Millimizin bas mesqcisi turk klubuna kecir?

[r32]
2017-01-23T22:53 xeber – “Bursaspor”un vitse-prezidenti Ali Ademoğlu millimizin baş məşqçisi Robert Prosineçki ilə maraqlandıqları barədə xəbərləri təsdiqləyib. Sputnik Azərbaycan Apasport.az-a istinadən xəbər verir ki,  klub rəsmisi xorvatiyalı mütəxəssislə ilkin danışıqlar apardıqlarını təsdiqləyib.
“Klub nümayəndələri Azərbaycandadırlar. Qısa zaman ərzində məsələ ilə bağlı son məlumatları bildirəcəyik. Prezidentimiz Ali Ayla birgə hazırda Ankaraya qayıdırıq. Axşam saatlarında İdarə Heyətimiz bir araya gələrək qərarı açıqlayacaq” — deyə, Ademoğlu bildirib.
Türkiyədən dəvət aldığını təsdiqləyən Prosineçki apasport.az saytına açıqlamasında qısa danışıb: “Təklifə hörmətlə yanaşdım, amma “Bursaspor” rəsmilərinə bildirdim ki, mərhələnin sonuna qədər Azərbaycan millisi ilə müqaviləm var. Bu səbəbdən mənim o kluba keçməyim doğru deyil”.
Qeyd edək ki, “Bursaspor”un Prosineçki ilə 2,5 illik müqavilə imzalamaqla bağlı razılığa gəldiyi iddia edilir.
mənbə :
Sputnik

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir