xeber –
Gəncədə Azərbaycan Respublikası Kinoloqlar İctimai Birliyinin təşkilatçılığı və IDEA İctimai Birliyinin dəstəyi ilə cins itlərin sərgi-müsabiqəsi keçirilib.
Azərbaycanla yanaşı, Gürcüstan və Rusiyadan olan təmsilçilərin də qatıldığı sərgi-müsabiqədə əsasən itlərin xarici görkəmi və bacarıqları nümayiş etdirilib.
Kinoloqlar İctimai Birliyinin sədri Zaur Ağabəyli AzərTAc-a deyib ki, sərgidə hər it iştirak edə bilməz. Burada itin xarici görünüşü ilə yanaşı, onun özünü necə aparması da əsas şərtdir. İtlərin qiymətləndirilməsi isə beynəlxalq dərəcəli hakimlər tərəfindən həyata keçirilir.
Rusiyanın Yessentuki şəhərindən sərgiyə qatılan Yelena Juvalova bildirib ki, 30 ildir cins itlər saxlamaqla məşğuldur və Gəncədə keçirilən sərgidə alman və Belçika cinsli çoban itləri ilə təmsil olunur. Bu itlər dəfələrlə beynəlxalq turnirlərin qalibi olub.
Sonda sərgi-müsabiqədə fərqlənən iştirakçıya kubok və fəxri fərmanlar təqdim edilib.
Mənbə : Anspress.com
Şərh yaz.