Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“Soyqırım” meselesi: Türkiyenin daxilden ve xaricden görünüşü – TƏHLİL

“Soyqırım” meselesi: Türkiyenin daxilden ve xaricden görünüşü – TƏHLİL

17/04/2015

13:56


17.04.2015 / 13:51 xeber –

 

 

Durumun süjeti  1 il əvvəl vəfat edən Nobel mükafatı laureatı, kolumbiyalı yazar Qabriel Qarcia Markesin “Gözlənilən qətlin tarixçəsi” əsərini xatırlatsa da, Avropa Parlamentinin 15 apreldə Türkiyə əleyhinə qəbul etdiyi “soyqırım” qərarından  ölən olmadı,  bundan sonra da olmayacaq. Çünki 10 illik müddət içərisində Türkiyənin daimi xəbərdarlıq və təkidlərini  qulaqardına  vuran  AP,  “soyqırım” məsələsini  müstəqil və bitərəf tarixçilərin öhdəsinə buraxmayaraq,  siyasi olduğu heç kimdə şübhə doğurmayan qərar qəbul etdi. O qərar “ölü doğulmuş uşağın ta özü oldu” ; durum bundan ibarətdirsə, Marquezin əsərindəki kimi qətlə nə ehtiyac var?

 

Brüsseldən qayıdarkən “Esenboğa” aeroportundan Ankaraya gedən yolda yaxaladığım professor Yusuf Halaçoğlu da  “AP millət vəkillərinin  siyasi qərar qəbul etdiklərinin fərqində olduqlarını, ona görə də Türkiyənin qərardan çox məyus olmamasını tövsiyyə etdiklərini” deyirdi…

 

15 aprel qərarıyla bir dönəm qapandı; “soyqırım” böhtanları sahəsində Avropa Parlamenti “erməni patentli” siyasi qərar qəbul etdiyini ən yüksək pərdədən elan  edərək, Türkiyəni  1915-ci il hadisələrini “soyqırım” kimi tanımağa dəvət  etdi.

 

Cavabını da növbəti gün siyasət məcrasından aldı; Türkiyə Böyük Millət Məclisindəki 3 partiya AP qərarına sərt reaksiya nümayiş etdirən bəyanata imza ataraq, “Söz sahibinə aiddir” – metodunun gərəyi olaraq, sözü sahibinə qaytardı. Siyasət meydançasının istər Avropa, istərsə də Türkiyə tərəfində  mövqelər bariz şəkildə müəyyənləşdi. Şəxsi fikrimi soruşan varsa, Türkiyənin bu oyundan qalib çıxdığını deməliyəm; çünki AP-nin qəbul etdiyi qərarın “yarlıkı”  bişmiş kəllə kimi imişməkdədir: siyasi. Necə ki, bundan bir neçə ay əvvəl Avropa Parlamentinin başqa bir məsələ ilə bağlı çağırışını  rədd edən prezident Ərdoğan 15 aprel qərarını daha sərt sözlərlə rədd etdi.

 

“Soyqırım” məsələsində siyasi manipulyasiya və manevrlərin ən təpədəki qərarını da görən Türkiyənin bundan sonra yoluna daha güclü şəkildə davam etməsi lazımdır. Bunun bir çox səbəbi arasında əl uzadılacaq qədər yaxın məsafədə olanını xatırlada bilərəm: Avropa İnsan Haqları Məhkəməsi Perinçək-İsveçrə çəkişməsində 17 dekabr 2013-də verdiyi hökmü qüvvədə saxlayarsa  ( AP-nin 15 aprel qərarından sonra danışdığım Doğu Perinçek özünə son dərəcə əmin şəkildə “Qərarın   qısa müddətdə zibilliyə gedəcəyini" vurğulayırdı), 15 aprel qərarı siyasət müntəxəbatında bir qərardan çox bir “şey” kimi xatırlanacaqdır…

 

Türkiyənin  aprel ayında üz-üzə gələcəyi  və indiyə qədər “sıxıntı” sayıla biləcək  başqa bir  olay – ABŞ prezidentinin ənənəvi 24 aprel mesajında “soyqırım” kəlməsini tələffüz edib-etməyəcəyi də AP-nin 15 aprel qərarından sonra “sıxıntı” olmaqdan çıxmışdır; varsın prezident Obama da “soyqırım” desin ki, ətəklərdəki daşlar birdəfəlik tökülsün və “soyqırım” məsələsində Qərbin uzun müddətdən bəri əlində tutduğu “təzyiq instrumentləri”nin rentgeni tamamilə çəkilmiş olsun. Bax, onda Türkiyə önünü daha aydın şəkildə görərək yol xəritəsindəki “müttəfiqlər” xanəsini daha etibarlı hala gətirə biləcək. Yəni, deməyim odur ki, “soyqırım” məsələsiylə bağlı aprel ayında cərəyan edən və edəcək proseslər Türkiyənin xeyrinə olmuşdur və olmağa davam edəcəkdir; Türkiyə bundan sonra “qıraqdakılar”la mübarizəsində “pozisyon”unu gücləndirmişdir; Tayyib bəyin çox sevdiyim sözlərindən biri  burada  yerinə düşür: bu, böylə bilinə.

