Azadliq.az
Azərbaycan Xəbərləri








Azadliq » Xeberler» Xeber

“QAFQAZ”ın tələbələri hansı universitetə köçürüləcək?

“QAFQAZ”ın tələbələri hansı universitetə köçürüləcək?


21:26




Yanvarın 30-da Təhsil Nazirliyində növbədənkənar kollegiya iclası keçirilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, kollegiyada Qafqaz Universitetinin ləğvetmə komissiyasının təqdim etdiyi təkliflər əsasında tələbə kontingentinin digər universitetlərdə yerləşdirilməsi məsələsi müzakirə olunub.

Müzakirələr nəticəsində irəli sürülmüş bir neçə təklif arasında qış imtahan sessiyasından sonra bütün tələbələrin bir universitetdə – Azərbaycan Respublikası prezidentinin 2016-cı il 8 noyabr tarixli sərəncamı ilə dövlət universiteti statusunda yaradılmış Bakı Mühəndislik Universitetində öz ixtisasları üzrə yerləşdirilməsi variantı qəbul edilib. Qərarda, həmçinin tələbələrin təhsil aldıqları tədris dilinin saxlanılması da vurğulanır.

Sözügedən təklifin qəbul olunması zamanı Qafqaz Universitetinin təsisçisi – Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin Azərbaycan Hökumətinə və Təhsil Nazirliyinə universitetin ləğvindən sonra qalan tədris kompleksinin bütün əmlakının dövlət nəfinə qəbul edilməsi və onun təhsil məqsədləri üçün istifadə olunması barədə müraciəti nəzərə alınıb.

Təhsil Nazirliyinin Kollegiyasının qəbul etdiyi qərarda digər ali təhsil müəssisələrində təhsillərini davam etdirmək istəyən tələbələrin müraciətlərinə yay tətili zamanı baxılacağı da qeyd olunur.

“Bu ilin yanvar ayının 16-da fəaliyyəti dayandırılan Qafqaz Universitetinin təkcə texniki sahə deyil, eləcə də humanitar və sosial sahələr üzrə təhsil alan tələbələrinin hamısı təhsillərini bitirənə kimi Bakı Mühəndislik Universitetində oxuyacaqlar”.
Bunu “Report”a açıqlamasında Azərbaycan Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib.
“Bütün tələbələrin hamısı bir universitetdə təhsil alacaqlar”, – deyə, nazirlik rəsmisi əlavə edib.
Nazirlik rəsmisi onu da qeyd edib ki, bu il məzun olan tələbələrin diplomlarında da məhz Bakı Mühəndislik Universitetinin (BMU) adı qeyd olunacaq, yəni, onlara BMU-nun diplomu veriləcək.
Azadlıq.az


Copyright © 2018. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website