21.01.2017 / 06:34 xeber –
Məşhur Hollivud aktyoru Morqan Frimen “Türk Hava Yolları”nın yeni siması olub.
APA-nın “Hürriyet”-ə istinadən verdiyi xəbərə görə, 79 yaşlı M.Frimen aviaşirkətin reklamında çəkiləcək.
Reklam çarxının premyerası fevralın 5-də, ABŞ Milli Futbol Liqasının final matçında nümayiş olunacaq.
Qeyd edək ki, “Türk Hava Yolları” Avropanın ən iri aviaşirkətlərindən biridir.
mənbə :
lent.az
Şərh yaz.