 

Madam ki, o cürdür, onda yazının  bundan sonrakı bölümünü  “soyqırım” məsələsinin ölkə daxilindəki durumuna ayıraq.

 

Buna əmin ola bilərsiniz  ki, AP-nin 15 apreldə qəbul etdiyi siyasi qərarla “soyqırım” məsələsindəki psixoloji baryeri böyük ölçüdə başından dəf etmiş Türkiyənin, eyni məsələ ilə bağlı öz içindəki durum daha mürəkkəb və xaotikdir. Yox, söhbət bir jurnalist-yazarın 8 il əvvəlki dəfn mərasimində ortaya çıxmış “Hamımız erməniyik”şüarından və ya 7 iyundakı seçki ərəfəsində siyasi partiyaların “erməni mənşəli” bir neçə namizədi öz siyahılarının ən baş tərəfinə yerləşdirmək üçün yarışa  girməsindən və ya Mahçupyanın 1915-ci il hadisələrini tərəddüdsüz “soyqırım” kimi xarakterizə  etməsindən getmir; məsələ bu və bunlardan ibarət olmayıb kökləri daha dərinlərdə olan bir tərtibatdır ki, səhnələndiyi önəmli arenalardan biri Türkiyə  Böyük Millət Məclisidir. Hələ “soyqırım” məsələsi Avropa və ABŞ-ın gündəmində aktuallaşmazdan əvvəl – 24 aprel 2013-də indiki Halkların Demokrasi Partiyasının (o vaxtkı adını unutmuşam) həmsədri, maaşını Məclisdən alan Hakkari millət vəkili Səlahəddin Dəmirtaş, elan etdiyi 24 aprel bəyanatında “ Tarixin ən böyük soyqırımını Türklərin ermənilərə yapdığını, üzr istəyib təzminat ödənməsi lazım olduğunu” vurğulamışdı. 5-6 aydan sonra ABŞ-dakı daşnakların liderləriylə görüşən Dəmirtaş, “Türkiyənin gələcəyində kürdlərlə ermənilərin əməkdaşlıq yollarını” müzakirə etmişdi. Nə Məclisdən səs çıxmışdı, nə də Xarici İşlər Nazirliyindən. 2014-cü ilin payızında yenə eyni partiyanın millət vəkili Səbahət Tuncel isə işi daha da konkretləşdirərək “soyqırım”ın tanınması üçün Türkiyə Böyük Millət Məclisinə qanun layihəsi” təqdim etmiş, cavabını Məclisin təkcə yaşı yox, ağlı etibarıyla da öndərlərindən sayılan CHP İstanbul millət vəkili Oktay Ekşidən almışdı(Məclisin Rəyasət Heyəti istər Dəmirtaş, istərsə də Tuncelin açıqlama və cəhdlərini müşahidə etməklə kifayətlənmişdi). ”Türklərin yapdığı soyqırımı” Türkiyəyə tanıtdırma cəhdləri, xüsusilə, son illərdə  ultra sol partiya və təşkilatların proqram və fəaliyyətlərinin əsas maddəsinə çevrilmişdir; onların təşkil etdikləri toplantı və aksiyalarda “Türkiyə Cümhuriyyətinin öz varlığını davam etdirməsi “soyqırımı” tanımasına indeksləndirilərək, “soyqırımı” tanımayan bir Türkiyənin yaşaya bilməyəcəyinin açıq şəkildə bəyan edilməsində heç bir “sakınca” görünmür.

 

Cümhuriyyət tarixinin ən qalmaqallı istintaq və məhkəmə prosesləri olan və türk ordusunu, ulusalçı qüvvələri birinci dərəcədə hədəf alan “Ergenekon” və  “Balyoz”   proseslərinin əsas məqsədinin Şimali İraqda de-fakto qurulmuş olan kürd dövlətiylə Ermənistanın birləşməsinə (Türkiyəni parçalayaraq) mane ola biləcək “ünsürlərin  təmizlənməsi” olduğuna dair iddialardakı həqiqət payını da işə qatarsaq, Türkiyə üçün bu sahədəki təhdidin, əslində, Qərb ölkələri parlamentlərinin “siyasi” mahiyyətli qərarlarından çox, içəridən və ən yaxın qonşulardan gəldiyini görmək  çətin olmayacaq. “Soyqırım” məsələsində Türkiyə qıraqdan yox, içəridən mühasirəyə alınmağa çalışılmaqdadır. Bəs buna TBMM-də təmsil edilən digər 3 partiyanın göstərdiyi və 7 iyunda formalaşacaq olan yeni Məclis üzərindən göstərəcəyi reaksiya nədən ibarətdir və ibarət  olacaqdır? Gəlişmələrin 7 iyuna qədərki və ondan sonrakı mərhələsində HDP-ni hesaba qatmadan mülahizə yürütsək, 7 iyundan sonra da Məclisin birinci partiyası olma ehtimalını qoruyan Ədalət və İnkişaf Partiyasının (AKP)   bu istiqamətdə  onsuz da güclü olmayan mövqeyinin zəifləyəcəyini söyləyə bilərik. 2002-2011-ci illər arasındakı  dönəmdə bu mübarizədə Yaşar Yakış və Vahid Ərdəm kimi təcrübəli  dövlət adamlarıyla mövqe tutan AKP-nin 2011-dən bəriki “ustalıq” dönəmində bu işləri yaxşı bilən kadrları-  Volkan Bozkır və Seyid Sərtçəlikin  səslərini çox da eşitmədik. AB naziri olandan 2 gün sonra söhbət etdiyim Volkan Bozkıra “Erməni məsələsi”ylə bağlı olaraq AP-dən gələ biləcək təzyiqləri” soruşmuşdum, Türkiyənin AB-dəki daimi təmsilçisi vəzifəsindən ayrılıb AKP sıralarında siyasətə girən Bozkır, “Bundan sonra heç bir təzyiqin Türkiyəyə zərrə qədər təsiri ola bilməz, qardaşım”- sözləriylə özündən əminliyini nümayiş etdirmişdi.

