Azerbaycan ve Litva arasinda parlamentlerarasi elaqeler muzakire olunub

[r32]

24 Yanvar, 2017  19:47 xeber – Azərbaycanın Litvadadakı səfiri Həsən Məmmədzadən Litva Seyminin (Parlament) Xarici işlər üzrə komitəsinin sədri Yuozas Bernatonisilə görüşüb. Səfirlikdən “Report”a verilən məlumatına görə, görüş zamanı Azərbaycan və Litva arasında ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, regional və beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri müzakirə olunub. Səfir Həsən Məmmədzadə Y.Bernatonisi Litva Seyminin üzvü, eləcə də Seymin xarici işlər üzrə komitəsinin sədri seçilməsi münasibətilə təbrik edərək, Azərbaycan və Litva arasında parlamentlərarası əlaqələrin səviyyəsindən razılıq bildirib.Səfir 2016-cı ilin oktyabr ayında Litva Seyminə keçirilmiş yeni seçkilərdən sonra Azərbaycanla Parlamentlərarası əlaqələr üzrə yaradılmış qrupun üzvlərinin sayının 64 nəfər təşkil etdiyini və bunun da Seymdə üzvlərinin sayına görə Vatikandan sonra ikinci böyük qrup olduğunu deyib.Seymin Xarici işlər üzrə komitəsinin sədri Y.Bernatonis iki ölkə arasında əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələr üzrə qrupun fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

mənbə :
Report.az

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir