xeber –
Bu gün səhər saatlarında Ələt-Astara magistralının 203-cü km-də, yolun Lənkəran şəhərindən keçən hissəsində 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Aşağı Nüvədi qəsəbə sakini İlqar Əhmədovun idarə etdiyi “Volkswagen” markalı maşın Ələt istiqamətində hərəkətdə olarkən şəhər sakini Emil Kazımzadənin idarə etdiyi “VAZ-2106” markalı maşın qəfildən Lənkəran Lerik yolundan qarşısına çıxıb.
Nəticədə avtomobillə toqquub. Zərbənin təsirindən “VAZ-2106” aşıb. Maşının sürücüsü ağır xəsarət alıb.
“Volkswagen” markalı maşının sürücüsü və maşında olan sərnişin 46 yaşlı Sərraf Abbasov da qəzadan xəsarətsiz ötüşməyiblər. Hər 3 yaralı Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hazırda “VAZ-2106” markalı avtomobilin sürücüsü 24 yaşlı Emil Kərimzadənin vəziyyətinın ağır olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır, qəzanın baş vermə səbəbləri araşdırma nəticəsində bəlli olacaq.
Mənbə : Anspress.com
Şərh yaz.