 

7 iyundakı seçkinin nəticəsi ortaya hansı tablonu çıxaracaq? Bəlli deyil, ancaq, məsələn, “Yunanıstandakı kitablarda Türkiyənin İstiqlal savaşı yoxdur” – tərzindəki açıqlamaların müəllifi İhsan Şənər yenə Ordudan namizəd olduğuna görə, nəticə nə olursa-olsun, AKP sıralarından Türkiyənin  tutacağı mövqeyə tərs gələ biləcək səslərin yüksəlməsi ehtimalı qalacaq. Türkiyə-Ermənistan münasibətlərinin “normallaşması” üçün indiki baş nazir Ahmet Davudoğlunun çantasında hələ 2002-ci ildə bir planın göründüyü də sirr olmadığına görə, 7 iyundakı seçkidən sonra da Məclisin birinci partiyası olacağı  gözlənilən AKP-nin prosesin gələcəyindəki mövqeyi bundan sonrakı dönəm üçün çox önəmli olacaq. Bunu düşünərək AKP, Məclisin xarici əlaqələr komissiyasına bu işə uyğun siyasətçilər verməlidir. 2002-2011-ci illərdəki dönəmdə məsələ ilə bağlı mövqeyini Şükrü Ələkdağ və Onur Öymən kimi diplomat və siyasətçi üzərindən nümayiş etdirmiş ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyası 2011-2015 arasında  Faruk Loğoğlu və Osman Korutürk kimi diplomatlar sayəsində təsirli çizgisini davam etdirə bildi. 7  iyundakı seçki ərəfəsində Korutürkün İstanbulda seçilə bilməyəcək sırada olması, Loğoğlunun isə siyahıya daxil edilməməsi CHP-nin bu işlərdəki təsir gücünə ciddi zərbə vurub. Keçən ilin sentyabrında keçirilən qurultayda partiya məclisinə seçilə bilməyən, Kamal Kılıçdaroğlunun təkidiylə əvvəlcə baş müşavir, sonra isə xarici əlaqələrə cavabdeh sədr müavini vəzifəsinə gətirilən  Türkiyənin Bağdaddakı keçmiş səfiri Murad Özçəlikin bu işlərdə CHP-yə nə dərəcədə faydalı olacağı iri bir sual işarəsi olaraq qalmaqdadır. Çağdaş Türk tarixçiliyinin üç fenomen ismindən biri olan   professor Yusuf Halaçoğlunun biliyi və milli pozisiyası sahəsində Milliyyətçi Hərəkat Partiyası “erməni məsələsi”ylə bağlı hər yerdə gücünü qoruyacaq. HDP-nin 10%-lik ölkə baryerini keçməsi durumunda “erməni məsələsi”nin Məclisdə daima gündəmə gətiriləcəyini indidən görmək üçün münəccim olmağa gərək yoxdur. Bu mövzudakı qızğın mübahisələrin isə  MHP ilə HDP arasında yaşanacağını da bəri başdan deyə bilərik.

 

AP-nin 15 aprel qərarının Türk dövlətinin öz pozisiyasını  gücləndirməsinə gəlincə: burada Türkiyə-Azərbaycan  əməkdaşlığının  bütün sahələrdə gücləndirilməsi lazım gələcəkdir. Əməkdaşlığın gücləndirilməsi üçün Azərbaycan iqtisadi sahədə lazımi addımları bütün cəsarətiylə atır və atmaqdadır. Yeni dönəmdə Avropanın təzyiqlərinə  qarşı Türkiyənin  istifadə edə biləcəyi iqtisadi “kartların” əksəriyyəti Azərbaycanın buraya gətirdiyi birbaşa investisiyaların əsəridir. Yeni dönəmin mübarizə silahı TANAP, mübarizə səngəri İzmirin Əliağa yarımadasıdır…

 

Tayyib bəyin məşhur sözünü bir daha xatırlatsaq, bu da böylə bilinə…

 

Mənbə : Lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles