Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“Professional” professorun professional ekspert axtarışı – Təhsil ekspertindən cavab

“Professional” professorun professional ekspert axtarışı – Təhsil ekspertindən cavab


01:06


[r32]
Tanınmış təhsil eksperti Etibar Əliyev professor Telman Cəfərova cavab verib.
Tanınmış təhsil eksperti, “XXI Əsr Təhsil Mərkəzi”nin rəhbəri Etibar Əliyev “525-ci” qəzetdə təhsil ekspertləri barədə məqalə ilə çıxış edən Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru, professor Telman Cəfərova cavab verib. “AzPolitika.info” həmin yazını təqdim edir:

Filologiya üzrə elmlər doktoru, Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru professor Telman Cəfərov “525-ci” qəzetdə “Professional təhsil ekspertləri institutunun formalaşdırılmasına ciddi ehtiyac var” başlıqlı məqalə yazıb. Bu yazıda müəllif təhsil ekspertlərini tənbeh edib və onların hansı məsələlərlə məşğul olması barədə 18 bənddən ibarət mənasız tövsiyə irəli sürüb. Professorun yazısında təhsil sahəsində aparılan islahatlardan və özünün dediyi kimi, ekspertlər institutunun mahiyyətindən xəbərsiz olması dərhal üzə çıxır.

Yalnız yazının adı göstərir ki, filologiya professoru bilmədiyi bir məsələdən yazıb. Yazının adı səhvdir. Axı professional təhsil eksperti nə deməkdir? Əvvəla, təhsil eksperti deyilən bir peşə və ya ixtisas yoxdur. Ekspertlər bu sahə ilə daim maraqlanan, problemləri və trendləri bilib izləyən, uğurlu xarici təcrübədən xəbərdar olan, qanun və təşəbbüsləri qiymətləndirən, etiraz və təqdir edən bilgi və təcrübə sahibləridir. Onların ekspert olması isə hazırladığı sənəd və rəylərlə, məqalələrlə, mətbuatın suallarına verdiyi cavablarla müəyyən edilir. Kimsə özünə ekspert adı vermir, onu uzun çalışmalardan sonra ictimaiyyətin səni bu adla çağırması ilə qazanırsan. Səndən diplom-zad soruşan da olmur. Hətta Telman Cəfərovun təriflədiyi ekspertlərin özləri müxtəlif ixtisasların sahibidir, heç biri təhsil eksperti ixtisasına yiyələnməyib.

“Professional ekspert” demək “professional professor” deməyə bənzəyir və məhz o qədər yanlış və gülməlidir.
Telman Cəfərov bu əcaib başlıqdan sonra yazır: “Özünü təhsil eksperti adlandıran bir neçə adam var ki, onların da adda-budda, epizodik rəyləri ilə tanış olanda adamı vahimə bürüyür. Mən kiminsə adını çəkmək istəmirəm. Bununla belə, müstəqillik dövründə səbatlı və obyektiv rəyləri ilə gündəmə gəlmiş bir-iki nəfərin adını söyləməyə bilmirəm: Asif Cahangirov, Arif Muradov, Şahlar Əsgərov… Xaricdə təhsil alıb ölkəyə qayıtmış məzunlarımız arasında da özlərini təhsil ekspertləri kimi təqdim etmək istəyənlər var”.

Məqalə boyu özünü dolaşdıran Telman Cəfərovun “özünü təhsil ekspert adlandıran” ifadəsi isə plagiatdır. Bu ifadənin müəllifi Misir Mərdanovdur. Biz onun yarıtmaz fəaliyyətini tənqid edəndə, o, bu ifadəni icad etmişdi. Təhsil ekspertlərinin fəaliyyətinin məhdudlaşdırılması, onlara edilən təhdidlər Mərdanovun nazir olduğu dövrdə pik nöqtəsinə çatmışdı. Yeri gəlmişkən, biz Mərdanovun antimilli təhsil siyasətini tənqid edəndə Telman Cəfərov kimilər onu görəndə yalnız tərif söyləyirdilər. Onların səsi çıxmır, özlərini təhsil ekspertlərinə dərs verəcək dərəcədə təhsil bilicisi kimi göstərmirdilər.

