xeber –
Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız Kamran Ağayevin çıхış etdiyi “Kayserispor”un düşərgəsini ziyarət edib.
ANS PRESS-in məlumatına görə, nazirliklə birlikdə Kayseri valisi Orhan Düzgün, millət vəkilləri Yaşar Karayel, Sayın İsmail Tamer və AKP-nin Kayseri təşkilatının sədri Hüseyn Cahit Özden klubun düşərgəsinə baş çəkib.
Qonaqları klubun prezidenti Bekir Yıldız, vitse-prezidenti Yücel Şahin və baş menecer Süleyman Hurma qarşılayıb. Komandanın məşqini izləyən qonaqlar klubun durumu və hədəfləri barədə rəhbərlikdən məlumat alıb. Taner Yıldız “Kayserispor”un çempion olacağına inandığını bildirib.
Mənbə : Anspress.com
Şərh yaz.