Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

APA TV teqdim edir: Ramiyan qızılbaşları

APA TV teqdim edir: Ramiyan qızılbaşları

25/04/2015

17:36


25.04.2015 / 17:32 xeber –

Gülüstan. İranın digər bölgələrindən fərqli bir vilayət. Ramiyan. Gülüstan vilayətinin başqa şəhərlərindən fərqli bir şəhər. Fərq şəhərin etnik strukturundadır, Ramiyanda yaşayanlar Azərbaycan türkləridir. Şəhər əhli özünü "Qızılbaşlar", "Qızılbaş türkləri", "Şahsevənlər" adlandırır. Hamısı türk tayfalarıdır, Şah İsmayılın dövründəki qızılbaş tayfalarının bəziləri Şah Abbasın dövründə özlərini şahsevən adlandırıblar.

 

Ramiyan şəhəri 17-ci əsrin əvvəllərində, I Şah Abbasın dövründə salınıb. Tarixçi Abdulhəmid Cəfəriyanın sözlərinə görə, qızılbaş tayfaları bu əraziyə 16-cı əsrin sonu, 17-ci əsrin əvvəllərində I Şah Abbas tərəfindən Azərbaycanın Qarabağ, Lənkəran, Şirvan, Naxçıvan, Urmiya və digər bölgələrindən köçürülüblər. Tayfaların köçürülməsinin bir neçə səbəbi olub. Gülüstan vilayəti Səfəvi dövlətinin şimal-şərq sərhədlərində yerləşirdi və mütəmadi hücumlara məruz qalan yer idi. I Şah Abbasın qızılbaş tayfalarını bu əraziyə köçürməkdə məqsədi həm bu torpaqları  yadelli hücumlardan qorumaq, həm də yerlərdə baş qaldıra biləcək hər hansı ixtişaşın qarşısını vaxtında almaq olub. Digər tərəfdən bu ərazilərə köçürülən qızılbaşlar idarəçiliyi də öz əllərinə alıblar.

 

Tarixçinin məlumatına görə, Ağa Məhəmməd şah Qacarın ana nənəsi və Fətəli xanın atası Hüseynqulu xan buradakı tayfaların nümayəndəsidir.

 

Ramiyan şəhərinin əhalisi 15 mindən çoxdur. Şəhərdə 4 min ev var. Evlərin bəzilərinin yaşı 100-ü keçir. Gördüyünüz ev də 100-ü haqlayanlardandır. Biz bu evin, daha doğrusu evin sahibi Qəşəməli Yazərlünün qonağıyıq. Qonşular, şəhər rəhbərliyi, ağsaqqallar, tarixçilər yığılıb bu evə.

 

Ev sahibi Qəşəməli Yazərlü adının tarixi anlam daşıdığını deyir: “Həzrəti Əli Xeybər qalasını fəth edəndə üç min müştəarını Qəşəm Şəm qoymuşdu. Mənim adımı da ona görə, Qəşəməli qoyublar. Dədəmin adı Həzrətqulu, familim Yazərlüdür. Yəni, yazar. İmamqulu xan Yazar Fərmandeyi Ləşkəri İran imiş (İran ordusunun komandanı). Biz o Yazərlülərdənik”.

 

Burada yaşayan türklərin əksəriyyətinin soyad sonluğu “lü” ilə bitir. Sadiqlü, Yazərlü kimi. Bay tayfası da var. Onların soyadı elə Baydır. Bu tayfa da zamanında Azərbaycan ərazilərindən köçürülüb bu torpaqlara. Şair Məhəmməd Bay "Şuravi Azərbaycan"dan gəldiklərini tez-tez xatırladır. Deyir ki, savadsızam, ona görə başqa heç nə danışmayacağam. Öz şeirini deyir vətənindən gələn mehmanlarına.

 

Şəhərin bütün əhalisi türk olsa da, gənclər arasında fars dili geniş istifadə olunur. Yaşlı nəsil türkcə danışır, ancaq gənclərin unutqanlığından, türk dilindən uzaqlaşmağından şikayətçidir.