Məsələn, onun məqaləsində adını bir neçə dəfə çəkdiyi “kurikulum” sənədinin hazırlanması üçün Hollandiyanın CİTO qrupu dəvət olunmuşdu. Nə əcəb bu addımı tənqid etmirdiniz? Bunu sizin əvəzinizdən “özünü təhsil eksperti adlandıran”lar etməli idi?
Professor Telman Cəfərovun təhsil anlayışı deyəsən kökündən səhv düşüb. Orta məktəb şagirdi də bilir ki, Azərbaycanın təhsil problemlərində ekspertlərin heç bir günahı ola bilməz. Hətta onların qərəzli və yanlış şərhləri də təhsilə ziyan vura bilməz. Xoş olmaz, amma ziyan vura bilməz. Onlar yalnız doğru yanaşmaları ilə fayda verə bilərlər. Çünki onlar ictimai sektordur. Bəlkə təhsildəki rüşvət, özbaşınalıq, qüsurlar da bizə aiddir? Bəlkə biz mane olmuşuq işləməyə? İllərdir sessiyalarda pulları yığıb oliqarx olanlar da bizik bəlkə?
Yoxsa özünün 180 tövsiyəyə ehtiyacı olan biri niyə biz təhsil ekspertlərinə 18 absurd tövsiyə yazsın? Olmaya bizim borcumuz var onun vacib bildiyi işləri görməyə, bəlkə təhsil büdcəsindən maaş alan o deyil, bizik?
Müəllif o qədər çaş-baş düşüb ki, Arif Muradovu təhsil eksperti adlandırıb. Arif Muradov heç vaxt təhsil eksperti olmayıb. Ağ yalandır. O təhsil nazirliyində təqaüdə çıxana qədər məmur işləyib.

Təhsil eksperti isə müstəqil adamlara deyilir, hətta təhsili elmi şəkildə araşdıran elm adamları da təhsil eksperti sayılmaya bilər, onlar təhsil tədqiqatçısı və mütəxəssisidir. Təhsil ekspertinin fəaliyyəti isə müstəqildir, o, ictimaiyyəti, vətəndaş cəmiyyətini təmsil edir

Slavyan Universiteti – dünən…

Məsələn, Azərbaycanda təhsil ekspertləri kimlərdir? Görkəmli pedaqoq professor Əjdər Ağayev, fizik professor Şahlar Əsgərov, məktəb tədrisini gözəl bilən Nadir İsrafilov və orta məktəb müəllimi Nabətəli Qulamoğlu, təhsil sahəsində xeyli uğurlu layihələrin müəllifləri Məlahət Mürşüdlü, Elmina Kazımzadə və s.
Fərqli ixtisaslar, fərqli elmi dərəcələr olsa da, hamısı eyni adla çağırıla bilir, heç kimdən professionallıq sənədi tələb edilmir, sadəcə, onlar özlərinin ardıcıl və seçilən fəaliyyəti ilə bu adı qazanıblar.

Deyirsiniz ki, özlərini təhsil eksperti adlandıran həmən o tək-tük adamlar ayda-ildə bir dəfə sensasiyalı fikirləri və rəyləri ilə gündəmə gəlirlər. Mən də daxil olmaqla digər təhsil ekspertləri özlərini heç vaxt gündəmə gətirməyiblər, yoldaş Cəfərov! Biz jurnalistlərin suallarına cavablar verir, sənədlərin müzakirəsində iştiraka dəvət olunur və analitik yazılarla çıxış edirik. Bəzən nazirliklə, hökumətlə üzə-üzə gəlirik, bəzən də nazirliyi və hökuməti təqdir edib başqalarının etirazına tuş gəlirik – marağımız isə yalnız təhsilin düzgün inkişafıdır.

Elm haqqında” qanun hazırlananda magistr və doktorantlara əsgəri xidmətdən möhlət hüququ verilməsi layihədə əksini tapmamışdı. Biz təhsil ekspertləri bu istiqamətdə var gücümüzlə çalışdıq. Təkcə mənim onlara möhlət hüququnun verilməsi üçün 4 yazım və 3 müsahibəm dərc olundu. O zaman harada idiniz siz? Amma bizim sözümüz yüksək səviyyədə eşidildi və qalib gəldik. Möhlət hüququ sizin tələbələrə də aiddir indi. Hətta Mən Milli Elmlər Akademiyasında işlədiyim halda bu məsələdə Akademiyanın vitse-prezidenti İsa Həbibbəylini kəskin tənqid etdim. Amma sizin kimi professional professorlar İsa Həbibbəylini görəndə təbəssüm nümayişindən o yana getmirsiniz.

Dünya Bankının vəsaitlərinin dağıdılması haqqında tutarlı faktlarla mən çıxış etmişəm. Düz etməmişəm? Dərsliklərin qüsurları barədə illərdir yazırıq. Onların yaxşılaşması üçün əlimizdən gələni edirik. Boloniya razılaşmasının sənədlərinin təhlilinə dair təhsil ekspertlərinin yüzlərlə məqaləsi dərc olunub. Şəxsən mən “Boloniya bələdçisi” kitabının müəllifiyəm. “Orta təhsildə ictimai ekspertiza mexanizmlərinin yaradılmasi”, “Müəllimlərin peşəkar kompetensiyalarının artırılmasına dəstək”, “İnnovvativ təlim metodlarının tezaurusu” kitablarının müəllifiyəm. O cümlədən, “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” sənədində nəzərdə tutulan “Səriştəli valideyn” Proqramının yeganə layihəsi mənim tərəfimdən hazırlanıb.
Şahlar Əsgərov “Biliklərin qiymətləndirilməsinə dair” fundamental kitabın müəllifidir. Əjdər Ağayev çoxcildli “Pedaqogika” dərsliyinin müəllifidir.

