xeber –
“Tərkedilmiş” filmiylə həm Azərbaycanda, həm də Türkiyədə böyük rəğbət qazanmış azərbaycanlı aktyorlar Könül Nağıyeva və Kamran Ağabalayev Türkiyədə keçiriləcək Beynəlxalq Eskişehir Film Festivalına qatılacaqlar.
ANS PRESS-in məlumatına görə, Anadolu Universiteti Ünsiyyət Elmləri Fakültəsi tərəfindən təşkil edilən Beynəlxalq Eskişehir Film Festivalı 4-7 May 2015 tarixləri arasında keçiriləcək. Bu barədə buro247.az xəbər yayıb.
Qeyd edək ki, “Tərkedilmiş” filminin ssenari müəllifi və rejissoru Korhan Uğur, prodüserləri Hakan Ordu, Mustafa Saygın və Alihan Karagüldür. Süjet xətti Suriya münaqişəsində qaçqın düşərək, Türkiyəyə sığınan və səfalətdən qurtulmaq üçün böyrəyini satan qadının həyatından bəhs edir. Filmdə azərbaycanlı aktyorlar Könül Nağıyeva və Kamran Ağabalayevlə yanaşı, tanınmış türk aktyorları Hakan Vanlı, Levent Ülgen, Hakkı Ergök, Sema Şimşek, Mahmut Gökgöz, Neriman Uğur, Burak Sarımola da çəkiliblər.
“Tərkedilmiş” İstanbulda və Bakıda təqdim edilib. Filmi Azərbaycanın bütün kinoteatrlarında izləmək olar. Türkiyə kinoteatrlarında isə mayın 15-dən etibarən yayımlanacaq.
Mənbə : Anspress.com
Şərh yaz.