan pul almamışam. 2014-cü ildə Masazır qəsəbəsində “Zəli Gölü” adlanan ərazidə Adil Yaqubovun adına 10 hektar torpaq sahəsinin sənədləşdirilməsini də tələb etməmişəm. Həmin ərazini Adil Yaqubov almaq istəyib. Bu məsələnin mənə heç bir aidiyyatı yoxdur. İlham Adil Yaqubovdan pul alsa da, sonradan nə həmin torpaq sahəsini, nə də buna görə Adil Yaqubovdan aldığı pulu qaytarıb”.

 

Məhkəmə nahar fasiləsi edib.

 

Prosesdən sonra jurnalistlərə açıqlama verən iş üzrə zərərçəkən Binəqədi qəsəbə kənd bələdiyyəsini  sədri olmuş Elman Salmanov isə bildirib ki,  150 min pulu Çovdarova deyil, birbaşa İlham Xəlilova verib: "Çovdarovun adı gələndə qorxuya düşürdük. Həyətdə bir "Range Rover" vardı, satıb verdim. Dedim, başımızın sadağası olsun. Pulu iki dəfəyə 60 min və 90 min olmaqla İlham Xəlilova verdim. Mən Akif Çovdarovu heç görməmişəm, o pulu da ona verməmişəm. Mənim pulumu kim yeyib, ondan tələb edirəm. Çovdarov məhkəmədə dedi ki, pulu o yeməyib".

 

Prosesdən sonra jurnalistlərə açıqlama verən Çovdarovun vəkili Sadiq Rəsulov bildirib ki, İlham Xəlilov məhkəmədə ziddiyyətli ifadələr verib: "İstintaqda deyir ki, Binəqədi bələdiyyəsinin sədri Elman Salmanova zəng edərək MTN-dən pul istənildiyini deyib. Amma məhkəmədə deyir ki, Elman da ona zəng edərək MTN-ə çağırıldığını, pul istənildiyini bildirib. 

İlham Xəlilov MTN-də 4-cü mərtəbədə Çovdarova pul verdiyini dedi. Ancaq həmin vaxt Çovdarovun xidməti otağı 1-ci mərtəbədə olub. Xəlilov deyir ki, pulun qalan hissəsini Çovdarovun xidməti maşınında ona verib. Amma Çovdarovun həmin vaxt xidməti maşını olmayıb. Xəlilov istintaqda Çovdarov tərəfindən hədələndiyini, pul tələb edildiyini deyirdi. Amma məhkəmədə Adil Yaqubov tərəfindən hədələndiyini deyib. Digər bələdiyyə sədri Elman Salamanov da məhkəmədə İlham Xəlilovu təkzib etdi. Elman dedi ki, Xəlilov ona deyib ki, əgər 150 mini verməsə, onun başına torba keçirəcəklər. Həm də Elman Salmanov dedi ki, ondan pul istəniləndə ağsaqqalı ilə danışmaq istədiyini, vaxt lazım olduğunu deyib".

Akif Çovdarov məhkəmədə Elman Salmanova belə cavab verib: "Sənin ağsaqqalını tanıyıram, münasibətimiz də var. Əgər belə bir şey olubsa, sənin ağsaqqalın niyə mənə zəng edib demirdi ki, Akif, Elmandan niyə pul istəyirsən?. Bu deyilənlər yalandır".
 

Vəkil bildirib ki, Akif Çovdarovun çıxışında İlham Xəlilovun onun adından yalan danışaraq kimlərdənsə pul aldığını deyib.
 

 

Qeyd edək ki, təqsirləndirilənk şəxslər – Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

 

mənbə :
lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles