Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Xaç damğası, qonşu kameradakı ümid, meyitle yanaşı üç gece… – ƏSİR DÜŞƏRGƏSİ

Xaç damğası, qonşu kameradakı ümid, meyitle yanaşı üç gece… – ƏSİR DÜŞƏRGƏSİ

22/04/2015

15:36


22.04.2015 / 15:31 xeber –

23 il əvvəlin dəhşətlərini Elbrus danışır – II YAZI

Lent.az-ın rezonans yaratmış “Əsir düşərgəsi” layihəsi davam edir. Layihənin bu dönəmində də Vüsalə Məmmədovanın təqdimatında əsirlikdən qayıdan insanların hekayələrini yayımlayacağıq. O insanların ki, səhərlər avtobusda, metroda yanaşı əyləşib işə gedirik, mağazada onlardan nə isə alırıq, küçədə yanaşı addımlayırıq. Onları özümüz kimi sıradan vətəndaş sayırıq. Amma onlar bu ölkənin tarixinin canlı səhifələridir. Onları bir-bir çevirib oxumaq, dinləmək lazımdır. Lazımdır ki, gördükləri, bildikləri, yaşadıqları özləri ilə o dünyaya köçüb getməsin. Lazımdır ki, biz müharibəni unutmayaq! Çünki əgər müharibəni unutsaq, o geri qayıdacaq…

 

Yenə 23 il əvvəl, yenə o dəhşətli günlər… “Əsir düşərgəsinə” boylanmağa davam edirik.

 

*** 

 

…Axşam saat 9-a yaxınlaşırdı. Bizi də elə həyətdə qarşıladı. İşdən təzə qayıtmışdı:

 

– Bu haqda danışmaq asan deyil, bircə dəfə danışmışam, rəhmətlik Ceyhun Mirzəyevə…

 

– O adam sizsiz?

 

– Demirəm “Fəryad” filmi mənim başıma gələn hadisələr əsasında çəkilib. Amma bir çox kadrlar var ki, rəhmətlik olduğu kimi saxlayıb… Mən o filmə baxanda heç nə danışa bilmirəm. Ancaq ağlayıram…

 

İkinci mərtəbəyə qalxa-qalxa Ceyhun Mirzəyevlə görüşlərini xatırladı…

 

O danışdıqca yanında əyləşən anası gözünü silir, “Anan ölsün, ay bala, bunu heç bilmirdim” deyirdi. Anasını sakitləşdirmək üçün tez-tez zarafatla “Mama, çoxdan olub e…” və ya “Belə edirsən deyə sənə deməmişəm də” deyib, gülürdü…

 

Bütün yaşadıqlarına baxmayaraq, gülüşü üzünü tərk etməyən, ağrılarını belə zarafatla danışmağı bacaran bir xarakter sahibi ilə tanış olmuşdum. Gözləri nə qədər kədərli olsa da, təbəssümü üzünü tərk etməyən insanları sındırmaq mümkün deyil…

 

***

 

Əvvəli: http://news.lent.az/news/news/198538

 

Qapı açılan kimi, Elbrus zirzəminin divarına çırpılıb, yerə sərildi. Qana bulaşmış sir-sifəti tanınmaz hala düşmüşdü. Kamil dayı çətinliklə yerindən qalxdı. Ağzına axan qandan boğulmasın deyə, Şahruzla birlikdə onu qaldırıb divara söykədilər. Elbrus güclə eşidiləcək səslə, son sözlərini deyirmiş kimi zarıdı:

 

– Bu Telman nə şərəfsiz adammış…

 

– Ay bala, şərəfsiz nədir ee… Siz cavansız bala, bilməzsiniz. İnsanın kimliyi belə məqamlarda bəlli olur…

 

Şahruz Xocavəndin Qaradağlı kəndindən idi. Ermənilər onu girovlardan ayırıb, bu zirzəmidə tək saxlayırdılar. Xocalını işğal edəndən sonra Telmanla Kamili gətirmişdilər. Qadınlar qərargahın başqa otağında idilər. Elbrus isə zirzəminin yeni sakini idi.

 

Elbrus bu xəcalətverici söhbətin üstündən keçib, mövzunu dəyişdirmək istədi:

 

– Neynək Kamil dayı, satqınsız müharibə olmaz ki…

 

Şahruz əlavə etdi:

 

– Kamil dayı, deyirsən biz uşağıq, bilmərik. Amma biz də kinolarda o qədər müharibə görmüşük ki… Hələ kitablardan nələr oxumuşuq… And olsun inandığımıza, tarixdə bu günə kimi elə bir müharibə olmayıb ki, orda Telman kimiləri olmasın. Hələ bizdə azdır, vallah! Bax, dörd nəfər bizik, hələ yuxarıda nə qədər qadın var, bir belə girovun içində bircə o üzümüzü qara eləyir…

 

Kamil kişi başını yellədi:

 

– Eh, ay bala, xəyanətlər olmasa müharibələr də olmaz…

 

Şahruz cibindən “Astra” siqareti çıxaranda, Elbrus təəccübləndi:

 

– Hardandır?

 

– Hələ sizi gətirməmiş məni Xocalıya aparmışdılar, evlərdən xalçaları toplayıb vertolyota daşıyırdılar. Mənə xeyli xalça yüklədəndən sonra, iki qutu “Astra” verdilər…

 

***

 

– Şahruzun neçə yaşı var idi?

 

– Hardasa 25-26 olardı. Çox yaxşı oğlan idi. Kamil kişini çoxdan tanıyırdım. Bizim keçmiş “sobez” müdirinin qardaşı idi.

 

– Bəs Telman kim idi?

 

– Xahiş edirəm, onun haqqında soruşmayın. Elə bir vicdansızın adını belə çəkmək istəmirəm… Orda olan hər şey haqda danışa bilərəm, amma onunla bağlı elə şeylər var ki, deyə bilmərəm…

 

– Orada sizə yemək verilirdi?

 

– Orada ancaq işgəncə verilirdi… Gün ərzində üç litrlik bir balonu doldurub, qapının ağzına qoyurdular. O qədər döyülüb, ac qalmışdıq ki, ayağımız yer tutmurdu. Su üçün qapıya tərəf güclə sürünürdük… Sürünmək də asan deyildi, siqaretlərini qarnımda söndürürdülər…

 

– Sizi orada nə qədər saxladılar?

 

– Üç gündən sonra Şahruzla məni Xankəndi həbsxanasına gətirib adımızı, soyadımızı qeyd etdilər. Ardınca da, üzr istəyirəm, ikimizi də qurşaqdan yuxarı soyundurub, dubinka ilə döydülər…

 

***

 

Elbrusla Şahruz niyə nəfəs ala bilməmələrinin səbəbini kamerada anladılar: kürəkləri gömgöy idi…

 

Girovlara gün ərzində yüz qram çörək, bir qayda olaraq hər növbə dəyişəndə isə işgəncə verirdilər. Üstəlik, gecə yarısı ermənilər içib keflənəndə, növbədən kənar işgəncələr də olurdu.

 

Elbrusla Şahruz dinib danışmırdılar. Gənclərin nə söhbət edəcək halları, nə də danışacaq sözləri yox idi. Nəfəslərini güclə alırdılar. Cəmi bir dəfə susuzluqdan yanan Elbrus üz-gözündə heç bir həyat əlaməti qalmayan Şahruza baxıb:

 

– Zirzəmidə heç olmasa su verirdilər… – dedi.

 

İki həftə belə davam etdi. Kameranın bir küncündə ölümlərini gözləyirdilər ki, divarın o biri üzündən səs gəldi. Kimsə öskürürdü. Saatlardı yerindən tərpənməyən Elbrus ayağa qalxmağa çalışdı:

 

– Əmimdir. Bu öskürən əmimdir…

 

Şahruz güclə zarıdı:

 

– Hamı eyni cürə öskürür, Elbrus. Hardan bilirsən əmindi?

 

– Yox! Mən əmimin öskürəyini on kilometrdən də eşitsəm tanıyıram. Əmimdir, onun öskürəyidir!

 

Elbrus dəmir qapıya yaxınlaşıb, nəfəslikdən çağırdı:

 

– Əmi, ay əmi!

 

– Ayə, sus! Bu saat gəlib yenə ikimizi də bir-birimizə qatacaqlar…

 

– Yox, əmimdir! Əmi…

 

Nəhayət, uzaqdan səs gəldi:

 

– Kimdi?

 

– Qədim əmi, sənsən?

 

– Hə, mənəm bala. Kimdi?

 

– Mənəm, Elbrus.

 

Atası ilə əmisi eyni kamerada, divarın o üzündə günlərdir çəkdikləri bütün əzab-əziyyətə baxmayaraq, Elbrusun yasını tuturdular. Axı Elbrusu onların yanından ayıranda “başını kəsməyə aparırıq” demişdilər…

 

Əmisi hönkürürdü:

 

– Səsinə qurban olum, oğul…

 

– Atam hanı?

 

– Burada, yanımdadır….

 

– Axı… Səsi gəlmir, hanı?

 

– Yanımdadır, nigaran qalma, bala… Sənin səsini eşitdik, daha ölsək də dərdimiz olmaz…

 

***

 

Yeməyə hələ bir xeyli vaxt var idi. Növbə dəyişməyin də zamanı deyildi. Bəs onları kim yadına salmışdı? Narahat baxışlarını qapıya zilləmişdilər ki, kameraya bir nəfər itələdilər. Kamil dayı idi. Onun yaşadığına sevincək ayağa durmaq istəyirdilər ki, ikinci girov qapıdan top kimi atılıb divara dəydi. İnildəyərək döşəməyə düşdü. Üzünə o qədər vurmuşdular ki, sifəti partlamışdı.

 

Elbrus Şahruza baxıb, tərəddüdlə soruşdu:

 

– Ayə yox, ola bilməz… O burada nə gəzir? Ona indi yəqin Petrosyanın yanında bir iş-zad veriblər…

 

Kamil kişi divarın dibinə çökərək zorla gülümsədi:

 

– Yox ay bala. Vəzifə verəsi olmadılar. Araşdırıb gördülər erməni qarışığı yoxdu, yalan danışır, itin kökünə saldılar.

 

Telman bir neçə dəfə qalxmağa cəhd etsə də, yıxıldı. İməkləyərək Elbrusla Şahruzun qarşısına gəldi.

 

– Gör necə murdarsan ki, bunlar sənin paltarlarını da almayıblar e…

 

– Biz isə neçə gündür kamerada donuruq…

 

Telman baxışlarını döşəmədən qaldırmadan, paltarlarını soyunurdu…

 

***

 

Bir həftə sonra nəzarətçi kameraya girib soruşdu:

 

– Ey, türk, hardansan?

 

– Xocalıdan!

 

–  Bəs sən?

 

Kamil kişi dilləndi:

 

– Xocalıdan…

 

– Sən də?

 

– Mən Qaradağlıdanam…

 

– Ey, nəsli kökü məlum olmayan murdar, sən hardansan?

 

– …

 

– Qələt eləmə ara! Allah bilir sən hardansan! Sən heç türk də deyilsən. Türkün ən pisi belə ölər, amma adına erməni deməz!

 

Nəzarətçi sonra üzünü girovlara tutdu:

 

– Xocalıdan olanlar, qalxın, sizi yerlilərinizlə eyni kameraya salırıq.

 

Onları Şahruzdan ayırıb, qonşu kameraya saldılar. Şahruzu isə Qaradağlıdan olan girovların kamerasına apardılar…

 

Dar, nəm kamerada yeddi kişi susurdu. Bir azdan gecə düşəcəkdi, heç kim bir-birinin üzünü görməyəcəkdi. Dəmir qapı açılanda, girovlar nəfəslərini içlərinə çəkdilər. Axı qapılar onların üzünə yalnız işgəncə üçün açılırdı.

 

Bu dəfə üç girovu içəri atıb qapını örtdülər. O, üzüstə yerə döşənib qaldı. Kamil dayı ilə Elbrus isə çətinliklə də olsa müvazinətlərini saxlaya bilirdilər. Görünür insan həyatında elə bir məqam olur ki, o ayaqları üzərində yox, yalnız şərəfi üzərində duruş gətirə bilir.

 

Burada girovlar o qədər fərqli işgəncələrə məruz qalmışdılar ki, ilk baxışdan heç kim bir-birini tanıya bilmirdi. Elbrus girovların üzünə baxıb, tanış sima axtarırdı ki, onlardan biri:

 

– Sənə qurban olum, oğul… – deyib, gəncin ayaqlarını qucaqladı. Elbrus atasını ancaq səsindən tanıya bildi. Aşağı çöküb, bir-birinə sarıldılar.

 

***

 

– Aprelin 12-nə kimi kamerada yaralılar öldü, yaralı olmayanlar isə ölümcül vəziyyətə düşdü…

 

– Kimlər idi ölən?

 

– Qərbi Azərbaycandan gəlmiş Oruc kişi var idi, oğlu Nəbi öldü… Xocalıya könüllü döyüşməyə gələn 21 hərbçidən biri – Elçin döyüşdə budundan yaralanmışdı. Hardasa 25-26 yaşı var idi. Müalicə olunmadığından yarası qanqren verdi, ölümcül idi. Onu kameradan sürüyüb dəhlizə çıxartdılar. Beş qramlıq şprislə venasına neft vurdular. Sonra sürüyüb kameraya atdılar. Elçin yanımızda, “Ana, mənə su ver” deyə-deyə keçindi… Meyiti üç gün kamerada qaldı. Düz yanımda idi, elə soyuq, elə darısqal kamera idi ki, gecələr kürəyimi Elçinin cəsədinə söykəyib yatırdım…

 

– Atanız necə idi?

 

– Atamla cəmi 5-6 gün bir yerdə qaldıq. Martın 18-də atamı apardılar…

 

– Hara?

 

– Qapını açıb seçdilər, “sən, sən, bir də sən” deyib atam qarışıq bir neçə nəfəri seçib apardılar. Daha demədilər hara aparırlar. Sağollaşdıq… Mən əmimlə qaldım, atam bizimlə görüşüb, çıxdı… Əmimlə elə bildik onları dəyişməyə apardılar…

 

– Dəyişmişdilər?

 

– Əsgəran Milis şöbəsinə aparıbmışlar… Qayıdandan sonra bildim. Martın 27-dək nə işgəncələr veriblər, mən girovluqdan qayıdanda atam iki gün idi xəstəxanadan çıxmışdı.

 

Anası: Rəhmətlik deyirdi əvvəl dedilər dəhrə ilə qollarını kəsək, sonra fikirlərindən daşınıblar, armaturla o qədər qollarına vurmuşdular ki, qolları açılmırdı… Kürəyində siqaret söndürürmüşlər. O qədər döymüşdülər, əvvəl elə bildim bir gözünü çıxardıblar. Neçə ay Mingəçevirdə xəstəxanada yatdı…

 

– Elbrusun yaşadığını o xəbər gətirdi sizə?

 

– Yox, o gələndə artıq bilirdik. Elbrusgilin yanından girovluqdan dəyişdirilən olmuşdu. Hər gün Ağdama gedib xəbər alırdıq. Bizi Arifgillə bir yerdə, gətirib Ağdamın Abdal-Gülablısından bəri buraxdılar. Girovluqdan qaytarılandan sonra istədim özümü öldürəm. Fikirləşdim ki, ərim qaldı, oğlum qaldı, daha niyə yaşayıram? Sonra üç qızım gəlib dayandı gözümün qabağında… Bu uşaqları bir tərəfə çıxartmaq lazımdı dedim… Sonra ataları ölümcül halda da olsa, qayıdıb gələndə sevindik… Addım da ata bilmirdi, qucaqda gətirdilər…

 

– Nə vaxt dünyasını dəyişdi?

 

– İki il əvvəl. Bir səhər yuxudan oyanmadı. Abbasov Ələmdar Məmmədvəli oğlu. Girov düşəndə 46 yaşı var idi. Tək təsəllimiz o oldu ki, öləndə əziyyət çəkmədi. Onsuz da orda o qədər zülm çəkmişdi ki… Kamerada mütəmadi döyülürdük, aclıq bir yandan, susuzluq lap dözülməz idi. Adamın canı döyüldükcə öyrəşir, keyiyir, ağrını hiss etmirsən. Amma susuzluq… Nə qədər adam döyüləndə öldü…

 

– Adlarını xatırlayırsınız?

 

– Qaradağlıdan 35-36 yaşlarında Vətən adlı oğlan var idi, çiynindən yaralanmışdı, döyülməkdən öldü…

 

– Öləndə reaksiyaları necə olurdu? Axı əsir həm də pul idi…

 

– Bir şey deyim, cavanlara çox əzab verirdilər. Bir də araşdırırdılar, kimin imkanlı adamları var idisə, onlara qiymət qoyub, satırdılar. Nə gizlədim, açıqca alver gedirdi…

 

Anası: O vaxt rəhmətlik qardaşım Elbrusu onlardan almaq üçün üç maşının pulunu verdi…

 

– Bəs əminiz necə oldu, nə qədər qaldı orada?

 

– Aprelin 12-də əmimi dəyişdilər. O vaxt kamerada demək olar ki, tək-tük adam qalmışdı. Çoxu ölmüşdü… Əmimin 50 yaşı var idi. Abbasov Qədim…

 

– Səadətin atası?

 

– Bəli… Əmim qızı Səadət 19 yaşında şəhid oldu… Musiqiçi Valehin həyat yoldaşı…

 

***

 

– Şalvarını  cıxar! – deyə hərbçi bağırdı.

 

Telman şalvarının aşağı çəkmişdi ki, hərbçinin təpiyi onu üzüstə çevirdi. Tələsik içəri girən hərbçi əlindəki kəlbətinlə gətirdiyi qızdırılmış dəmir xaçı, onun arxasına yapışdırdı. Xüsusi çəkmələri ilə seçilən hərbçi isə ayağını xaçın üstündən basıb, sanki qızarmış dəmir parçasını Telmanın bədəninə pərçimləmək istəyirdi.

 

Girovların gördüklərindən nitqləri qurumuşdu. Onlara qarşı nə qədər amansızlıq olsa da, hələ heç kimə dağ basmamışdılar.

 

Hərbçinin ayağının altında yıxılıb qalan Telman bağırırdı. Elbrusla Kamil dayı isə Telmanın bağırtısını yox, o bağırtının içindən gələn öz fəryadlarını eşidirdilər…

 

Növbəti işgəncə saatının sonunda Telmana elə bir cəza verdilər ki, girovlar öz-özlüklərində yəqin etdilər: “İnsanı bundan da artıq alçaltmaq olmaz. Yəqin daha yaşamaz, intihar edər”.

 

Telmanın səsi çıxmırdı. Xeyli keçdi və kimsə də onun üzünə atılmış cırıq maykasını qaldırıb, halını soruşmadı. Bir neçə saatdan sonra hamı onun öldüyünü zənn etdi.

 

Gecə Elbrus qapını döyüb, gözətçiyə bir nəfərin öldüyünü, meyiti çıxarmalarını deyəndə qapının arxasından yuxulu səs gəldi:

 

– Ara, kəs səsini, qoy yataq! Böyük iş olub, türk ölüb!

 

Bir sutka belə keçdi. Yemək vaxtı çatanda, nəfəslikdən soruşdular:

 

– Neçə nəfərsiniz?

 

Hər işgəncədən sonra ölən olduğu üçün çörək paylanmazdan öncə mütləq sayı öyrənirdilər. Dünən bu vaxt kamerada on nəfər idilər. İndi Elbrus Telman öldüyü üçün, onu saymadı:

 

– Doqquz nəfər!

 

Bu vaxt Telman üzünə atılan maykasını qaldırıb dilləndi:

 

– Ayə, Elbrus, çörək verirlərsə, məni də denən…

 

Hamı səksəndi. Telman düz bir sutka idi ki, ölmüşdü axı. Yəni satqınlara o biri dünyada da yer yoxdur?

 

Elbrus yenidən, – On nəfərik – dedi

 

Nəfəslikdən içəri on dilim çörək uzatdılar. Elbrus hərəyə bir dilim çörək verib, onuncu tikəni isə iki yerə bölüb, özü ilə Kamil kişinin qabağına qoydu…

 

Bu hadisədən üç gün sonra Telmanı kameradan götürüb, apardılar. Hara aparıldığını kimsə bilmədi. Heç sonunun necə olduğunu da… Bu, Telmanla xocalıların son görüşü idi…

 

***

 

– Girovluqda ikən Beynəlxalq Qırmızı Xaç nümayəndələri ilə görüşdünüz?

 

– Həbsxanada saxlanılanda arada gəlirdilər.

 

– Hansı ara ilə gəlirdilər?

 

– Elə olurdu on gündən, elə də olurdu iyirmi gündən bir. Evə məktub da yazdırmışdılar.

 

– Kimə yazdınız?

 

– Abbas əmimə. Yazdım ki, yaxşıyam, nigaran qalmayın. İmkan olsa məni dəyişin…

 

– Sizin nə halda olduğunuzu gördülər?

 

– Qəfil gəlmirdilər. Ermənilər əvvəlcədən onların gələcəyi vaxtı bilir və bizə qalın adyallar paylayırdılar. Tapşırırdılar ki, deyin gündə üç dəfə yemək yeyirik, özü də yaxşı yemək yeyirik. Su, çay hər şey yerli-yerində… O yan-bu yan danışsanız, onlar gedən kimi başınızı kəsəcəyik.

 

– Başqa gələn olurdu?

 

– Bir dəfə də Amerikadan gəlmişdilər. Təşkilatın adını bilmirəm, bir qadınla bir kişi idi. Bir də Azərbaycanca bilən erməni tərcüməçi. Mənə iki qutu “Marlboro” siqareti verdilər. Həbsxana rəisi dərhal əlimdən aldı.

 

– Elə onların yanında?

 

– Hə, dedi ki, türmədə filtrli siqaret olmaz. Qadın da bir qutunu açıb tökdü yerə, başladı filtrlərini qoparmağa. O biri qutunu isə qoymadılar, dedilər yaxşı, qoy qalsın. Onlar gedən kimi gəlib həmin o qutunu əlimdən aldılar. Mən də üzümə dirənib vermirdim. Əvəzində heç olmasa tütün verin dedim…

 

– Verdilər?

 

– Bir az verib, siqareti əlimdən aldılar. Bir parça da qəzet gətirib atdılar üstümə…

 

– Vermirəm deyəndə döyüb əlinizdən almağa cəhd etmədilər?

 

– Əlbəttə, etdilər. Sadəcə, zaman keçdikcə o qədər döyülürsən ki, üzün bərkiyir. Deyirsən cəhənnəmə döysün. Onsuz da döyür də, əlimdən buraxmayacam. Bizə işgəncə verməkləri üçün onlara hər hansı bir səbəb lazım deyildi ki…

 

– Amerikalılar elə siqaret verib getdilər?

 

– Bir də iki qutu vitamin verdilər. Dedilər beş saatdan bir, bir həb atarsan. Yaşıl rəngdə böyük həblər idi.

 

– Müayinə edib verdilər?

 

– Yox, elə belə. Bədən zəif olduğu üçün. Üzümə baxanda görürdülər ki, gözlərim düşüb çuxura. Üzülüb gedirdim, saç-baş da elə çoxalmışdı ki, o vəziyyətdə normal adamın qarşısına çıxsan, dəli olar… Vitamini də atmaq üçün beş saat gözləmədim, dalbadal beşini atdım ağzıma. Çox şirin idi. İki günə bitirdim. Qida əvəzi istifadə etdim…

 

***

 

Kameranın qapısı açıldı:

 

– Abbasov Elbrus!

 

Elbrus qalxdı. Dəyişilməyə aparılırdı. Hər halda, ona elə gəlirdi. Aparılanların dəyişilməyə aparıldığını düşünürdülər… Amma bilmirdi nə hiss edir. Sevinirmi, sevinməyə dəyərmi…

 

İlk addımında yıxıldı. Günlərdi kamerada tək qalmışdı. Hər gün döyülür, gündə bir dilim çörək yeyirdi. Ayaqları tamam tutulmuşdu. Onun qollarından yapışıb sürüdülər. “Niva” maşınına atdılar. Yanında əyləşən erməni yol boyu dayanmadan eyni sözü deyirdi:

 

– Sizinkilərlə əlaqəyə çıxacağıq. Deyəcəksən ki, səni Qəriblə dəyişməyə razıyıq. Yadında saxla, mənim qardaşım, Qarabağ Daşnaksütun partiyasının lideri Qərib  Şahbazyan sizinkilərdədir. Onu sağ-salamat bizə qaytarsınlar, əvəzində səni verəcəyik! Qardaşıma bir şey olsa, sənin başını əllərimlə kəsib göndərəcəyəm onlara…

 

“Niva” bir dağın ətəyində dayandı. Elbrusu, maşından düşürtdülər. Günlərdir kameradan çıxmayan gənc Qarabağın yaz havasını doyunca ciyərlərinə çəkmək üçün dərindən nəfəs aldı…

 

Qəribin qardaşı başqa bir erməni ilə onu qucağına alıb, dağın başındakı qalaya çıxartdı. Buradan əlaqə yaradıb, Elbrusu dayısı ilə danışdırtdılar. Gənc ona deyilən sözləri təkrarlayırdı:

 

– Dayı, mən yaxşıyam. Nigaran qalmayın. İmkan varsa məni Qəriblə dəyişin. Qərib Şahbazyanla…

 

– Ə Qərib kimdi, onun bütün nəslini…

 

– Ara, ağzının danışığını bil! Qardaşıma bir şey olsa, Elbrusun başını göndərəcəm sənə!

 

Dəstəyi asdı. Onlar yenidən Elbrusu qucaqlarına alıb, maşına tərəf endilər. Havadan bihuş olan, ağrılarını unudan Elbrus soruşdu:

 

– Hansı aydır?

 

– Aprelin 19-dur. Nədir? Gedən yerin var ayın tarixini soruşursan?

 

Onu “Niva”nın arxa oturacağına atıb, özləri yenidən qalaya qayıtdılar. Sürücü Verdi adlı erməni azərbaycanca təmiz danışırdı. Elbrusa yaxınlaşıb, soruşdu:

 

– Ey, türk, hardansan?

 

– Xocalıdan…

 

– Əslin-kökün də?

 

– Yox, Atam-anam Kəlbəcərdən gəlib…

 

– Sənə Kəlbəcərdən adam desəm, tanıyarsan?

 

– Kəlbəcər balaca kənd deyil ki, mən orada hamını tanıyım…

 

Verdi ondan aralanıb, kənarda dayanan maşına tərəf getdi. Bir az keçmiş maşından iki qadın endi. Onlardan biri, təxminən otuz beş yaşlarında olanı sürücü ilə birlikdə “Niva”ya yaxınlaşdı…

 

(Davamı olacaq)

 

Mənbə : Lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles