Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“Men sehidlik arzusu ile yasamisam”

“Mən şəhidlik arzusu ilə yaşamışam”

28/02/2017

22:22

[r32]
2017-02-28T22:01 xeber –
Siz onu daha çox məşhur “Hicran” tamaşasındakı Balaəmi rolundan tanıyırsınız. Elə mən də ordan tanımışam. Amma, o, Azərbaycan teatr səhnəsinin, xüsusi ilə Musiqili Teatr səhnəsinin müxtəlif parlaq obrazlarının ifaçısıdır. “Bankir adaxlı”da dilənçilər padşahı, “Hərənin öz ulduzu”nda Kələntər, “O olmasın, bu olsun”da Məşədi Qəzənfər və başqa rolları ilə teatr tarixində, o cümlədən milyonlarla tamaşaçı xatirəsində özünəməxsus yer tutan Musiqi Teatrın aktyoru, respublikanın əməkdar artisti, prezident mükafatçısı Novruz Qartal müsahibimdir.
Bakı Bulvarında dəniz limanına doğru addımlayırıq. Novruz müəllimi müsahibə haqqında məlumatlandırır və suallarla tanış edirəm. O da dönə-dönə vurğulayır ki:
— Mən könül qırmağı xoşlamıram, amma müsahibə verməklə aram yoxdur. Sənin təklifini rədd edə bilmədim. 
Mən də Novruz müəllimin bu jestinə görə təşəkkürümü bildirirəm. Daha sonra mənzilə çatır və müsahibəyə başlayırıq.
– Novruz müəllim, xalq sizi kifayət qədər tanıyır. Yarım əsrin sənətkarının bioqrafiyası, əlbəttə, çox böyükdür. Amma bunu həmin sənətkarın öz dilindən eşitmək bir ayrı xoşbəxtlikdir. Bizə öz haqqınızda danışın, zəhmət olmasa.
— 1947-ci ildə mart ayının iyirmisi – bayram axşamında Qərbi Azərbaycanda anadan olmuşam. Amma sənədlərdə doğum tarixi martın biri yazılıb. O vaxt vəzifədə ermənilər idi və onlar bayram günlərinə doğum tarixi yazmırdılar. Görünür, elə o vaxtdan bunlar bizimlə prinsip aparırmış. Azərbaycanlıların bayram günü doğulmağına sevinməsini belə istəmirmişlər. Buna görə də mənim doğum tariximi mart ayının birinə yazıblar. Amma anam həmişə deyirdi ki, “Bala, səni mən doğmuşam. Mən bilmirəm sən haçan doğulmusan? Bayram axşamı idi və sən dünyaya gəldin”. 1964-cü ildə Bakıya köçdük. Bura köçəndə Qara Şəhərdə fəhlə işləyirdim. Yaxşı yumor bacarığım var idi. Müdirimiz də bunu duymuşdu və təkid edirdi ki, sənədlərimi verim teatr institutuna. Elə öz canımda da vardı. Kino izləməyə gedir, dərnəklərə yazılırdım. 1966-cı ildə sənədlərimi Mirzağa Əliyev adına Teatr İnstitutuna verdim. Həmin il də qəbul olundum. 
©
Sputnik / Orxan BahadırsoyMusiqi Teatrın aktyoru, respublikanın əməkdar artisti, prezident mükafatçısı Novruz Qartal
– Sizdən kimlər imtahan götürmüşdü?
— Ədil İsgəndərov idi, Rza Təhmasib, Müxlis Cənizadə və Fatma Qədri. O vaxt dahi sənətkarlar imtahan götürürdü.  Belə ki, qəbul olundum. İnstituta təzə başlayanda görürdüm ki, orda oxuyanları tanıyıram.  Hamısı müxtəlif dərnəklərə gedirdi. Lütfü Məmmədbəyovun, Ağadadaş Qurbanovun və başqalarının dərnəkləri vardı. Ədil İsgəndərov da deyirdi ki, bunların heç biri aktyor olmayacaq. Amma mənə deyirdi ki, “səndən yaxşı aktyor olacaq”. Mən də təəccüblə soruşurdum ki, “bunlar artıq təcrübəli aktyorlardır, axı niyə aktyor olmayacaqlar?” Deyirdi, “sən sıfırdan başlamısan ona görə”. Doğrudan, elə də oldu. Mənlə oxuyanların heç biri bu gün sənətdə yoxdur. Bir Rafael Dadaşovdur, bir də Əlvida Cəfərov. Vəssalam. Bir də tarçalan Baba Salahovun qızı var idi, Firəngiz. Həsən Əblucla evləndi və sənətdən getdi. Həsən Əbluc Müxlis Cənizadənin assistenti idi və arada bizə dərs deyirdi. Firəngizlə orda tanış oldular. 
