Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Sağ qalan keşfiyyatçı: "Qerara geldik ki, özmüzü partladaq" – MÜSAHİBƏ

Sağ qalan keşfiyyatçı: "Qerara geldik ki, özmüzü partladaq" – MÜSAHİBƏ

14/04/2015

12:40


14.04.2015 / 12:36 xeber –

1997-ci ildə düşmən arxasına səkkiz nəfərdən ibarət qrup göndərilir. Qrup düşmən arxasında üç gün qalaraq, tapşırıqları yerinə yetirir. Sonuncu gün geri dönmək ərəfəsində düşmən duyuq düşür, onları böyük qüvvə ilə mühasirəyə alır. Mərmiləri bitənə qədər itki vermədən döyüşən qəhrəmanlarımız, bu qeyri-bərabər döyüşdə xeyli sayda düşməni məhv edirlər. Ən sonunda da əsir düşməmək üçün qumbara ilə özlərini partladırlar. Onlardan birini – Əhmədov Aqili ağır yaralanaraq huşunu itirir. O, əsir götürülür…

 

 

…Əhmədov Aqil Mürsəl oğlu 1976-cı ili aprelin 23-də Zaqatalada anadan olub. 1993-cü ildə orta məktəbi bitirib. 1995-ci ilin iyun ayında Zaqatala rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə yollanıb. Xidmətdə də xüsusi təyinatlı hərbi hissədə qulluq edib… 

– İki il xidmət etdikdən sonra 1997-ci ilin aprel ayının 7-də Müdafiə Nazirliyinin əmri ilə düşmənin arxasına keçərək xüsusi döyüş tapşırığını yerinə yetirmək üçün hərəkətə başladıq. Mənim də içərisində yer aldığım qrupun 7 nəfəri şəhid oldu, məni isə ağır yaralandıqdan sonra əsir götürüblər.

– Necə oldu ki, düşmən duyuq düşdü?

– Üç gün Horadiz – Hadrut istiqamətində düşmən arxasında olduq. Əməliyyatın sonuncu günü Elxan, Vüqar, Anar, Dinar, Aqşin, Nizami və Farizlə birgə tapşırığı yerinə yetirib geri dönməyə hazırlaşırdıq. Elxan bizim komandirimiz idi. Onu da qeyd edim ki, gecələr işimizi görür, gündüzlər də gizlənirdik. Müharibə zamanından qalma kol-kos basmış bir “Tranşey” vardı, gündüzlər həmin orada kolların altında gizlənirdik. Ermənilərin ağlına gəlməzdi ki, orada kimsə ola. Dediyim kimi, artıq sonuncu gün idi, tapşırığımızı bitirib geri qayıtmalıydıq. Elə oldu ki, biz işimizi bitirənə kimi, artıq səhər açıldı. Dedik ki, axşama kimi burada gizlənək, gecə yola düşərik. Canımızda neçə günün yorğunluğu var idi. Həmin o kolluq olan yerdə daldalanmışdıq. Mən dincəlmək üçün “veşmeşok”umun üstündə oturaraq silahım da əlimdə hazır vəziyyətdə mürgü vururdum. Nə qədər yatdığımı bilmirəm, bir də çiynimə dəyən zərbədən ayıldım. Baxıb gördüm ki, Yarəhmədov Vüqar ayağa durub. Hələ nə baş verdiyini anlamıram. Vüqar mənim duruxduğumu görüb dedi ki, “qalx, düşmən gəlir!”. Bunu deyib qarşı tərəfə güllə atdı. Sən demə, bizə sarı iki düşmən əsgəri gəlirmiş. Onlardan birini Vüqar vurandan sonra ikinci əsgər geri dönərək aldadıcı hərəkətlər edə-edə qaçmağa başladı. Onu da yaraladı, ancaq erməni əsgəri özünü yetirib təpənin dalına keçə bildi.
 

Belə olan halda komandir əmr verdi ki, səngərin içinə doğru gedirik. Bir az gedib başımızı qaldıranda gördük ki, bu yandan da 50-60 erməni əsgəri bizə sarı gəlir. Yaxınlıqda dağılmış kənd vardı, Elxan əmr verdi ki, kəndə tərəf çəkilirik. Və başladıq kəndə tərəf qaçmağa. Rəhmətlik Nizaminin əlindən PK-nı alıb istəyirdim ki, atım, bu an Elxan qışqırdı ki, burda atma, özümüzə etibarlı mövqe seçək, sonra atışarıq. Düşmən görəndə ki, biz qaçırıq, onlar da sürətlərini artırmağa başladılar. Bu an komandir Aqşinə dedi ki, “svyaza” çıx. Onu da deyim ki, bizdə 40 vərəqdən ibarət “svyaz” kitabçası vardı, qaçdığımız zaman onu məhv etdik ki, birdən başımıza bir iş gəlsə düşmən əlinə keçməsin. Qaçdığımız zaman “Veşmeşok”u atıb, tək silahı, güllələri və bir də “svyazı” saxladıq.

– Yaxınlıqda daldalanmaq üçün nəsə yox idimi?

 

 

– Qarşıda iki təpə vardı, biri yaxın, o biri bir az ondan aralı idi, daldalanmaq üçün onlara doğru qaçırdıq. Yaxın təpəyə istiqamət götürmüşdük ki, oradan bizi gülləyə tutdular. Belə olan halda, məcbur qalıb, o biri təpəyə sarı qaçmağa başladıq. Oralar tam açıqlıq idi.  Mən uşaqlardan arxada gedirdim. Qismən uzaqda olan təpəyə çatanda nə oldu bilmədim, ancaq yıxıldım. Əvvəlcə elə təsəvvür etdim ki, yəqin güllə dəyib, ona görə yıxılmışam və tərpənmədim. Bu an mənə tərəf güllə atışı zəiflədi. Yəqin onlar da elə biliblər ki, yaralanmışam. Baxdım, artıq yaxınlaşmaq üzrədirlər, tez əllərimi, ayaqlarımı yoxlayıb gördüm ki, yaralanmamışam, anidən ayağa durub aldadıcı qaçış edərək uşaqlara çatmağa çalışırdım. Bütün bunlar bir anın içində baş verdi. Təpənin başına çatıb, komandirin əmrini gözlədik. Təsəvvür edin ki, nəfəs ala bilmirdim, ciyərim susundan yanırdı, ağzım, boğazım qurumuşdu, neçə gündür su da içmirdik. Təpədə də durmaq mümkün olmurdu. Həm də çalışırdıq ki, qaça-qaça öz mövqelərimizə doğru yaxınlaşaq. Ancaq bizi necə sıxmışdılarsa, get-gedə hiss edirdik ki, özümüzünkülərə tərəf yaxınlaşmaqdansa uzaqlaşırıq. Gedib bir ağaclığa çatdıq, orada da dayanmayıb yolumuza davam etdik. Ağacın qol-budağı üz-gözümüzü cırı-cırıq etsə də, buna fikir vermirdik. Ağaclığı adladıq, qarşımıza balaca bir arx çıxdı, bir metr yarım eni olardı – “sapyor”un yükünü də mən götürmüşdüm ki, onun işi rahat olsun, bizi minalardan rahat keçirsin – üstündən hoppanmaq istəyəndə suya düşdüm. Normalda onu iri bir addım atsan, adlamaq olardı, ancaq yüküm ağır olduğundan düşdüm suya. Nəhayət, buraları keçib, uçub-dağılmış evlər olan bir yerə çatdıq. Bu an gördük ki, ön tərəfdən üç nəfər gəlir, ancaq geyimlərindən hiss olunurdu ki, zabitlərdir, ermənilərin əsgərləri çox pis geyinirdilər. Tez qərara gəldik ki, yaxınlıqdakı yanmış evin “podvalına” girək, ora da balaca bir yer idi, güclə sığdıq. Bir də baxdıq ki, Yarəhmədov Vüqar yoxdur. Nə də bayıra çıxıb onu çağıra bilmirik. Bayaq dediyim həmin o üç nəfər düz biz gizləndiyimiz yerin bir metrliyindən keçib getdilər. Onlar elə güman ediblər ki, biz yuxarıya doğru qaçmışıq.

– Onları niyə vurmadınız?

– Onları rahat vura bilərdik, ancaq məqsədimiz o idi ki, izi azdırıb və vaxt qazanıb mövqelərimizə doğru gedək. Bunlar keçəndən sonra Vüqar gəldi. Gizləndiyimiz yer qismən təhlükəsiz olduğundan məşvərətə başladıq. Gah dedik bir yerə yığışıb qumbarayla özümüzü partladaq, ya da imkan varsa, qaçaq. Dedik, komandir, son qərarı siz verin. Nə əmr etsəniz, yerinə yetirəcəyik. Komandir dərin düşüncəyə getmişdi. Hamı da onun nə deyəcəyinə gözləyirdi. Yanımda balaca bir daş parçası vardı, düşündüm ki, bəlkə də on dəqiqə sonra öldük, heç olmasa rahat oturum. Oturub döş cibimdəki saatı çıxarıb baxdım ki, artıq günortadır, çöldə də gözəl yaz havası vardı. Bu vaxt Mustafayev Dinar pıçıltıyla dedi ki, bizi gördülər. Elə bunu demişdi ki, olduğumuz yeri atəşə tutdular. Elxan qranatı çıxarıb onlar tərəfə atdı və döyüş əmrini verdi. Evin əks tərəfinə çıxdıq. Çıxan kimi gördük ki, içərisi əsgərlə dolu bir yük maşını gəlir, uşaqlardan hansısa onu vurdu. Bunun dalınca da bir “NİVA” gəlirdi, ona da atdılar, ancaq ona dəymədi və gözdən itdi. Bir sözlə, kim nə görürdüsə vururdu. Artıq bizə tərəf yaxınlaşırdılar, onlara bir-iki qumbara atıb, qarşıdakı təpəyə doğru qaçdıq. Yolun kənarında balaca bir xəndək-fason bir şey qazmışdılar. Bu xəndəyə uzanıb başladım sürünməyə. Bir az sürünmüşdüm ki, birdən onurğamdan sanki elektrik vururmuş kimi bir ağrı hiss etdim. Dayandım. Ayaqlarım keyidi, tərslikdən avtomat da ayağımın arasında qaldı. Ha çalışırdım ki, avtomatı çıxarım, gücüm yetmədi. Əlimi böyrümə aparanda gördüm ki, barmaqlarım qandı. Haradan biləydim ki, güllə gəlib ciyərimlə ürəyimin arasında qalıb.

– Yoldaşlarınızdan yanınızda olanı var idimi?

– Yox, onlar təpəyə çatdılar. Mənim də ürəyim partlayırdı, uşaqlara çatmağa çalışırdım. Əlimnən yeri eşə-eşə getmək istəsəm də, gördüm yox, mümkün deyil, alınmır. Taqətim də yoxdur, öz-özümə dedim ki, artıq ölürsən. Başımı qaldırıb göyün üzünə baxdım, tərtəmiz idi. Dedim ki, Allah adama bir qanad verə, uçasan, necə gözəl hava var…Bu vaxt gözüm komandirimiz Elxana sataşdı, gördüm, əli ilə yeri eşir. Bəlkə də nəsə basdıracaqdı ki, düşmən əlinə keçməsin. Bu vaxt da Elxanı vurdular, yıxıldı. Ondan bir az da aralıda düşmən əsgərləri qaça-qaça gəlirdilər. Amma o, ölməmişdi…Artıq hər tərəfdən mühasirəyə alınmışdıq. Elxanın qaça-qaça mənə tərəf gəldiyini gördüm. Çatıb dedi ki, sürün, gedək. Bir az əl-qol atdım, gördüm yox ee, gedə bilmirəm. Elxana dedim ki, mən gedə bilmirəm, istəyirsən apar, istəyirsən at, daha taqətim qalmayıb. Boğulmağa başladım, əynimdə nə qədər paltar vardısa hamısını cırıb atdım ki, bir az hava ala bilim. Gördüm yenə düzəlmədi, düşündüm ki, bir dənə də güllə vursunlar, sonra nə olacağını bilmirəm…Huşumu itirdim.