 

Qəşəməli Yazərlü də belə düşünür: “İndi dil qarışıb. Əvvəllər hamısı türk idi, farsı də bilmirdi. Zaman dəyişib. İndi həm türkdür, həm fars. Fars dilini bilməyi tələb edirlər. Hara getsən, deyirlər ki, fars dilini bilməlisən. Bizim özümüzün dilimiz tədricən dəyişib. Artıq bacarmırıq.

 

Xalq o qədər dövlətə şəbidir (sadiqdir) ki, dədə-nənəsinə elə şəbi deyil. Bunlar istəyir, biz də məcburuq. Bizi ərəb qayıracaqdılar, olmuruq”.

 

Adət-ənənələrin getdikcə unudulduğunu deyən ev sahibi keçmişdə toy mərasimlərinin daha maraqlı keçirildiyini deyir: “Toylar əvvəlki kimi deyil. Əvvəl toy olanda xalq gələrdi. Tümmətçi (dümbəkçi) tümmət çalırdı, dol (davul, təbil) vururdu. Onda arvadlar da toyda oynayırdı. Qonaqlar da tamaşa edirdilər. Çox xoş olurdu. Gəlini də ata mindirirdilər. Gətirirdilər damadın evinə. Onda toyların bir qram xərci yox idi. Nə damada, nə gəlinə. İndi dəyişib. Adətləri bəyənmirlər. Deyirlər gedək Talara (şadlıq evinə). Nə olsun, nə olmasın, bəlli deyil ki. Zaman çox fərq edib”.

 

Qızılbaş geyimləri qaşqay türklərinin geyimi kimi əlvanlığı, rəngliliyi ilə çox seçilir. Bu cəhətinə görə qızılbaşlar qaşqaylara bənzəyir. Hazırda Ramiyanda bu cür geyinən olmasa da, bayramlarda, el şənliklərində al-əlvan geyinirlər.

 

Qəşəməli Yazərlü xanımının əynindəki libasın Küləcəbahara adlandığını deyir: “Bu geyimə Küləcəbahara deyilir. Bu qədim köynəkdir, bu da tumandır. Tuman bir balaqlı olurdu, bir də 40 balaqlı. 40 balaqlıda parçalar çox olurdu, bədən görünmürdü. Qədimdə şalvar yox idi. Bunlar qadının həm şalvarı idi, həm köynəyi. Başına da şal bağlayardı, ağzında da yeşməyi (yaşmağı) olardı. Gəlin söz etməzdi, haqqı yox idi danışmağa. O vaxt qarşılıqlı ehtiram var idi, indi adət dəyişib. Cavan qızlar bu kültələrdən (axçalıq) geyinərdi”.

 

– Qızınız özü bu barədə danışa bilərmi?

 

Qəşəməli Yazərlü başını bulayır: “Bunların dili dönüb farsi olub”.

 

Ev sahibi geyim formalarının qızılbaş tayfalarının məişətinin mühüm bir hissəsi olduğunu deyir: “Onda qurd (barama) bəsləyirdilər. İpəkdən bu libasları özləri düzəldirdi. Heç kəs libas satın almazdı. İndi bazardan alıb gətirirlər. Kimin yeri var, arpadan-buğdadan əkir, kimin ki, yoxdur, heç bir şey. Onlar biçarə, sərgərdandırlar. Bilmirlər neyləsinlər. Hamı daneşgah gedir. Daneşgahlar çoxdur. Təhsil alandan sonra gəlib bekar gəzir. Əlindən iş də gəlmir. Neyləsin? Biz özümüzü saxlaya bilmirik, gərək bunları da saxlayaq.