– Teatra gəlişiniz necə oldu?
— 1967-ci ildə. Gözətçi kimi başladım teatrda işləməyə. Onda Şəmsi Bədəlbəyli teatrın direktoru idi. Süleyman Ələsgərov baş dirijor, Əliheydər Ələkbərov baş rejissor idi. Lütfəli Abdullayev, Nəsibə Zeynəlova, Bəşir Səfəroğlu və daha neçə-neçə nəhənglər çalışırdı teatrda. Mən də sevinirdim ki, gözətçi də olsam onları görəcəyəm. Bir dəfə qapıda oturmuşam, mənə də tapşırıblar ki, içəri heç kəsi buraxmayım. Onda da Tağıyev binasında yerləşirdi teatr. Bir də gördüm ki, bir nəfər yaraşıqlı kişi girdi içəri. Mən bunun qabağını kəsdim. Dedim ki, olmaz. Rusca dedi ki, Şəmsi Bədəlbəyli lazımdır. Mən də yığdım Şəmsi Bədəlbəylinin otağını və dedim ki, “Şəmsi müəllim, sizi istəyən var”. Soruşdu “kimdir”, dedim “bilmirəm, amma yaraşıqlı, saçı parıldayan, hündürboy biridir”. Birdən kişi qayıtdı ki, “de ki, Rauf Hacıyevdir”. Nə? Rauf Hacıyev? Mədəniyyət Naziri? Şəmsi Bədəlbəyli gəlib qarşıladı, içəri keçdilər. Ay Allah, məni qovacaqlar teatrdan. Mən nə oyun çıxardım? Elə fikirli-fikirli oturub gözlədim. Bir müddət sonra Şəmsi Bədəlbəyli və Rauf Hacıyev geri döndülər. Rauf Hacıyev tərs-tərs baxıb, soruşdu ki, “harda oxuyursan?”, dedim “teatr institutunda oxuyuram”. Şəmsi müəllimə dedi ki, “Берегите парня”. Dedi və getdi. Mən də rusca bilmirəm. Həyəcanda qaldım ki, “biriqi” nə deməkdir, görəsən? Yəqin, dedi bunu çıxar burdan. Biraz sonra Mobil Əhmədov gəldi. Dedim “Mobil müəllim, biriqi nədir?”, soruşdu ki, “nə olub”, dedim “Rauf müəllim mən haqda Şəmsi müəllimə dedi ki, “biriqiti paren”, bimirəm nə deməkdir”, Mobil Əhmədov da gülə-gülə dedi ki, “deyib, bunu qov getsin teatrdan”. Sonra Nəsibə xanım Zeynalova gəldi və gördü ki, qanım qaradır. Soruşdu ki, “nə olub”, mən də əhvalatı danışdım. Dedi “Rauf müəllim Şəmsi müəllimə deyib ki, bu oğlanı qoru”. Ertəsi gün Şəmsi müəllim mənim maaşımı on beş manat artırdı. Sonra da məni rejissor assistenti kimi işə götürdü. Başladım kiçik rollar oynamağa. “Toy kimindir” tamaşasında Qoşun rolunu oynadım Cahangir Novruzovla – Nəsibə xanımın oğlu ilə. Məndən əvvəl Lütfəli Abdullayev oynamışdı o rolu. Lütfəli Abdullayev əlini başıma çəkib dedi ki, uğur olsun. O, mənə xeyir-dua verdi. O vaxt biz proqramlar hazırlayırdıq. İki dəstə var idi. Biri Nəsibə Zeynəlovanın, biri Lütfəli Abdullayevin. Lütfəli Abdullayevin dəstəsində var idi Səyavuş Aslan, Şəfiqə Qasımova və başqaları. Nəsibə xanımın dəstəsində var idi Hacıbaba Bağırov, Lütfiyyə Səfərova və başqaları. Mən hər ikisində oynayırdım. Belə… Bilirsən, Orxan, bu sənətdə məni çox incidiblər, çox əziblər. Nə qədər ediblər, amma qol-qanadımı sındıra bilməyiblər. Dözmüşəm. Ona görə  bugün də səhnədəyəm. Düzdür? 
