xeber –
“Qarabağ”ın maraq dairəsində olan bolqarıstanlı futbolçu Marian Oqnyanov zədələnib.
ANS PRESS-in məlumatına görə, “Botev”in yarımmüdafiəçisi “Lokomotiv”lə görüş öncəsi zədə alıb.
26 yaşlı oyunçu “Beroe” ilə 1:1 hesabı ilə başa çatan oyunda komandasının yeganə qoluna imza atıb. Lakin bu matçdan sonra onun aldığı kiçik zədə “Lokomotiv”lə məşqi buraxmasına səbəb olub.
Qeyd edək ki, “Qarabağ”ın nümayəndələri uzun müddətdir ki, zədəli olan Çumbinyonun yerinə futbolçu axtarırlar. Klub rəsmiləri (böyük ehtimalla Musa Qurbanov) aprelin 10-da MOİK – “Botev” matçını izləyib. Həmin görüşdə Marian Oqnyanov 57 dəqiqə meydanda olub.
Mənbə : Anspress.com
Şərh yaz.