xeber –
Ötən gün Norveç aviaşirkətinə məxsus Banqkok-Kopenhagen aviareysi üzrə uçan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına məcburi eniş edib.
ANS PRESS-in məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, sərnişinlərdən birinin vəziyyəti kəskin pisləşdiyi üçün Norveç aviaşirkətinə məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına məcburi eniş edib. Həmin təyyarədə olan 75 yaşlı Danimarka vətəndaşı Alen Lasten təyyarədən çıxarılıb. Vəziyyəti pisləşən sərnişin 3 saylı Sabunçu şəhər xəstəxanasına ağ ciyər, ürək çatışmazlığı diaqnozu ilə yerləşdirilib.
Danimarka vətəndaşı bu gecə dünyasını dəyişib.
Mənbə : Anspress.com
Şərh yaz.