©
Sputnik / Orxan Bahadırsoy”Biz hələ dilənçi gününə düşməmişik, amma düşə bilərik”
– Novruz müəllim, necə oldu ki, Novruz Əliyev oldu Novruz Qartal?
— O vaxt mən konsert proqramı hazırlayırdım – “Gülüş səninləsə yüz il yaşarsan” adlı. Bütün bölgələri gəzdim. Qırmızı afişa vardı. Hər yerə gedirdik. Gürcüstanda olanda gördüm aktyorlar arasında deyirlər ki, bu Novruz lap qartal kimidir. Eyni vaxtda bir neçə işi görürdüm. Sonra yeni proqram hazırlamaq üçün Bakıya gəldik. Teatra gələndə gördüm ki, afişa vurulub və yazılıb ki, Novruz Qartalın iştirakı ilə “Gülüş səninləsə yüz il yaşarsan”. Altdan da bütün aktyorların adı yazılıb. Getdim Elxanın yanına – indi bizdə direktor müavinidir – dedim, “Elxan, bəs mənim adım niyə yoxdur? Novruz Qartal kimdir? İrandan gəlib?” Elxan da Gürcüstan ləhcəsi ilə danışmağa başladı ki, “Ə, qıvlasız, hancari, bilmersənmi? Ayə, sənsən dana” Əsəbiləşdim. Dedim, mənim soyadım Əliyevdir, məni “Hicran” tamaşası ilə tanıyırlar. Siz niyə qarışdırırsız aləmi? Bir həftə teatra gəlmədim. Sonra Hacıbaba Bağırov adam göndərmişdi dalımca. Gəldim, dedim afişanı dəyişin. Dedi, “ölsən də dəyişmərəm, Gürcüstan da demədilər ki, qartalsan? Elə bununla da gedəcəksən.” Beləcə, Novruz Əliyev oldu, Novruz Qartal.  Bunu hansı məqsədlə eləmişdilər, bilmirəm. Xeyriməmi, ziyanımamı? Amma Allaha qurban olum, Azərbaycan xalqı məni Novruz Qartal kimi də sevdi, Novruz Əliyev kimi də. Sonradan Qartalı dəyişmək istədilər. Mən də dəyişmədim. Şükür Allaha, onlar mənə pislik etmək istədilər, Allah yaxşılığa çevirdi. Bu günə qədər də tanınıram, sevilirəm. Teatrın repertuarının əksər tamaşalarında varam. Özün yaxşı bilirsən, Orxan. Çoxunda dublyorum yoxdur. Belə…
– Bəli, bilirəm. Novruz müəllim, həmin truppada kimlər vardı? Sizin qırmızı afişanızda…
— Var idi Xanım Qafarova, Lütfiyə Səfərova, Fuad Əhmədov, Rəsmiyə Nurməmmədova və başqaları…
Önümüzə qoyulan çaydan qurtumlayırıq. Deyəsən, bir anlıq sükutla adları çəkilən mərhum sənətkarları yad edirik. Xüsusən də Xanım Qafarovanı…
– Teatrdan kənarda fəaliyyətiniz varmı?
— Qocalar evinə, uşaqlar evinə, hərbi hissələrə gedirəm. Zorakılığa məruz qalmış anaların atılmış uşaqları üçün konsertlərə, fiziki əngəlli uşaqlar evinə və başqa bu kimi yerlərə çox gedirəm. Ən çox da hərbi hissələrə… Mən şəhidlik arzusu ilə yaşamışam, amma Allah məni o zirvəyə ucaltmadı. Qismətimdə yox imiş. (pauza) Narazı deyiləm, Orxan. İyirmi il aktyor truppasına rəhbərlik etmişəm, heç kəsin məndən narazılığı olmayıb. Mən elə adamam ki, nə rüşvət almışam, nə rüşvət vermişəm. Kim nə istəyibsə, gücüm çatıbsa, etmişəm. 2013-cü ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülmüşəm. İki dəfə prezident mükafatı almışam – 2015 və 2016-cı illərdə. Bunlara görə respublikanın prezidentinə, mədəniyyət nazirinə, nazir müavininə və əlbəttə, teatrın rəhbərliyi – direktor Əliqismət Lalayevə minnətdaram. Mənim təqdimatımı o hazırlayıb. Ümumiyyətlə, Əliqismət Lalayevin teatra gəlişi dönüş yaratdı. Teatrın qapısını gənclərin üzünə açdı, repertuarımız genişləndi. 
©
Foto: Rustem Farman IsmayilovRejissor: “Mənim tamaşalarımda tamaşaçı darıxmır”
– Filmoqrafiyanız çox kiçikdir. Niyə filmlərə çəkilmədiniz? 
— Mən teatrı çox sevirəm. Filmlərdən təklif gəlirdi, qəbul etmirdim. Özüm istəmədim çəkilmək. Çatdırmaq da olmazdı. Həm truppa müdiri idim, həm aktyor idim, həm öz konsert proqramım var idi. Ona görə elə teatrda qaldım. Amma bir-iki filmdə varam. Cəmil Quliyev “Şirbalanın sonuncu məhəbbəti”nə, Şahmar Ələkbərov “Qəzəlxan”a çəkdi məni. 
– Sovet dönəmi aktyorlarının çoxunun tərcümeyi-halı yoxdur. Teatr arxivində də buna rast gəlmək olmur. Sizin də müstəqillik dönəminə qədər göstərdiyiniz fəaliyyət haqqında məlumat demək olar ki, yoxdur. Bunun səbəbi nədir?
— O vaxt teatrda heyətin çoxu ermənilərdən ibarət idi. Teatrdakı Azərbaycan aktyorlarının tərcümeyi-halı yazılmırdı. Amma rus bölməsindəki erməni aktyorlarının tərcümeyi-halı geniş yazılırdı. Çünki kitabxanada oturan erməni idi, quruluş hissə müdiri erməni idi, kassir erməni idi, qarderobda işləyənlər erməni, dülgər erməni, mühasibat erməni, dirijor erməni, konsertmeyster erməni və s. Ən gözəl yerlərdə bunlar işləyirdi. Bizim çörəyimizi yedilər, suyumuzu içdilər, bizə təpik atdılar. İndi ağ gündədirlər? Yox! Peşman olublar. 
– Novruz müəllim, bu gün böyük vəsaitlərlə filmlər çəkilir. Dəvət alırsınızmı?
— Alıram. Amma getmirəm. Seriallardan “Qız atası”nda bir seriya çəkilmişəm. Bir də Kənan MM çağırdı, bir qəddar rola çəkdi məni. Heç ssenari vermədilər. Qız söz dedi, mən də təkrarladım. Dedim, elə belə film çəkilir ki, sevilmir və baxılmır da. Sonra fikirləşdim ki, yəqin mənim yerimə başqasını çəkərlər. Amma çəkildi və yayımlandı. Vəssalam. 
©
Foto: Orkhan BahadirsoyHeydər Əliyevin adına yaraşmayan bina
– Münasibətiniz necədir bu filmlərə, seriallara? Bəyinirsinizmi?
— Yox, Orxan, bəyənmirəm. “Məryəm”i və “Vicdan haqqı”nı izləyirəm. Bilirsən, türk seriallarını niyə sevirlər? Çünki vəziyyətdən vəziyyət doğur. Bizdə isə bir hadisəni yarım saat uzadırlar. Həyəcan yox, konfilikt yox, maraq yox. Bunu xalq necə sevsin? “Kölgə” çəkiblər. Əvvəl yaxşı başladı. Sonra gördüm ki, vəziyyət yoxdur, hadisə yoxdur. Məni də o seriala dəvət etmişdilər, getmədim. Dedim, mənlik deyil. Filmlər də ki, danışılası deyil. Düzdür, əziyyət çəkirlər. O qədər tərifləyirlər ki… Məsələn, Vahid Mustafayev film çəkmişdi – “Qanlı Yanvar”. Çox təriflədilər, festivallara göndərdilər. Mən o filmə baxdım və məətəl qaldım. Dedim, bunun nəyini festivala göndəriblər? Haçan bu qırğınlarda Azərbaycan xalqı rus generalını döyüb? Olub bu? Olmayıb axı. Niyə özümüzə yamaq vururuq? Ordan da baxıb deyirlər ki, gör rus generalını türklər nə hala salıb!? Bunun mənasına varırsanmı, ay Vahid Mustafayev? Axırın gəlib hara çıxdı? O boyda kanalı da bağladılar. Bəlkə yalan deyirəm? Bir fərli şey çıxarın ortaya. Niyə öz paxırımızı çıxarırıq ortaya? Olmaz! Niyə kənardan baxıb desinlər ki, bu türklər elə belədilər də. 
– Aydındır, Novruz müəllim. Bəs İncəsənət Universitetində işləmək üçün dəvət almısınızmı?
— Almışam. Şəfiqə Məmmədova dəvət edib. Amma gedə bilmədim. İşlərimin çoxluğundan dolayı… Mən özümü tamam teatra həsr etmişəm. İyirmi il truppa müdiri işləmişəm. Özün bilirsən ki, truppa müdiri olmaq nə deməkdir. Sonra Vidadi Həsənov mənim yerimə təyin olundu və bu mənim ürəyimcə idi. Çünki Vidadi Həsənov qədər teatrı bilən ikinci adam yoxdur. O, çox əziyyət çəkib. Sənətkarlarımız haqqında məlumat yox idi arxivdə. Özün də bilirsən. Onları Vidadi Həsənov toplayıb. Hər dəfə məni çağırır, şəkil göstərir, soruşur ki, bu hansı tamaşadandır, mən də danışıram və o, yazır.
– Canlı tarixsiniz də…
— Elədir. (gülümsəyir) 
– Başqa teatrlara gedirsiniz?
— Gedirəm. Akademik Milli Dram Teatrına, Rus Dram Teatrına gedirəm. “Xanuma”nı, “Əli və Nino”nu və başqa tamaşaları izləmişəm.
– Novruz müəllim, “Hicran” tamaşasından danışaq. Bu tamaşa Azərbaycanın ən məşhur, ən baxımlı tamaşasıdır. Siz də bu məşhur tamaşada rol almısız. “Hicran”la bağlı hansı maraqlı hadisəni danışa bilərsiniz?
— Ən maraqlı hadisə odur ki, biz o tamaşanı improvizə ilə oynamışıq. Məşq olmadı. Şəmsi Bədəlbəyli acıq eləyib getdi ki, “mən belə tamaşa qurmamışam”. İçi mən qarışıq improvizə ilə oynadıq. 
©
pixabay / czu_czu_PLBu sənətkarlarımız ruhi sarsıntılar keçiriblər
– “Hicran” tamaşasında o məşhur üçlü – Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Səyavuş Aslan — bir-biri ilə danışmırdı, elədir? 
— Hə də. Ona görə maraqlı alındı elə. Hacıbabanın başına bir oyun açırlar danışmaya-danışmaya. Səyavuş deyir ki, hirslənmə. Heç hirslənməli deyil e. Amma deyirlər hirslənmə. Hacıbaba danışmaq istəyəndə Nəsibə Zeynəlova deyir, Şəmi qardaş, hirslənmə. Hacıbabanı da gülmək tutur. (biz də gülürük) O dəqiqə də bilinir. Tamaşa belə getdi. Bəlkə də bu təbiiliyinə görə ürəklərə yol tapdı. 
– Təşəkkür edirəm, Novruz müəllim. Müsahibə təklifimi qəbul etdiyiniz üçün həm Sputnik İnformasiya Agentliyi adından, həm də öz adımdan sizə minnətdaram. 
— Mən də minnətdaram, Orxan. Sağ olun ki, sənət adamlarına dəyər verirsiniz!
mənbə :
Sputnik




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website