Azadliq.az
Azərbaycan Xəbərləri








Azadliq » Xeberler» Xeber

Sernişin terefinden bıçaqlanan sürücü dünyasını deyişdi

Sərnişin tərəfindən bıçaqlanan sürücü dünyasını dəyişdi

21/01/2017

03:48



2017-01-20T23:35 xeber – Şəmkirdə bir neçə gün əvvəl sərnişini tərəfindən bıçaqlanan sürücü yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Sputnik Azərbaycan-ın Report-a istinadən verdiyi məlumata görə, yanvarın 17-də Şəmkir rayonunun Seyfəli kəndi ərazisində sərnişin tərəfindən bıçaqlanan Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü Babayev Namiq Əli oğlu yerləşdirildiyi Gəncə şəhərindəki özəl xəstəxanaların birində dünyasını dəyişib.
N. Babayev yanvar ayının 17-də Seyfəli kəndinə apardığı sərnişini tərəfindən bıçaqlanıb və avtomobili qaçırılıb. Qaçırılan “VAZ-2107” markalı avtomobil isə Şəmkir rayon Seyfəli kənd sakini, avtomobil təmiri ilə məşğul olan Kamal Kərimovda aşkarlanıb. Polisə ifadə verən K.Kərimov isə maşını həmkəndlisi Eşqin Murtuzovdan aldığını bildirib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir. 
mənbə :
Sputnik


Copyright © 2018. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website