Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“Alo, Baki! Sizi “Ulduz”la birlesdirirem”

“Alo, Baki! Sizi “Ulduz”la birlesdirirem”

17/02/2017

10:22

[r32]
2017-02-17T10:05 xeber –
BAKI, 17 fev — Sputnik. “Bakı! Bakı! Mən İmişliyəm. Sizi “Ulduz”la birləşdirirəm!..” Düz əlli il əvvəl bəstəboy, sarışın saçlı, dolu bədənli bir qızın səsi İmişli şəhərindəki telekommunikasiya qovşağını başına götürmüşdü. Gözləmə zalında oturanların, ayaq üstə dayanıb var-gəl edənlərin nəzərləri onda idi. 
Bir tərəfdən də idarə və müəssisələrdən, hərbi hissələrdən, evlərdən zənglər aman vermirdi. Hamı uzaq rayon və şəhərlərə bağlanmaq, vacib xəbəri çatdırmaq istəyirdi. Saatlarla gözləyənlər etirazlarını kəskin formada bildirir, qəzəb püskürür, hətta söyürdülər onu. Amma çoxbilmiş qız xoş rəftarla hər kəsin “damarını tutur”, sakitləşdirir, eyni zamanda, öz işini də görürdü.
©
Foto: T.Limanovanın şəxsi arxiviTamara Fyodorovna gənclik illərində
“O zaman mən çox xoşbəxt idim. Təsəvvür edirsinizmi, tanımadığın insanlar sevinc və kədərini ilk olaraq səninlə bölüşürlər! Keçirdiyim hisləri sözlə ifadə etmək belə çətindir…”
İmişlidə yaşayan, yerli əhalinin “telefonçu Toma” kimi tanığı Tamara Fyodorovna Limanova xatirələrini Sputnik Azərbaycan-la bölüşür. Yaş öz işini görüb: qadın görmə qabiliyyəti zəiflədiyindən hər şeyə yaxından baxır, əl ağacı ilə yeriyir, hafizəsi korşalıb. Stolunun üstündə, rəflərdə dərman preparatları, qolunda “qanölçən”. Amma üzündə həmin nur, səsində həmin ahəng. Onu keçmişə səyahətə aparmaq da çətindir — səsi tez-tez boğazında quruyur və yaylığının ucunu gözlərinə aparır…
Bir ailədə 18 uşaq doğulub
“Valideynlərim 1934-cü ildə Voronejdə ailə qurublar. Atam dəmiryolçu-maşinist olduğundan, 1950-ci ildə işlə bağlı İmişliyə göndərilib. O zaman mənim 4 yaşım olub. Buna görə hafizəmdə daha çox İmişli ilə bağlı xatirələr qalıb” — deyir.
İmişliyə təzə gəldikləri vaxt Limanovlar ailəsi dəmir yolundakı bir vaqonda yerləşdirilib. Qarı deyir ki, ailələri az qala bir sərnişin vaqonunu tutacaq qədər böyük olub: “Bura gələndə bir futbol komandası üzvləri sayında — 11 nəfər olmuşuq. Daha 9 uşaq da İmişlidə doğulub. Dəmiryolçular üçün tikilən ev istifadəyə veriləndə görüblər ki, bizi iki, ya üçotaqlı mənzilə yerləşdirmək mümkün deyil, ayrıca “fin evi” tikiblər, üstəlik xeyli torpaq sahəsi də ayırıblar”.
Təbii ki, 18 nəfər uşağı quru maaşla və “uşaq pulu” ilə saxlamaq mümkün olmazdı. Ehtiyaclarını ödəmək üçün Limanovlar ailəsi, yerli insanlar kimi, bostan əkib, taxıl yetişdirib, mal-qara saxlayıb: “Həyətimizdə o qədər camış, inək, qoyun, keçi, toyuq, qaz vardı ki… Bazardan yalnız geyim və mebel əşyaları alırdıq, yediyimiz öz məhsulumuz olub. O vaxt hamı belə yaşayırdı — oxumuşu, bisavadı da, azərbaycanlısı, rusu da”.
©
Foto: T.Limanovanın şəxsi arxiviTamara Fyodorovna atası, qardaşı və qızı ilə
Tamara xanım danışır ki, qonşularının hamısı azərbaycanlı olduğuna görə uşaqlıqdan Azərbaycan dilində danışıb: “Çox mehriban qonşularımız vardı: Fatma, Səkinə… Məhəllənin bütün oğlan və qızları bir yerdə oynayırdıq. Lavaş arasında pendir olan dürməyi yarı bölüb yeyirdik. Mən uşaq vaxtı başqa yerdə doğulmağımı, başqa millətdən olmağımı hiss etməmişəm”.
“Mənə üç gün toy çalındı”
Yeddillik məktəbi bitirəndən sonra uzun hörüklü rus qızı Rayon İstehlak Cəmiyyətində süpürgəçi işləyə-işləyə gecə kursuna gedib. Orta təhsilini tamamlayandan sonra Bakı elektrotexnika məktəbində oxuyub. Gələcək həyat yoldaşı, Zəngilan rayonundan olan Vaqiflə də burada tanış olub: “İllərlə bir-birimizi sevdik. Evlənməyimizə atam razı deyildi. Deyirdi ki, rus olduğundan, səni həmişəlik özünə arvad etməyəcək. Anam kişini birtəhər razı saldı. Toyum bizim adətlə üç gün davam etdi. Sonra Zəngilana gəlin köçdüm”.
©
Foto: T.Limanovanın şəxsi arxivTamara xanımın əri Vaqif Quliyev hərbi xidmət illərində
Tamara xanımın övlad sarıdan bəxti gətirməyib — 8 uşağından yalnız birini böyüdüb boya-başa çatdıra bilib, qalanları bir neçə aylıqlarında, ən çoxu bir-iki yaşlarında həyatını itiriblər. Anası iflic olub yatağa düşəndən sonra o, körpə uşağını götürərək həmişəlik İmişliyə qayıtmaq məcburiyyətində qalıb. Durumu həyat yoldaşına izah edib və anlayışla qarşılanıb (Sonralar həyat yoldaşının yeni həyatında problemlər çıxmasın deyə, ərinin soyadından da imtina edərək, öz qızlıq soyadını bərpa edib).
Gənc qadın valideynlərinə qulluq etməklə yanaşı, ailənin ehtiyaclarını ödəmək üçün işə düzəlib: “Bircə işim ürəyimcə olub. Telefonçuluq mənə dünyanın bütün dərd-qəmini, ağrılarını unutdururdu. Yola çıxırdım, “Raykom”un birinci katibindən tutmuş sadə fəhləyədək yanımdan ötən hər kəs gülümsəyərək salam verirdi. Bazara, dükana gedirdim, tanımadığım adamlar zorla zənbilimə pay qoyurdu”.
“Təvazökarlıqdan uzaq olsa da deyim ki, mən bu hörməti qazanmışam. Bəzən olurdu ki, rayonun hansısa kəndindən olan bir adama təcili xəbər yollanırdı, işdən sonra öz hesabıma taksi tutub gedib deyilən ünvanı tapır və o sözü çatdırırdım” — həmsöhbətimiz bildirir.
“Əlimdən nə qədər Lenin başlı qırmızı onluqlar keçib…”
Tamara xanım fasiləsiz olaraq düz 30 il bir müəssisədə işləyib. Bu müddətdə xeyli sayda gənc oğlan və qıza bu sənətin sirlərini öyrədib, onlara böyük bacılıq, analıq edib: “Mənimlə eyni vaxtda növbəyə çıxanları 2-3 saatlığa evlərinə buraxıb, kommutatorda tək otururdum. Onlara ürəyim yanırdı. Axı bu peşə də sağlamlığa zərər vururdu: uzunmüddətli gərginlik əsəbləri pozur, səsi qulaqcıqla dinləmək karlaşma yaradırdı”.
©
Sputnik / Ayaz Yaşılyarpaq Yaş öz işini görüb: qadın görmə qabiliyyəti zəiflədiyindən hər şeyə yaxından baxır, əl ağacı ilə yeriyir, hafizəsi korşalıb.
Müsahibimizin dediyinə görə, işindən zövq almağında əməyinə verilən qiymət də az rol oynamayıb: “Müdirimiz deyirdi ki, “sən gecə növbəsində olanda, mən arxayın yata bilirəm”. Maaşımdan əlavə, tez-tez mükafat alırdım. Əlimdən nə qədər Lenin başlı qırmızı onluqlar keçib. Axıradək işləyərdim, ayaqlarım sözümə baxmadı…”
Qızının ölümündən sonra mehrini heyvanlara salıb
Xəstələnib yatağa düşməyi qızının Kiyevdə ali hüquq təhsilini tamamlamasına mane olub. Oksana İmişliyə qayıdaraq düz il yarım anasının yanında olub: “Məni növbəti dəfə həyata o qaytardı. Çox ağıllı, diribaş qız idi — beş dildə sərbəst danışırdı, hər şeydən məlumatlı idi. Fortepianoda, qarmonda ifa edirdi, muğamat oxuyurdu. Kiyevə yenidən gedəndə, universitetə bərpa oluna bilmədi, gəlib Bakıda oxudu. Xarici humanitar təşkilatlarda, milli təhlükəsizlik orqanında işləyib. 2012-ci ilin iyulunda elə iş yerində keçinib”.
Qızının ölümündən sonra tənha qalan qadın mehrini heyvanlara salıb: “Oksana 2000-ci ildə Bakıda bir pişiyi körpəliyindən saxlayıb. Sonra rayona gətirdi ki, yaxşı baxa bilmirəm. Məndən xahiş etmişdi ki, onu qoruyum. Qızımın ölümündən sonra vaxtımı “Murka” və onun iki balası ilə keçirirəm, onlarla danışıram. Gecələr isə həyət-bacanı və bizi “Tobi” adlı itimiz qoruyur. Bir dəfə qızımın məzarı üstündə də pişik görmüşəm”.
Pişiklər çörək və un məmulatları yemir, süd, qatıq, borş, dovğa içir, yumurta soyutmasını xoşlayır. Cəmi 165 manat pensiya alan qadın, bu pulun az qala yarısını onlara xərcləyir. Vaxtilə qızı Bakıdan ev alıb anasını da yanına aparmaq istəyirmiş. Buna görə məişət əşyalarının çoxunu yerli adamlara ya satıb, ya da pay veriblər. Tənha qadının gecələr yuxusu ərşə çəkilən vaxtı başını qatması üçün heç televizoru da yoxdur. Ona pis təsir edən isə dövlət və ictimai təşkilatlar üçün hələ sağ ikən unudulmasıdır.
©
Foto: T.Limanovanın şəxsi arxivTamara xanımın qızı Oksana Quliyeva
Xristian və müsəlmanların ortaq qəbiristanlığı
Tamara xanımın telefonu hələ də susmayıb — ona dünyanın müxtəlif ölkələrinə səpələnmiş qohumları zəng edirlər. Ailə üzvlərinin bir-birinin ardınca gələn ölüm xəbərlərini də yaxınları telefonla bildirirlər. Bircə Xabarovskda yaşayan bacısı Tanya sağ qalıb. Maraqlıdır ki, o da azərbaycanlıya ərə gedib.
“Qızımı rus qəbiristanlığında dəfn etməyimə görə bəzi adamlar məni qınayırlar. Halbuki orada müsəlman qəbirləri də var. Mənim üçün insanlıq bütün milli, dini ayrı-seçkiliyin fövqündə dayanır” — Tamara Fyodorovna Limanova deyir…
mənbə :
Sputnik




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website