İET: “Donald Trampin viza qadagasi ile bagli fermani radikalligi tesviq edecek”

[r32]

30 Yanvar, 2017  20:21 xeber – “ABŞ Prezidenti Donald Trampın viza qadağası ilə bağlı bu fərmanı radikallığı təşviq edəcək”.“Report” CNNTürk-ə istinadən xəbər verir ki, bu barədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ABŞ Prezidenti Donald Trampın fərmanı ilə bağlı yaydığı bəyanatda bildirilib.“Belə ayrı-seçkilik yaradan addımlar yalnız radikal qrupların çıxışlarını sərtləşdirəcək. Mövcud gərgin şəraitdə bu addım ekstremizm və terroru dəstəkləyənlərin lehinə işləyəcək” – İƏT-in bəyantında vurğulanıb. Qeyd edək ki, ABŞ Prezidenti Donlad Trampın yanvarın 27-də imzaladığı fərmana əsasən, İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşları 90 gün ərzində Birləşmiş Ştatlar ərazisinə buraxılmayacaqlar. 

mənbə :
Report.az

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir