Bakı sakini lotereyadan udduğu pulla 1 kq heroin alarken tutuldu


01.05.2015 / 07:56 xeber –

Yasamal polisi narkotik maddələrin satışı ilə məşğul olan rayon sakini saxlayıb. APA-nın məlumatına görə, Yasamal rayon sakini Cəbrayıl Camalov 1 kiloqrama yaxın heroinlə tutulub. Polisə ifadəsində o bildirib ki, bir neçə ildir ki, narkotik maddə istifadəçisidir. Onun sözlərinə görə, heroini "20 Yanvar" metro stansiyasının yaxınlığında əvvəllər tanımadığı şəxsdən alıb. C.Camalovun sözlərinə görə, 1 kiloqrama yaxın heroinə o 500 manat pul verib. Pulu isə, idman yarışları lotereyasından udub.

 

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Mənbə : Lent.az

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir