24 Yanvar, 2017 21:36 xeber – ABŞ-ın yeni prezidenti Donald Trampın administrasiyası Bağdada İraqa yardımın genişləndirilməsi barədə təklif göndərib.”Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İraqın baş naziri Heydər əl-Abadi məlumat verib.O, söhbətin hansı yardımdan getdiyini dəqiqləşdirməyib.”Mənə Tramp tərəfindən İraqa yardımın davam etdiriləcəyinə və onun genişləndiriləcəyinə dair təminat verilib”, — deyə baş nazir Bağdadda keçirdiyi mətbuat konfransında bildirib.
mənbə :
Report.az
Şərh yaz.