Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Millet vekili Tahir Kerimli: “Hele ki, Milli Meclise alisa bilmemisem” – MUSAHİBE

Millət vəkili Tahir Kərimli: “Hələ ki, Milli Məclisə alışa bilməmişəm” - MÜSAHİBƏ

15/02/2017

10:32

[r32]

15 Fevral, 2017  10:27 xeber – Azərbaycan Milli Məclisinin İnsan hüquqları komitəsinin üzvü, Vəhdət Partiyasının sədri Tahir Kərimlinin “Report”a müsahibəsi:- Artıq, 1 ildən çoxdur ki, Milli Məclisin deputatısınız. Bu müddətdə sizin üçün nə dəyişikliklər olub?- Deputat olmaq mənim üçün yeni bir şey deyil. Bilirsiniz ki, 1990-cı ilin əvvəllərində də deputat olmuşam. Düzdür, həm şəxsi, həm də partiya həyatında əsaslı dəyişikliklər olub. “Şəxsi həyat” deyəndə onu nəzərdə tuturam ki, 20 il əmək haqqı almayan adam, indi maaş alır. Ailə üzvlərimdən iki nəfər işə düzələ bilib. – Qohumlarınızın işə düzəlməsində sizin rolunuz olubmu?- Xeyr. Mən kimdənsə hansısa məsələ, xüsusilə də işlə bağlı xahiş etmirəm. Təşkilati məsələlərə gəldikdə, deyə bilərəm ki, bir çox partiyalardan üstünlüyümüz etatizm prinsiplərini əsas tutmağımızdır. Məsələn, biz dərin özəlləşmənin əleyhinəyik. Yəni, dövlətin nəzarəti olmalıdır. Deputat seçildikdən sonra partiyanın qarşıya qoyduğu məqsədləri dövlət səviyyəsində qaldırmaq imkanım olur. Vəhdət Partiyası dövlət büdcəsindən maliyyələşir. Düzdür, azdır, amma o pulla bir çox işlərimizi görürük.- Maliyyə durumunuz necədir?- Uşaq vaxtından sevdiyim bir kəlam var: Mərd dərd paylamaz, dərd çəkər. Amma, təəssüflər olsun ki, bu, öz başıma gəlir. Beş ildənbir səsimi çıxaranda utanıram ki, niyə şikayətlənirəm? Partiya yaradılandan maddi-texniki bazası zəif olub. Yenə də çətinliyimiz var. Amma nə etmək olar?!- Dövlət büdcəsindən il ərzində nə qədər maliyyə alırsınız?- 2016-ci il üzrə dövlət büdcəsindən partiyaya təxminən 100 min manata yaxın pul verilib. Bu pul rüblərə bölünərək verilir. Yəni, aya partiyanın hesabına 8 min manat civarında pul daxil olur. – Bu pul nəyə xərclənir?- Pul vergi, işçilərin maaşlarının verilməsi, partiya qərargahının saxlanılması və digər istiqamətlər üzrə xərclənir. Partiyamızın illik maliyyə hesabatlarında nöqsanlar olmur.- Vəhdət Partiyası ilə bağlı hansı yeniliklər gözlənilir?- Partiyamızın qərargahı şəxsidir. Azərbaycan Prezidenti İlham Əliyevə müraciət etmişik ki, partiyamızı qərargahla təmin etsin. Azərbaycan Prezident Administrasiyası müraciətimizi Əmlak Məsələləri Dövlət Komitəsinə göndərib. Bu məsələ bir qədər ləngiyir. Ümid edirik ki, Vəhdət Partiyası qanunda nəzərdə tutulan qaydada qərargahla təmin ediləcək. Hazırda adi qaydada fəaliyyətimizi davam etdiririk.