 

Bir az keçir, aşıq gəlir. Daha doğrusu bəxşi. Burada sazını özü düzəldən, özü şeir yazan və bu şeiri oxuyan aşıqlara bəxşi deyirlər. Ən qədimlərdə aşıqlara bəxşi deyərdilər. Orta Asiyada indi də aşıqları belə adlandırırlar. Məhəmməd Nəimi də bəxşidir. 7 yaşlı sazını da özü düzəldib. Oxuduqları da öz ürəyinin nəğmələridir.

 

“Qədim zamandan, əzəl gündən toylarda bu damdıradan çox istifadə olunardı. Ancaq 20 ilə yaxındır ki, yaşlı ustadlar dünyasını dəyişdi, ancaq aşıq məclislərində, deyişmələrdə damdıradan istifadə olunur. Toylarda gecə keçəndən sonra saz çalınar, dastanlar oxunar. "Güli-Bülbül", "Tahir və Zöhrə", "Kərəm Əslixan", "Aşıq Qərib və Şahsənəm"… "Divani Məhdumqulu Fəraqi" Ramiyanda çox istifadə olunar. Türkmən bəxşisi Məhdumqulunun şerləri…”

 

Aşıq Məhəmmədin çıxışları radioda lentə yazılıb, televiziyada göstərilib, amma CD diski, kaseti yoxdur. Mahnılarını el mərasimlərində oxuyar, xalqın keçmişini gələcəyə öz nisgilli musiqilərində daşıyar.

 

Aşıq Məhəmməd ustadını xatırlayır, özünün də ustad dərsi verdiyini deyir.

 

“Hacı Əli Sadıqlü mənim ustadımdır. Mənim də tələbələrim var. Həm uşaqlar, həm də özümdən böyüklər”.

 

Qızılbaşlar öz sazlarına Damdıra deyirlər. Təmiz türk alətidir, Ukrayna kazakları bu aləti domra adlandırır, bizdə isə tənbur deyirlər. Damdıra Səfəvi hərbi orkestrində təbilxananın əsas alətlərindən olub. İndi də qızılbaş sazının özəlliklərini söz sahibinin dilindən eşidək.

 

“Bu sazın 14 buğumu var. Kasası da kiçikdir, hamardır. Biz burada aşığa bəxşi deyirik. Hər bəxşi damdırasını özü düzəldər, özü şeir oxuyar, özü qoşuq (qoşma) qoşar, o qoşuğu özü oxuyar, öz səsilə. Mən bəxşiyəm”.

 

Aşıq söhbətini bitirən kimi bizi evin ikinci mərtəbəsində salınan süfrəyə dəvət edirlər. Süfrə iki yerdə – evin eyvanında və qonaq otağında salınır. Süfrəni qızılbaş yeməkləri, şirniyyatları, mürəbbələri, evdə hazırlanmış ətirli çörək bəzəyir. Evin sahibi, urmiyalı bələdçimiz, evin xanımları qonaqlara qulluq edir. Yerdən oturub bu təamların dadına baxmağın xüsusi ləzzəti var.

 

Yeməkdən sonra Qəşəməli Yazərlü dua edir. Bu duada bizlər –  bu taydakı Azərbaycan türkləri də unudulmur.

 

“İranın bütün millətlərinə sağlıq versin! Düşmən bizim başımızdan ayrı olsun!” “Azərbaycana bir dua elə”. “Ruzi versin onlara! Hər yerə gedəndə xoşhal olsunlar! Xudavənd sağlıq və salamatlıq versin sizə! Hər kəsə! Xeyli, xeyli məmnun olduq”.

 

Yazərlülər ailəsi bizi paysız da yola salmır. Hədiyyəmiz "Qızılbaş şalı" olur. Əlvan, toxunma, qızılbaş türkünün şalı.

 

Vətənin bir parçasından ayrılırıq. Bu şəhər, bu ailə, bu görüş bizim üçün 10 günlük İran səfəri ərzində ən yadda qalanı, ən unudulmazı olur. Keçmişə bir neçə saatlıq səfər edib qayıdırıq.

 

Azərbaycana salamı var Ramiyanın…

 

Mənbə : Lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles