xeber –
Almaniyanın Drezden şəhərində anti-İslam hərəkatı olan PEQİDA qrupunun tərəfdarları etiraz aksiyası keçiriblər. Aksiyaya 30 minə yaxın tərəfdarın qatılacağı gözlənilsə də, fəallıq 10 mindən artıq olmayıb.
Aksiyada, eyni zamanada, niderlandlı populist siyasətçi Gert Vilders də iştirak edib. Vilders çıxışı zamanı bildirib ki, Avropanı tərk edib mücahid qruplaşmalara qoşulan vətəndaşlar, əslində, Avropaya aid deyillər və onlar ölkəsinə geri qayıtmamalıdırlar.
“Hər gün eyni mantranı eşidirik. İslam dini sülh dinidir. Hər gün bir dəhşətli hadisə olduqda dünya liderləri mediya qarşısına çıxır və bunun İslam dini ilə əlaqədar olmadığını bildirirlər. Xanım Merkelə belə bir ismarışım var. Vətəndaşlarınızın əksəriyyəti İslam dinin Almaniyaya aid olmadığını düşünür. Şəriət qanunlarını bizim qanunlardan üstün tutanlara səslənirəm: ölkələrimizi tərk edin”
Ötən ilin oktyabr ayında yaradılan PEQİDA təşkilatı Avropa və Qərb ölkələrinin müsəlmanlaşdırılmasına qarşı çıxır.
Mənbə : Anspress.com
Şərh yaz.