– Partiyanızın fəaliyyəti hiss olunmur. Niyə belədir?- Vəhdət Partiyasının mətbuat xidmətinin rəhbəri həmişə zəif olub. Bir müddət əvvəl partiyanın saytını yaratmışdıq, sonradan fəaliyyəti dayandırıldı. Doğrudan da, bizim işçilərimiz də aktivlik yoxdur, zəifdir. Bəzən iradlarımı bildirirəm. Burada jurnalistlərin də günahı var. Media nümayəndələri yalnız sədrlə danışmağı üstün tuturlar. Onlar birinci müavin, Baş Məclisin sədri, müşavirlə əlaqə saxlamaqda maraqlı deyillər. Azərbaycanda partiyaların əksəriyyətində bu cürdür. Vəhdət Partiyasında kifayət qədər ziyalı var, sadəcə, mətbuat maraq göstərmir.- “Vəhdət Partiyası” deyəndə Tahir Kərimli yada düşür, vəssalam…- Bunu bizi istəməyən qüvvələr yaradıblar. Bu fikri daha çox bir sədrdən ibarət partiyalar səsləndirir. Çünki özlərinə tay axtarırlar. İlin istənilən günü partiyamızın qərargahına gəlsəz, görərsiz ki, burada xeyli sayda insan çalışır. Ola bilər, bu, həm də mənim zəifliyimdən irəli gəlir. Düşünmüşəm ki, mətbuatda gündəm yaratmaqla reklam olunmaq düzgün deyil. Əslində populizm partiyanın işidir. Amma mən həmişə populizmdən qaçmışam. – Məsələn, Vəhdət Partiyasının 2015-ci ildə qurultayı keçirildi, amma media nümayəndələrinə qapalı oldu. Ona görə də belə fikir formalaşdı ki, qurultay formal olaraq keçirilir…- Nizamnamədə dəyişiklik edirdik deyə, qurultayı qapalı keçirdik. Qurultay keçirdiyimiz zal tam dolu idi, normal konfrans oldu. Tədbirdən olan şəkilləri də yaymışdıq. Biz yersiz təbliğatdan qaçırıq. Vəhdət Partiyası tam şəffaf fəaliyyət göstərir.- 2015-ci ildə keçirilən Milli Məclisə seçkilərə qatılanda demişdiniz ki, bu, son şansdır. Yəni, deputat olmasaydınız, daha seçkiyə qatılmayacaqdınız?- Ağsudan, Şamaxıdan, İsmayıllıdan parlamet seçkilərində namizədliyimi irəli sürmüşəm. Amma uğur əldə etmirdim, həm özüm, həm də partiya bezirdi. Bu uğursuzluq partiyada da ciddi narahatlıq yaratmışdı. Bu, həm də radikallığı gücləndirə bilərdi. Bilirsiniz ki, Vəhdət Partiyası radikal olub. Azərbaycan Xalq Cəbhəsinin, Müsavat Partiyasının nümayəndələri Milli Məclisdə oturanda, onları tənqid etmişik. Parlamentdən hansı uzaq düşür, tənqidə başlayır. Keçmişi yaddan çıxarmaq olmaz. Biz o vaxt yumşaldıq ki, o zaman müxalifət qalmamışdı. Faktiki məhv olublar, özlərini deqradasiyaya uğradıblar, dedikləri sözlərlə əməlləri uyğun gəlmir. Əbülfəz Elçibəyin komandasından elə birisi yoxdur ki, Milli Məclisdə təmsil olunmasın. İndi onlar nədən danışır? Bizi tənqid edirlər ki, yumşaldınız, iqtidarla sövdələşməyə getdiniz. Dəfələrlə demişəm, 87 saylı Ağsu – İsmayıllı seçki dairəsində sorğu keçirsinlər. Əgər 20 faiz əleyhimə danışsa, narazılıq etsə, istefa verərəm. Deyirlər ki, iqtidar mənim deputat olmağıma necə razı olub? Anlamıram, iqtidar razı olmasaydı, bunlara xoş olacaqdı? Əleyhimə o qədər şeylər yazırlar ki… Kimə pisliyim dəyib? Milli Məclisdə aktiv fəaliyyət göstərirəm, elə olur ki, bəzi