xeber –
Sabunçu rayonunda baş verən qəzada iki yeniyetmə ölüb, iksi isə ağır yaralandı.
ANS TV-nin məlumatına görə, hadisə Zabrat-Maştağa yolunda qeydə alınıb. Bildirilir ki, hadisəyə yüksək sürət səbəb olub. Belə ki, “Mercedes” markalı avtomobil həmin yolla hərəkətdə olan zaman sürücü qəflətən sükana nəzarəti itirib. Nəticədə içərisində 4 nəfərin olduğu bu avtomobil sürəti yüksək olduğundan yol kənaraındakı dirəyə çırpılıb. Daha sonra isə iki yeniyetməni vurub. Vurulan yeniyetmələr yerindəcə dünyasını dəyişib. Ölən yeniyetmələrin adları istintaq yolu ilə araşdırılır.
Avtomobildə olanlardan 15 yaşlı Kənan Hüseynov və 13 yaşlı Aftandil Vahidov ağır bədən xəsarətlərilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırlıb. Yaralılara ilkin tibbi yardım göstərilib və vəziyyətlərinin hazırda ağır –stabil olduğu bildirlir.
Yol qəzası ilə bağlı Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb. Təfərrüatlar dəqiqləşdirilir.
Mənbə : Anspress.com
Şərh yaz.