Sahibini uzden taniyan telefonlar gelir

[r32]

24.01.2017 / 07:12 xeber –

"Apple" korporasiyası yeni "iPhone"larda "Touch ID" texnologiyasından imtina edərək üz tanıma texnologiyasına üstünlük verəcək.

 

Trend Sputnik-ə istinadən xəbər verir ki, bu barədə "KGİ Securities" şirkətinin analitiki Min Çi Kuo bildirib. Min Çi Kuo deyib ki, yeni smartfonlarda çərçivəsiz OLED-ekranların tətbiqi nəticəsində korpusda Home düyməsi və barmaq izini tanıyan "Touch İD" sensoru üçün yer qalmayacaq.

 

Bunun əvəzinə yeni biometrik təhlükəsizlik texnologiyası işlənib hazırlanır. Həmin texnologiyaya əsasən "iPhone" öz sahibini ön kamera vasitəsilə üzdən tanıyacaq. "KGI Securities" eksperti optik barmaq izi skanerinin işlənib hazırlanmasını da istisna etmir. Bu skaner displeyin altında yerləşdirilə bilər. KGI analitikləri hesab edirlər ki, Apple-nin elastik OLED-ləri 3D Touch sistemi vasitəsilə gücün tanınması sayəsində işə düşəcək.

 

Cari versiyalarda isə bu funksiya yoxdur. Deyilənə görə, payızda şirkət "iPhone"nun 3 versiyasını təqdim edəcək. Onlar şüşə korpus və iki kameradan ibarət kompakt modellər olacaq.

mənbə :
lent.az

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir