Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Ermenistana qucaq acan Sahinin Azerbaycanda “pozulan dini huquqlari”

Ermenistana qucaq acan Sahinin Azerbaycanda “pozulan dini huquqlari”

14/02/2017

16:22

[r32]
2017-02-14T16:04 xeber –
BAKI, 14 fev — Sputnik. Azərbaycan haqqında çox şey demək, ona çox şeyi yapışdırmaq olar. Azərbaycanda etnik və dini azlıqların hüquqlarının tapdalandığını da iddia etmək olar, amma bu, yapışmaz. Azərbaycanlılar sonuncu tikələrini öz doğma qardaşları ilə bəlkə də bölüşməzlər, amma başqa millətdən və dindən olanlarla böyük məmnuniyyətlə bölüşürlər. Biz əsrlərdir bu coğrafiyada türk, talış, rus, gürcü, erməni, ləzgi, yəhudi və s. olaraq birlikdə yaşadıq. Burada dünyanın 3 səmavi dininin (İslam, xristianlıq, iudaizm), onların ən müxtəlif qollarının təmsilçiləri dinc və yanaşı yaşayırlar. Müsəlmanı məscidə, xristianı kilsəyə, yəhudisi sinaqoqa gedər, bir-birilərinin dini bayramlarına hörmətlə yanaşarlar, bayramlarda bişən şirniyyatlardan bir-birilərinə pay verərlər. Kədərli günlərdə də eynilə. Kilsə günlərində müsəlmanlar xristianlardan qabaq kilsələrə axışarlar. Aşura günü xristianlar islam şəhidlərinin xatirəsinə ehtiram göstərər, şənliklərini təxirə salarlar. Bu qaydalar heç yerə yazılmayıb, bu coğrafiyanın insanları əsrlərdən bu yana belə yaşamağa vərdiş ediblər. Bu qaydaları bu məmləkətin yaşlıları müəyyən ediblər, sonra gələnlər də davam etdirirlər.
©
Sputnik / STR”Ermənistan şou düzəltmək niyyətindədir”
İndi azərbaycanlıları üçün eşitmək çox ağırdır ki, burada hansısa etnik, ya da dini azlığa qarşı diskriminasiya var. Son 27 ildə Ermənistanda və onun işğal etdiyi Azərbaycan ərazilərində bir nəfər də olsun azərbaycanlı qalmadığı halda, müharibənin ən qanlı dövrləri də daxil olmaqla təkcə Bakıda 30 mindən artıq erməni yaşamaqdadır. Bu gün dünyanın hər yerində yaşayan ermənilər Bakıya turist səfərləri edirlər. Təkcə sosial şəbəkələrdəki hesablara baxmaq kifayətdir ki, ermənilərin bugünkü Bakıda çəkdirdikləri fotoşəkilləri görəsən. Amma Dilqəm Əsgərov və Şahbaz Quliyev öz doğmalarının qəbirlərini ziyarət etmək üçün getdikləri işğal altındakı Kəlbəcərdə ermənilər tərəfindən saxlanılıblar və 2 ildir işgəncələr altında çətin günlərini yaşamaqdadırlar. Onların tək günahı azərbaycanlı olmalarıdır. İndi eşitmək ağırdır ki, Ermənistan ən üst səviyyədə Azərbaycanı milli azlıqlara qarşı qeyri-insani davranışlarda günahlandırır. Və bu bəhanəni onların əlinə Azərbaycanı tərk edərək Ermənistana keçən Şahin Mirzəyev (Mirzəli) adlı şəxs verib.
Şahin Mirzəyev kimdir? Onu yaxından tanıyanlardan biri, Respublika Talış Mədəniyyət Mərkəzinin sədri Rafiq Cəlilovun dediyinə görə, Şahin Mirzəli 2015-ci ildə “Toloşon Sədo” qəzetinin “Qaya” şirkətindəki abunəçiliyindən imtina etdiyi günə qədər qəzetin ictimai əsaslarla əməkdaşı olub. Yəni sadəcə qəzetdaşıyan olub. Həmin tarixdən isə onun qəzetlə bütün əlaqələri dayandırılıb. Hazırda qəzetin Şahin Mirzəli adlı əməkdaşı yoxdur.
“Mən, Respublika Talış Mədəniyyət Mərkəzinin sədri olaraq bildirirəm ki, Şahin Mirzəli 2016-ci il 1 may tarixli konfransda RTMM-nin İdarə Heyətinə seçilib, hazırda da RTMM İH-nin üzvüdür. Onun hansısa xarici dövlətdən sığınacaq almasının nə RTMM-nə, nə də qəzetimizə aidiyyəti yoxdur. Bu, sırf onun ailəsi ilə bağlı olan məsələdir ki, həyat yoldaşı həkimlərin yarıtmaz fəaliyyəti nəticəsində çox ağır duruma salınmış və vaxtında lazımi tibbi yardım ilə təmin edilməmişdir ki, bu səbəbdən də o ailəsi ilə Gürcüstandan sığınacaq istəmişdi. Bu olayı həm RTMM ilə, həm də qəzetimizlə əlaqələndirib tirajlamaq, bilərəkdən və ya bilməyərəkdən bizim fəaliyyətimizi Azərbaycan əleyhinə aparılan fəaliyyət kimi göstərmək düzgün deyil” — deyə Rafiq Cəlilov bildirib.