– Digər yeddi nəfərin hamısı şəhid oldu, eləmi? 

– Bəli, hamısı şəhid oldu. Mən də yaralandıqdan sonra huşumu itirmişəm, ermənilər götürüb aparıblar. Ermənilərin dediklərindən və yadımda qalanlardan ümumi mənzərəni təsvir edə bilirəm. Uşaqlar qranatla özlərini partladıblar. Hətta sonralar ermənilər Vüqarın şəkilini göstərib dedilər ki, qranatın “koltso”su dişində qalmışdı. Uşaqlardan biri özünü elə partladıb ki, qarın nahiyəsi açılıb, yerində inildəyirmiş. Uşaqlardan digəri isə əlində qranat əllərini göyə qaldıraraq təslim olduğunu deyib…Və əlindəki qranatı yaxınlaşmaqda olan düşmən əsgərlərini üstün atıb. Onu da orada vurublar…bədəni deşik-deşik olub…

– Yaralanandan sonra sizi hara aparmışdılar?

– Sonradan bilmişəm ki, bunlar məni Cəbrayılda tibb məntəqəsinə aparıblar. Özümə gələndə baxdım ki, balaca bir otaqdayam, divar tərəfdə də bir nəfər durub. Ondan su istəyəndə, “sənə su olmaz” dedi. Öz-özümə düşündüm ki, yəqin qəddar çavuş olmuşam deyə, o biri dünyada cəzalandırırlar, su vermirlər. Belə şeylər düşünürdüm. Bir də baxdım ki, kimsə məni şillələyir. Gözümü açanda gördüm ki, qara yekəpər biri dayanıb başımın üstündə, ətrafımda da adamlar dövrə vurub. Onda başa düşdüm ki, əsir düşmüşəm. Tez adyalı üstümdən qaldırıb baxdım, əynimdə paltar yoxdur, bədənimdə bir neçə yerdən “şlang” qoymuşdular. Ağrımayan yerim yox idi.

– Əməliyyat edib gülləni çıxardılarmı?

– Yox, güllə indi də qalır. Hərdən nəfəs alanda iyinə kimi batır. Bundan başqa qarın nahiyəmdəki “şlanq”lardan biri hələ də qalır. Bağırsağım işləmir. 1-ci qrup Qarabağ əliliyəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Səhiyyə Nazirliyi söz veriblər ki, müalicəyə göndərəcəklər. Bir neçə dəfə vəd verib əməl etməyiblər, yəqin bu dəfə göndərərlər. Məsələ bununla da bitmir. Yaralandığım zaman güllə onurğaya dəydiyindən sümüklər parçalanıb. Əsirlikdə olanda da nə bilim nə ediblər, bilmirəm ki, ondan sonra onurğa sümüyümdə törəmələr əmələ gəlib.

– İşgəncə verirdilərmi?

– Cəbrayılda olanda bir polkovnik gəlmişdi, adımı soruşanda, səhv demişdim. Qırmızı Xaçdan adımı öyrənəndən sonra qələmlə tikişləri çəkdi, üstümdə siqaret söndürürdü, yastığı başıma qoyub tapançayla vuracam deyirdi. Onu da qeyd edim ki, mənə erməni məhkəməsinin qərarı ilə ölüm hökmü kəsmişdilər. Bir il 11 ay ölüm hökmü altında olmuşam. Hər dəfə ayaq səsləri eşidəndə, qapı açılanda elə bilirdim ki, güllələməyə aparırlar. Dəyişməyə aparanda da gözlərimi bağlamışdılar, elə bildim məhkəmənin hökmünü icra etməyə aparırlar. Bir də Qırmızı Xaçın ofisində gözümü açanda hiss etdim ki, deyəsən, məni dəyişirlər. Və dəyişdilər… 

qaziler.az

Mənbə : Lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles