Robert Prosinecki "Bursaspor" ile bagli xeberlere aydinliq getirdi – YENİLENİB

[r32]

23.01.2017 / 22:43 xeber –

"Bursaspor"un vitse-prezidenti Ali Ademoğlu millimizin baş məşqçisi Robert Prosineçki ilə maraqlandıqları barədə xəbərləri təsdiqləyib. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  klub rəsmisi xorvatiyalı mütəxəssislə ilkin danışıqlar apardıqlarını təsdiqləyib.

 

"Klub nümayəndələri Azərbaycandadırlar. Qısa zaman ərzində məsələ ilə bağlı son məlumatları bildirəcəyik. Prezidentimiz Ali Ayla birgə hazırda Ankaraya qayıdırıq. Axşam saatlarında İdarə Heyətimiz bir araya gələrək qərarı açıqlayacaq" – deyə, Ademoğlu bildirib.

 

 

Türkiyədən dəvət aldığını təsdiqləyən Prosineçki apasport.az saytına açıqlamasında qısa danışıb: "Təklifə hörmətlə yanaşdım, amma "Bursaspor" rəsmilərinə bildirdim ki, mərhələnin sonuna qədər Azərbaycan millisi ilə müqaviləm var. Bu səbəbdən mənim o kluba keçməyim doğru deyil".

 

Qeyd edək ki, "Bursaspor"un Prosineçki ilə 2,5 illik müqavilə imzalamaqla bağlı razılığa gəldiyi iddia edilir.

 

***

 

Hamza Hamzaoğlunu istefaya göndərən “Bursaspor” klubu baş məşqçi axtarışını yekunlaşdırıb.

 

Apasport.az saytı xəbər verir ki, Türkiyə mətbuatında “ağ-yaşıllar”ın Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki ilə anlaşdıqları barədə xəbər yayılıb. 

 

Məlumatda bildirilir ki, “Bursaspor” rəhbərliyi bu gün xorvatiyalı çalışdırıcı ilə görüşüb və tərəflər arasında 2,5+1 illik müqavilə imzalanıb. Əvvəllər Türkiyənin “Kayserispor” klubunu çalışdırmış Prosineçkinin qarşıdakı günlərdə bu ölkəyə yollanaraq, rəsmi müqaviləyə qol çəkəcəyi qeyd olunub. 

 

“Bursaspor” rəsmilərindən heç kim məsələ ilə bağlı rəsmi açıqlama verməyib. 

 

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu isə əməkdaşımızla söhbətində məlumatı təkzib edib: "Boş xəbərdi. Prosineçki "Bursaspor"a gedə bilməz, çünki bizimlə müqaviləsi var. Onu "Bursaspor" yox, millimizin martda Almaniya ilə keçirəcəyi oyun maraqlandırır".

 

Qeyd edək ki, Robert Prosineçki 2014-cü ilin dekabr ayından Azərbaycan yığmasını çalışdırır.

 

mənbə :
lent.az

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir