23 Yanvar, 2017 22:28 xeber – ABŞ prezidenti Donald Tramp misirli həmkarı Əbdül Fəttah Əs-Sisinin Vaşinqtona səfərini gözləyir.”Report” xəbər verir ki, bu barədə Misir prezidentinin ofisi məlumat yayıb.Bazar ertəsi Tramp və Əs-Sisi arasında telefon danışığı olub.”ABŞ prezidenti Əs-Sisinin Vaşinqtona səfərini gözləyir və bu səfər hazırda diplomatik kanallar vasitəsi ilə hazırlanır”, – deyə “Reuters” Misir tərəfinin bəyanatını sitat gətirib.Əs-Sisi Yaxın Şərq regionunda Trampla danışan ikinci dövlət lideri olacaq. ABŞ prezidenti bundan öncə İsrailin baş naziri Binyamin Netanyahu ilə söhbətləşmişdi.
mənbə :
Report.az
Şərh yaz.