qanun layihələrinə etiraz edirəm. Xalq, dövlət üçün sözümü deyirəm. Mənim deputat olmağımdan niyə qıcıqlanırlar, bilmirəm… Fevralın 9-da seçicilərlə görüş keçirdim, 30-a yaxın insanı dinləmişəm. Onların, demək olar, hamısı şəxsi xahiş ediblər. Gücüm çatan qədər kömək edirəm, axı mənim də imkanlarım məhduddur. Partiyaya ayrılan puldan deyil, Milli Məclisdən aldığım maaşla dolanıram. Bu da çatmır axı. İmkanım daxilində seçicilərin problemlərini dövlət qurumları qarşısında qaldırıram. Ağsuda 2 saylı orta məktəb suyun içərisindədir, dəfələrlə Təhsil Nazirliyinə, Maliyyə Nazirliyinə müraciət etmişəm. Mənim o məktəbi təmir etdirməyə gücüm çatmır. Dünən məktəb rəhbərliyi mənlə görüşmək istədi, xəcalətimdən onlarla görüşmədim.- Yəni, deputat olmaq işinizi xeyli ağırlaşdırıb…- Çox ağırdı. Gileylənmirəm, əmək haqqı alıram, həyatımda müəyyən qədər müsbətə doğru dönüş olub. İnsanlar məndə olmayan şeyi tələb edirlər, çıxılmaz vəziyyətə düşürəm. Çox əziyyət çəkirəm. – Milli Məclisə alışa bilmisiniz? Deputatlarla münasibətiniz necədir?- Etiraf edim, hələ ki, Milli Məclisə alışa bilməmişəm. Yəni, tam ünsiyyət qura bilmirəm. Uzun müddət parlamentdən kənarda olmuşam, başqa komanda ilə işləmişəm. Milli Məclisdə komanda yoldaşlarımızdan Fərəc Quliyevlə eyni stolda otururam. Bilirsiniz, mən həyatımda silsilə faciələr yaşamışam. Təkcə ona görə yox ki, atamı 12 yaşımda itirmişəm. Yəni, əqidə baxımından faciə yaşamışam. Mən nə evlənmək, nə partiya sədri olmaq, nə də vəzifə əldə etmək istəyirdim. Belə şeylərə nifrət edirdim. Amma həyat məni bunların hamısına məcbur etdi. Təsəvvür edin, hətta məhkəmədə hakim oldum. Həmin müddətdə korrupsiyaya qarşı kəskin mübarizə aparırdım. Ona görə başım nələr çəkdi… Mənə deyirdilər ki, sən niyə xalq hərakatına qoşulmusan? Çalışdığım müddətdə bir konfet belə, rüşvət almamışam. Ev tikmədim, pul toplamadım. Hamısını Dağlıq Qarabağ uğrunda gedən döyüşlərə xərclədim. Məhkəmə hakimliyindən çıxarıldıqdan sonra 100 manatım yox idi ki, ailəmi saxlayım. Kiminsə məndən aşağı səviyyədə yaşamasını qəbul etməmişəm. Daim əqidəmlə mübarizə aparmışam. Düşünürdüm ki, liderin uşaqları ola bilməz. Ona görə də uşaqlarımın necə böyüməsindən xəbərsiz oldum, yaxşı ki, normal uşaqlar oldular. Xalqdan, vətəndan başqa nəsə düşünmürdüm. 1990-cı illərin sonundan qərara gəldim ki, praqmatik olum. Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti saxlaya bilmədi, sonra oyunlar-mitinqlər başladı. O zaman bir şeirdə yazdım: Qəlbimdə əqidə məzarıQəlbimdə bir qəfəs tikdimƏqidəmi əsir edib sonra ona enmək üçün.Qəlbimdə bir qəbir qazdımƏqidəmi gönmək üçün. Gördüm ki, ölürəm, balalarım acdır. Belə dəhşət olar?! Təsəvvür edin, on illərlə bir manat pul gəlmədi. Nə vaxta qədər rayondan pay göndərəcəkdilər? Çox ağrılı idi. Məndən əvvəl Ali Məhkəmənin sədri olan Hüseyn Talıbova təklif etdim ki, istədiyin vəzifəni götür. Bir gün də onun işsiz qalmasına razı ola bilməzdim. Amma özüm on illərlə işsiz qalmışam. Sovet sistemindən çıxdım, xalq hərəkatına qoşuldum, qınadılar, dedilər, buna bax, sovet sistemi bunu yetişdirib, indi də xalq hərəkatına qoşulur. Dedilər ki, öz yerlisi Ayaz Mütəllibovu deyil, naxçıvanlı Əbülfəz Elçibəyi dəstəkləyir. Əbülfəz bəy hakimiyyəti təhvil verəndə sonra etiraz etdim. Buna görə də hərəkat üzvləri mənlə düşmən oldu. Deyirdilər, sən niyə Elçibəyə qarşı çıxırsan? İndi də Milli Məclisin deputatı seçilmişəm, etiraz edirlər. Deyirlər, niyə deputat olursan? Ömür boyu düşmən qazanmışam. Bir nəfər desin, kimə pisliyim dəyib, bir qarışqanı tapdamışammı? Özümə ziyan eləmişəm, amma kiminsə qəlbini qırmamışam. Bilirsiz, tutaq ki, hakimsən, birinin pulunu alırsan, 5 il deyil, 3 il cəza verirsən. Həm pul qazanırsan, həm də yaxşı adam olursan. Bu nə cəmiyyətdir?! Mən heç vaxt populist çıxışlar etməmişəm. Öz deputat yoldaşlarım Milli Məclisdə mənə qarşı məsələ qaldırmaq istəyirdilər. Nə demişdim ki? Demişdim ki, əhalinin əksər hissəsi az maaş alır, ona görə də deputatların maaşını artırmaq düzgün deyil. Mənə “populist” deyən deputat özü sosial şəbəkələrdən bir dəqiqə kənar durmur. Guya mən pul istəmirəm? Sadəcə, ədalətli olmaq lazımdır. Müxalifət də üstümə gəldi. Deyirdilər, özünü reklam edir. Maaşla bağlı dediyimi saytlardan biri vermişdi, 63 rəy vardı, o rəylərin 52-si əleyhimə idi. Belə cəmiyyət olar?
– Niyə sosial şəbəkələrə qoşulmursunuz?- Orada yazılanları ürəyim götürmür. Qorxuram. Normal söz deyirsən, eşitmədiyin təhqirləri görürsən. Adam dəhşətə gəlir… Bu nə münasibətdir?! Bəzən baxıram, söyüşləri, təhqirləri görürəm, dayana bilmirəm, ürəyim dözmür. Axı biz buna layiq deyilik. Çox çətindir…- Azərbaycan prezidentliyinə sonuncu dəfə 1998-ci ildə namizəd olmusunuz. İndiyədək daha 3 seçki olub, niyə namizədliyinizi irəli sürmədiniz?- 1998-ci ildə Azərbaycan prezidentliyinə namizəd oldum. O zaman böyük bir komanda idik. Həmin vaxtda həm də idelogiya vardı. İndi isə həmin ideologiya yoxdur. Böyük dövlətlərin Azərbaycana təsirləri çoxalıb. Zəmanət verə bilmərəm ki, prezident olsam, ölkə Suriyanın gününə düşməyəcək. İlham Əliyevin bacarığı ondan ibarətdir ki, bütün dövlətlərlə balans yarada bilib. Hətta İŞİD belə, Azərbaycana soxula bilmir. Yəni, Prezident İlham Əliyev bütün bunları nəzarətdə saxlayır. Amma biz bunu edə bilmərik. Yaxşı adam olmaq, yaxşı idarəçi demək deyil, bacarıq lazımdır. Ona görə də prezident olmaq iddiasında deyiləm. Mənə prezident olmaq təklif olunsa, imtina edərəm.- Artıq, 61 yaşınız var, pensiya yaşınıza az qalıb, nə vaxt nə qədər siyasətdə qalmaq fikriniz var?- Mən istefa verərəm, amma ləyaqətsiz iş görmərəm. Kimsə məni alçalda bilməz, vəzifədən, hər şeyimdən keçərəm, amma namus, şərəfdən keçmərəm. Yəni, mənim üçün vəzifə məqsəd deyil. Sadəcə, deputat olmağım bir vasitədir, bu vasitədən istifadə edərək cəmiyyətə təsir göstərirəm, yardım etməyə çalışıram. Hələ ki fəaliyyətimi davam etdirirəm. 1990-cı illərin əvvəllərində deputat olanda, Ali Sovetdə məsələ qaldırdım ki, Əxlaq polisi yaradılsın. O zaman düşünürdüm ki, televizyada 10 dəqiqəlik efir vaxtı verilsə, əxlaqdan, mənəviyyatdan danışaram. Amma indi elə deyiləm. Çünki cəmiyyət milyon dəfə deqradasiyaya uğrayıb. Sosializm hər şeyi – yaxşını da, pisi də qadağan edirdi. Amma kapitalizm hər şeyə icazə verir. Özbaşına əxlaq, mənəviyyat yaranmaz, daha da pozula bilər. Xarici ölkələrin birində iki kişi ailə qurmuşdu, sərt etirazımı bildirdim. İnanın, peşman oldum, əleyhimə xeyli danışdılar. Bəzi siyasətçilər də murdar ifadələr işlətdilər. Məəttəl qaldım. Buna ürək lazımdır, tab gətirsin. Atasını, anasını tanımayan insanlar meydan sulayır. Cəmiyyət bunlara niyə imkan verir?- Tahir bəy, gənclərdən də gileylisiniz…- Gənclər telefondan ayrılırlar ki? Gəncin ən çox acığına gələn böyüyün öyüd-nəsihətidir. Ona görə də bizə fikir vermirlər. Amma bilirsiniz, onların vətənpərvərliyinə heyran qalıram. Əvvəl elə bilirdim ki, gənclərin vətənə marağı yoxdur. 2016-cı ilin aprel hadisələrindən sonra gənclərin vətənpərvərliyini görüb sevindim. Biri-iki dəfə, hətta ağlamışam. Amma gənclərin lazımsız şeylərə meyil göstərmələri məni ağrıdır.- Bir az qapalı insansınız. Səhv etmirəmsə, bir dəfə demişdiniz ki, dənizə çimərliyə getmirsiniz…- Mən kimisə qınamıram ki? Kimsə çimərliyə gedə bilər, öz işidir. Burada söhbət öz baxışımdan gedir. Dindar deyiləm, kommunizmin əxlaq kodeksi altında böyümüş adamam. Bu, mənim milli şəxsi keyfiyyətlərim olub. Mən düşünürəm ki, iki göz iki gözə baxmalıdır. Məhəbbətdə, sevgidə parçalanma ola bilməz. Xəyanət olursa, sevgi müqəddəsliyini itirir. O vaxtlar indiki kimi deyildi ki, komputerlə axmaq-axmaq şeylərə baxalar. O zamanlar tamam başqa idi, filmlər də fərqli idi. Niyə görə Füzuli, Nizami saf məhəbbətdən yaza bilib? Çünki həmin dövrdə insanın özünü qorumaq imkanları çox idi. İndi elə deyil, şəhərdə hər şey adamın gözünə girir. İnsan özünü tərbiyə etməlidir, həzlərdən. şəhvətdən qorumalıdır, sadiq olmalıdır. Çox təəssüf ki, gənclər buna əməl etmirlər. Bir saatlıq təmiz məhəbbət yüz illik saxta sevgidən üstündür. Sən müqəddəs duyğularla yaşamayacaqsansa, gözün başqasında olacaqsa, müqəddəsliyi itirəcəksən. Bəzən şəkilə baxıb həvəslənirlər. Müəyyən qədər məhdudiyyət olmalıdır.Məsələn, İndoneziyada kişi qadının evinə gəlin gedir, bu, Azərbaycanda ola bilməz. Mənim milli, türk, qafqazlı dəyərim hər şeydən üstündür. Başa düşürəm, uduzmuşam. Mən bu cür fikirləri 30 il əvvəl desəydim, etirazlar tək-tük ola bilərdi. Amma indi belə danışanda 100 nəfərdən 90 nəfəri məni söyür. Mən həyatı belə yaşamışam, bəlkə də səhv yaşamışam. Bu yaxınlarda bir nəfər mənə deyir ki, siz, doğrudanmı, xəyanət etməmisiz? İnanırsınız, utandığımdan elə olduğunu demədim. Düşündüm, deyəcək ki, avamın biridir. Utandığımdan deyə bilmədim ki, 61 il yaşamışam, dürüst olmuşam. Görün cəmiyyət nə gündədir…- Tahir Kərimli həm də emosional çıxışları ilə yadda qalıb. İndi isə elə deyil, bu, yaşın gətirdiyi təmkindir, yoxsa tənqidlərə tuş gəlməmək üçün ehtiyatlanırsınız?- Bu səbəb də var. Əvvəlki çıxışlarımı “Youtube” video portalına yerləşdiriblər, hərdən şərhləri oxuyuram, yazırlar ki, Tahir Kərimli qışqırır. Koroğlu niyə nərə çəkirdi? Ona görə ki, Həsənoğluna gücü çatmırdı. Zülmlə, babalarımın arzusu olan hökuməti qurmuşuq, əlimizdən çıxır, nərə çəkməyim, nə edim?! Onları ittiham edirdim ki, oyun oynamısınız, xalqı aldatmısınız… Biri demir ki, Tahir Kərimli filan sözü dedi, eləcə deyirlər ki, qışqırır. Ona görə də indi niyə danışım ki? Nə mənası var?- Kənardan qadağa yoxdur ki?- Mənə kim qadağa qoya bilər ki? Heç kəs mənə qadağa qoya bilməz. Nə mənim kiminsə üzərində, nə də kiminsə mənim üzərimdə minnəti yoxdur. Niyə görə mənə qadağa qoymalıdır ki? Deputat mandatına görə? O qədər maaş almayanlar var ki. Şükürlər olsun, şəhərdə evim var. Bu cür imkanı olmayanlar var. Mən düşünürəm ki, ölkə müxalifəti yoxdur, ona görə də sabitliyi müdafiə edirəm. İlham Əliyev də Azərbaycanda sabitliyin qarantıdır. İstər iqtidardan, istərsə də müxalifətdən kimsə prezident ola bilər, amma sabitliyi qoruya bilməz. Mən bunu kiməsə xoş gəlməkdən ötrü demirəm, inanıb deyirəm. Hazırda İlham Əliyev sabitliyə nəzarət edə bilir, başqası edə bilməz. Yaltaqlıq edirəm? İnandığımı deyirəm dəə. Həmişə haqqın, doğrunun tərəfində olmuşam.
– AXC hakimiyyəti dövründə çıxışlarınızın birində demişdiniz ki, özünüzü silahla vuracaqsınız. Doğrudanmı, vurardınız?- O zaman qəsd edərdim ki, Milli Məclisdə dediyim olmayaydı. O çıxışımdan sonra Milli Məclis dağıldı, 3 gün toplana bilmədi. Mənə yaxın adamları həbs etdilər, parlamentə gəlişimi əngəllədilər. Mən qalib gəlmişdim, qalib gələn adam intihar edər? Onları ifşa etdim.Amma bir dəfə intihara cəhd etmişəm, 1992-ci ildə Şuşanın Ermənilər tərəfindən işğalını eşitdim, gəldim məhkəmədəki kabinetimə, ağzımı bağladım. 1930-cu ildənqalma silah da var idi, özümü vuracaqdım. Düşünürdüm ki, necə yəni, Şuşa işğal olunub? Bunu qəbul etmək çox çətindir. Amma özümü vura bilmədim, gücüm çatmadı, 3-4 saatdan sonra xəbər tutdular ki, hakim özünü vurmaq istəyir. İnanın, heç cür həzm edə bilmirdim. Şuşadan ötrü hər şeyimi qurban vermişəm.- Bəy, niyə ölməyə meyillisiniz?- Karl Marks deyirdi ki, insan sosial varlıqdır. Yəni, sosial mühit necədirsə, insan da o cür olur. Həyatda kitabdan başqa nəsə görməmişəm. Cavanlıqda idmanla məşğul olurdum, onu da oxumağa görə atdım. Həyatımı yalnız oxumağa, öyrənməyə həsr etmişəm. Təsəvvür edin, illərlə oxuyasan, amma bildiklərini, ideyalarını cəmiyyətə çatdıra bilməyəsən… İnsan belə olan halda özünə nə arzu edə bilər ki? Onsuz da ölü kimi bir şeysən… Bizim kimi əqidə adamları istədiklərini cəmiyyətə çatdıranda zövq alırlar. Allah verən ömürdür, nə qədər yaşayacağıqsa, o qədər cəmiyyətə fayda verəcəyik.- Ali Məhkəmənin sədrliyindən istefa verdikdən sonra vəzifə təklifi almısınız?- Bir neçə dəfə təklif olub. Məni heç Ali Məhkəmənin sədrliyindən də çıxarmaq istəmirdilər. Bununla bağlı Heydər Əliyevlə də şəxsi söhbətimiz olmuşdu. Heydər Əliyev mənimlə işləmək istəyirdi. Düşündüm ki, mənim prezidentim Əbülfəz Elçibəy olub, ona görə də istefa verdim. Bəzən deyirlər ki, Tahir Kərimli vəzifəsini dondurub, elə deyil, rəsmi şəkildə istefa ərizəsi yazmışam. Çünki tək qalmışdım, hakimiyyətdə bizim komandadan adam qalmamışdı. İstefa verən zaman qeyd etdim ki, məni hədələyirlər, deyirlər ki, evə hücum edəcəklər. Heydər Əliyev dedi ki, Tahir Kərimli ilə bağlı yoxlamalar aparılıb, amma nöqsan tapılmayıb. İstefa verəndən sonra dəfələrlə vəzifə təklifi aldım. Əbülfəz Elçibəyə dünyasını dəyişəndən sonra onun əleyhinə danışmamışam. Amma o, sağ olanda müəyyən tələblərim olub. Mənim əleyhimə olanlar bir dəfə demədilər ki, Tahir Kərimli Elçibəyə sadiq olub, dönük çıxmayıb.- Məhkəmə hakim işləyə bilərsiniz?- Uzun illərdir, hakim işləmirəm. İndi istəmərəm. Çətindir…- Məhkəmə hakimi olan zaman hansı maraqlı, yadda qalan hadisələr baş verib?- Ağsuda hakim olan vaxt bir işə baxırdım. Atası 10 ildən sonra uşaqlarını tələb edirdi. Uşaqlara xalası baxırdı. Həmin uşaqları atasına vermədim. Amma uşaqlar atasına verilməli idi. Uşaqları xalası zülmə böyütmüşdü. Mən uşaqlara müraciət etdim, kimi istəyirsiz? Onlar xalalarının üstünə qaçdılar. Həmin an çölə qaçdım, hönkürtü ilə ağladım.Birini də deyim, İsmayıllıda qətl işinə baxırdım, iki dost heyvan otararkən zarafatlaşıblar, təsadüfən bıçaq birinin ayağına dəymişdi, qanaxmadan ölmüşdü. Qətl törədənin anası və yoldaşı mənim yanıma gəlmişdi, yaylığın arasında bir ovuc qızıl gətirmişdi. Katibə dedim ki, yaylığı götür, özündə saxla. Həmin gəncə çox aşağı cəza verdim. Sonra yaylığı qaytardım. Gördüklərimdən sonra o qədər ağladım ki… Belə şeylər çox olub.Qardaşlarıma deyirdim ki, kaş siz pul qazanaydınız, mən bir hücrəyə çəkilib, kitab oxuyaydım, bildiklərimi insanlara öyrədəydim. 1998-ci ildə məni partiya sədri edəndə dedim ki, bacarmayacağam. Ad çəkmək istəmirəm, bir-iki adam dedi ki, narahat olma, pulunu verəcəyik, sədr ol. Həmişə partiya üzvlərinə demişəm, sədr siz olun, vallah, bacarmıram. Bu, mənim işim deyil. Yəni, zorən siyasətçi, partiya sədri…- Övladlarınız nə işlə məşğuldur?- 3 oğlum, bir qızım var. Böyük oğlumun 34 yaşı var, əmək haqqısı az olsa da, işləyir, 340 manat maaş alır. Mən ona köməklik edirəm. Oğlanlarımdan biri hazırda kurs keçir, işə düzələcək. Qızım Azərbaycan Dillər Universitetini bitirib. Təəssüflər ki, olsun ki, işsizdir. Kiçik oğlum da işsizdir. Qardaşlarımın da, bacım uşaqlarının da işi yoxdur. Mənim övladlarımı işlə təmin edənə təşəkkürümü bildirirəm.

mənbə :
Report.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website