Görünür Şahin Mirzəyev Gürcüstandan sığınacaq ala bilmədiyi üçün, Ermənistana keçməyi qərara alıb. Hər halda, Rafiq Cəlilovun dediyinə görə, talışların heç bir xarici dövlətin, ələlxüsus da ermənilərin dəstəyinə ehtiyacı yoxdur. O qeyd edib ki, Şahin Mirzəlinin RTMM-dəki statusuna növbəti iclasda baxılacaq.
Bir jurnalist olaraq illərdir talışlarla çiyin-çiyinə işlədik və işləyirik. Talış jurnalistlər arasında çoxlu dostlarımız var. Bizim aramızda etnik söhbətlər ancaq lətifələr şəklində olar. Biz bir-birimizin məişətində, gündəlik həyatında baş verən şeyləri ancaq gülmək üçün yada salarıq. Bəzən zarafatla türk jurnalistlər talışlara “qədim türklər”, talışlar isə türklərə “əski talışlar” deyə xitab edərlər. Talışlar öz məişətləri, mədəniyyətləri, qəlbləri ilə hər zaman Azərbaycan xalqının ayrılmaz bir hissəsi oldular. Onlar elə ötən əsrin sonlarında, SSRİ-nin yıxılması ilə başlayan etnik separatizm ruzigarlarına qoşulub bu ölkəni bölmək çağırışlarından imtina etdilər. Əksinə, onlar hamı kimi əllərinə silah alıb Azərbaycanın bütövlüyü, torpaqlarının işğaldan azad olunması uğrunda vuruşdular. Bu yolda yüzlərlə şəhid verdilər.
©
Sputnik / Ilham MustafaBerlinə qədər döyüşən azərbaycanlı: “Bu vəhşiliyi heç faşistlərdən görmədim”
Onların bu torpağa, bu vətənə bağlılıqlarını ən gözəl şəkildə ölkəmizin tanınmış jurnalisti, talış xalqının nümayəndəsi olan Xaqani Səfəroğlu ifadə edib: “Talış xalqının Azərbaycan kimi qədim, misilsiz, içində xalqlarının qardaş kimi çiyin-çiyinə yaşadığı dövləti var. Min illərdir bir yerdə yadelliyə qarşı vuruşublar, sevinclərinə seviniblər, vayına ağlayıblar. “Talış Ermənistandan sığınacaq istədi” yazıları adamı ağrıdır, bu torpaq uğrunda canını vermiş 1000-lərlə talış şəhidinin ruhunu sızladır. Satanın, qaçanın, kökünə xor baxanın milləti olmaz. Talışın başqa dövləti yoxdur. Talışın dövləti Azərbaycandır. Ya bir yerdə bu ölkə ilə birgə böyüyəcəyik, ya da kül olacağıq. Xalqımın əzabları üzərində siyasət qurmaq istəyənləri isə lənətləyirəm. Ermənistana qaçan bir Azərbaycan vətəndaşıdır. Bu ölkənin çörəyinə, suyuna tüpürüb, arxa çevirib. Burda qalanlar isə milyonlardır. Bizi bölmək utopiyadır, bizi düşmən etmək xülyadır. Burada qalacağıq, bir yerdə olacağıq! Dövlətimizi heç kimə vermək niyyətimiz yoxdur! Əzizlərim, bir-birinizdən möhkəm yapışın!”
Xaqaninin atası rəhmətlik Səfər müəllim, biz jurnalistlərin sevimlisi idi. O, ilk gündən Xalq Cəbhəsinin sıralarında Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmışdı. Ömrünün son gününə qədər də bu yola zərrə qədər də olsun xəyanət etmədi. Bizim üçün nümunə Səfər müəllimdir, Xaqanidir, onlar kimi olan on minlərlə talış xalqının övladlarıdır. Şahin Mirzəyev kimi istisnalar barədə bizdə belə bir deyim var: “Yel qayadan nə aparar ki?!”
Bəlkə dövlətə, hakimiyyətə, tibb işçilərinə həddindən çox qəzəblənib, bu ölkədən küsüb, üz çevirib. Amma bütün bunlar ona içində talış xalqının oğullarının da olduğu şəhidlərin cəsədlərini, ruhlarını çeynəyib onları qətlə yetirən Ermənistan rejiminə qucaq açmasına əsas vermir. Baxmayaraq ki, biz Şahin Mirzəyevin bu hərəkətində hansısa sosial etiraz notları axtarmadan çox uzağıq. Çünki o, özünün Ermənistana verdiyi arayışda Müsavat Partiyasının fəalı olduğunu bildirib. Mediada onun mitinqdə Müsavat Partiyasının bayrağına sarılmış şəkli də yer alıb. Əgər o, həqiqətən də talış xalqının “pozulmuş haqları” uğrunda mübarizə aparırdısa, onu Müsavat Partiyasının türkçülüyün rəmzi ifadəsi olan ay-ulduzlu mavi bayrağına sarılaraq şəkil çəkdirməsi nəyi ehtiva edirdi?! Bundan başqa, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlının Sputnik Azərbaycan-a bildirdiyinə görə, Şahin Mirzəyev 2014-cü ilə qədər Müsavat Partiyasının üzvü olub və həmin ildə Nizamnamə tələblərini pozduğuna görə, partiya sıralarından xaric edilib.
Biz Azərbaycanda yaşayırıq və son illərdə Avropa ölkələrində sığınacaq almaq üçün çoxlarının istifadə etdiyi metodları yaxşı bilirik. Bir gün müxalifətin mitinqinə qatılmaq, hakimiyyət əleyhinə radikal şüarlar səsləndirmək, əgər imkan varsa həbs olunub adını “siyasi məhbus” siyahısına yazdırmaq, imkan yoxdursa mitinqdə şəkil çəkdirmək və bununla da “hakimiyyətin təqib etdiyi zülümkeş müxalifətçi” obrazını tamamlamaq. Şahin Mirzəyev də güman ki, bu yolla getmək istəmişdi — Gürcüstana, oradan da Avropaya keçmək üçün “Azərbaycanda etnik və dini hüquqlarım pozulur” deyə bərkdən qışqırmaq, beynəlxalq təşkilatların diqqətini cəlb etmək və mühacirətə getmək. Ş.M-da bu ssenari istədiyi kimi alınmadığından o, son addım kimi Ermənistana sığınmaq yolunu seçib. Artıq Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın da dediyi kimi, qalır “beynəlxalq təşkilatlarla birlikdə Mirzəyevin pozulmuş hüquqlarını bərpa etmək və onu daimi yaşayış yeri ilə təmin etmək”.
Onu da xatırladaq ki, Vigen Sarkisyan Ş.M-nın “Talış Azadlıq Hərəkatı”nın üzvü olduğunu iddia edir, amma Xaqani Səfəroğlu belə bir hərəkatın ümumiyyətlə mövcud olmadığını bildirir. Milli hüquqlarını bildik, bəs Mirzəyevin hansı dini hüququ pozulurmuş? Axı talışlar da Azərbaycanda çoxluğun dini kimi qəbul edilmiş İslamın (özü də əksəriyyəti təmsil edən şiə cərəyanının) daşıyıcılarıdırlar. Mirzəyevin qulluq etdiyi hansı din imiş ki, o, Azərbaycanda təqib olunur?! Axı bu gün bütün dünya Azərbaycandakı dini tolerantlıqdan danışır və bir sıra Avropa ölkələri buradakı dini tolerantlıq və multikulturalizm modelini müsbət nümunə kimi öz dərsliklərinə daxil ediblər!?
Bəlkə Şahin də indi bir çox dövlətlərin baş ağrısına çevrilmiş “İslam dövləti” sempatizanı imiş və həbs olunacağını bilərək, aradan çıxıb. Amma bunu dini hüquqların pozulması adlandırmaq olmaz ki. Son olaraq onu əlavə edə bilərik ki, Şahin Mirzəyev əgər həqiqətən də öz etnik və dini hüquqlarının qayğısına qalıbsa, onda Ermənistanı seçməklə böyük xətaya yox verib. Ermənistanın etnik və dini təmizləməni hər zaman öz siyasətinin prioriteti elan etdiyini bu dünyada bir nəfər “bilməyə” bilərdi. O da göründüyü kimi, Şahin Mirzəyev olub. Onun halına həqiqətən də acımamaq olmaz.P.S. Bəlkə bir gün mən də ölkəmdən, xalqımdan, hakimiyyətimdən inciyərəm, küsərəm, başımı götürüb gedərəm. Amma əminəm ki, bu ölkəmdəki milli və dini mühitlə bağlı olmayacaq. Və getdiyim ölkə də Ermənistan olmayacaq. Mən ölkəmi, millətimi, dəyərlərimi bu qədər ucuza satmağı ağlımın ucundan belə keçirmirəm…
mənbə :
Sputnik




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website