Təhsil ekspertlərinin “Təhsil haqqında” qanunun, “Elm haqqında” qanunun yazılmasında müstəsna rolu var. Əgər təhsil ekspertlərinin “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinə rəyləri nəzərə alınmasa, uşaqların bağçalara cəlbolunma göstəricisi 20 faizdən 5 faizə düşə bilər.

Amma bizi qərəz və aqressiyada ganahlandırırsınız. Bizə böhtan atmayın!
Bizə verdiyiniz cəfəngiyat tövsiyələrdə yazırsınız ki, orta təhsildə son üç ildə həyata keçirilmiş tədbirlərin təhlili və qiymətləndirilməsi, növbəti addımların atılması üçün konkret tövsiyələr işləyək.

Slavyan Universiteti – indi…

Yoldaş Telman Cəfərov, rəhbərlik etdiyiniz BSU-nun nəzdindəki liseyin nəticələrini sizdən soruşan olubmu? Məndə olan məlumata görə bu liseyin məzunlarından ildə cəmi 2-3 nəfər Slavyan Universitetinə daxil olub. Ancaq analoji lisey Bakı Dövlət Universitetində də fəaliyyət göstərir ki, liseyin məzunlarının azı 70 faizi bu ali məktəbin müxtəlif ixtisaslarına qəbul olunur.
Necə deyərlər, özünə umac ova bilməyən, başqasına əriştə kəsir. Günah akademik Kamal Abdulladadır ki, sizin kimi birisini o liseyin direktoru təyin edib. Və üstəlik, bir məktəb binasını sözün hər mənasında sizə bağışlayıb.

Təhsil ekspertlərini sıradan çıxarmağa qalxmaq əvəzinə düzgün və qədərincə çalışsanız, bizlərin də işi azalardı, bəlkə bizə ehtiyac da qalmazdı. Sizlər bizə yol göstərənə kimi xalqa cavab verin – niyə bu qədər problem var təhsil sahəsində. Əlbəttə, siz təhsil ekspertinin qəbul etmədiyiniz konkret bir fikrini tənqid edə bilərsiniz, onu yanlış saya bilərsiniz. Amma bunun əvəzinə özünüzə sərf edən təhsil ekspertləri institutu formalaşdırmaq niyyətinə düşübsünüz. İndi bunu necə edək, bəlkə müsabiqə elan edək və Təhsil Nazirliyi təhsil eksperti olmaq üçün müdavimlər yığsın və onları yetişdirib, təhsil barədə necə danışmağı öyrədəsiniz?!
Əgər təhsil eksperti sizin arzuladığınız kimi olmalıdırsa, sizin tövsiyənizlə yolunu bəlli edəcəksə, onlara nə ehtiyac var, siz hər şeyi bilirsiniz və buyurun, vəzifənizdən istefa verib “Professional təhsil ekpertləri” İctimai Birliyi yaradın. Onda çox səmimi olarsınız, həm də 18 tövsiyənizdə qoyulan vəzifələri gerçəkləşdirə bilərsiniz. Biz sizi alqışlayarıq.

Deyirsiniz: “…sovetlər dövründə pedaqogika və psixologiya sahəsində milli ruhlu, mentalitetimizə uyğun yazılmış ali məktəb dərsliklərinin həsrətində olmuşuq”.
Siz bununla akademik Mehdi Mehdizadə, Mərdan Muradxanlı, Əbdül Əlizadənin ruhunu təhqir edir, belə mütəfəkkirlərin pedaqoji irsinin üstündən xətt çəkirsiniz. Mehdi Mehdizadə bütün Azərbaycan orta məktəblərinin inkişafında öz sözünü deyən adam olub. Bir liseydə tədrisi qura bilməyən adam onun fəaliyyətini tanıya bilərmi? Yaxşı olar ki, siz kollecdən universitetə gələnlərin fəaliyyətindən danışın…

Yoldaş Telman müəllim, bizə verdiyiniz 18 tövsiyəyə gəldikdə, bunlar artıq təhsil ekspertləri üçün ötmüş mərhələdir. Yeri gəlmişkən, hörmətli Mikayıl Cabbarov təhsil naziri təyin olunduqdan sonra təhsil ekspertlərinin nazirliklə birgə çalışmaları üçün çox yaxşı imkanlar yaradılıb. Məqsəd odur ki, təhsil işçiləri öz vəzifələrini düzgün yerinə yetirsin və ictimaiyyətin iştirakı ilə problemlər aradan qalxsın. Onların əvəzinə təhsil ekspertləri işləməyəcək ki?

Slavyan Universitetinin başqa ali məktəbə birləşməsi haqqında səslənən fikirlərdən də narahat olmayın. Sadəcə, sizin və rektorunuzun indiki fəaliyyəti bu fikirlərin səslənməsini aktual edir.

Sonda bir daha yuxarıdakı təklifimi səsləndirirəm: Buyurun, tutduğunuz vəzifələrdən istefa verib, təhsil eksperti olun…Sizi gözləyirik.
Azadlıq.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website