Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Abdulla Gül: “Teessüf ki, Minsk Qrupunun fealiyyeti uğurlu olmadı”

Abdulla Gül: “Teessüf ki, Minsk Qrupunun fealiyyeti uğurlu olmadı”

02/05/2015

01:08


01.05.2015 / 18:06 xeber –

“Dünya erməni təbliğatına bir az cahilliyindən, bir az da bilərək uyur”

 

Türkiyənin 11-ci prezidenti Abdulla Gülün APA-ya müsahibəsi

 

– III Qlobal Bakı Forumunda iştirak etdiniz. Bu forumun Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması baxımından rolunu necə qiymətləndirirsiniz?

 

– Bakıda keçirilən Qlobal Forumu həqiqətən çox uğurlu hesab edirəm. Bu il forumun üçüncüsü keçirildi. Foruma Avropanın bir çox siyasətçiləri, dövlət adamları, çox sayda insan qatılmışdı. Hamısı da Avropa siyasətinə istiqamət verən insanlar idi. Burada Avropadan kənardan da – Kanadadan, Afrikadan, ərəb dünyasından da siyasətçilər təmsil olunurdu. Səmimi olaraq bildirmək istəyirəm ki, bu forumun çox uğurlu olduğunu gördüm. Əminəm ki, Azərbaycanın tanınmasında, bütün məsələlərinin izlənilməsində bu forumun böyük dəyəri, xidməti, töhfəsi olacaq. Burada aparılan müzakirələr də çox məzmunlu oldu. Çox məmnun qaldım, çox gözəl idi. Bu qədər siyasətçinin, dövlət adamının Bakıda bir oteldə birlikdə olması möhtəşəmdir.

 

– Türkiyə və Azərbaycan münasibətlərinin hazırkı durumunu necə qiymətləndirirsiniz? Bu münasibətləri dərinləşdirmək istiqamətində daha nələr etmək olar?

 

– Münasibətlərimiz hər baxımdan mükəmməldir. Çünki biz bir millətin iki ayrı dövlətiyik. Aramızda böyük həmrəylik var. Bu, bütün sahələrə – siyasət, təhlükəsizlik, ticarət, sənaye, təhsil sahələrinə aiddir. Əlbəttə, hər şey çox gözəl olanda onu daha da inkişaf etdirmək bir az çətin olur, daha çox səy tələb edilir. Artıq bütün yollar açıqdır. Hazırda azərbaycanlı və türk iş adamlarının ortaq layihələr həyata keçirmələri  üçün qapılar açıqdır. Ölkələrdən kənarda da Türkiyə ilə Azərbaycan diplomatları çiyin-çiyinə çalışırlar. Mən münasibətlərimizi mükəmməl görürəm.

 

– Uydurma “erməni soyqırımı” iddiaları ilə mübarizə istiqamətində Azərbaycan Türkiyənin yanında oldu. Lakin dünya ictimaiyyəti bu hadisəni soyqırımı kimi qiymətləndirməkdə davam edir. Sizcə, dünyanın Türkiyəyə qarşı bu qədər əks mövqeyinin səbəbi nədir?

 

– Dünən ADA Universitetində də bu mövzuda çıxış etdim. Dünyada təəssüf ki, ikili standartlar var. Bunu əvvəllər də görürdük. İndi də görürük. Bu ikili standartın nəticəsidir ki, sizin dediyiniz kimi, dünya erməni məsələlərinə, təbliğatlarına bir az cahilliyindən, bir az da bilərək uyur. Ona görə cahilliyindən deyirəm ki, bir çox Avropa, dünya ölkələrinin parlamentləri bu məsələlərlə bağlı qərar verirlər. O qərarları verən millət vəkillərindən soruşsaq ki, nə ilə bağlı qərar aldınız, nə zaman, harada, hansı tarixdə baş verib, hadisələr necə cərəyan edib, heç bir şey deyə bilməzlər. Deməli, siyasi savadsızlıqdan, cəhalətdən verilmiş qərar olur. Bəziləri də bunu bilərək edirlər. Çünki təəssüf ki, türklərə, müsəlmanlara qarşı əsassız mənfi rəy formalaşıb. Öz cinayətləri tarixdə daha böyükdür, çünki tarixdə çox böyük müharibələri, qətliamları özləri törədiblər. Bunları unutdurub, başqa hadisələri önə çıxarmağa çalışırlar. Bəzən öz cinayətlərinə ortaq axtarırlar. Bu mənfi rəy artıq mövcuddur. Bunlara qarşı hamımızın ortaq işləməyimizə ehtiyac var. Buradakı konfransları, diasporların apardığı işi bu istiqamətdə çox faydalı hesab edirəm.

 

– ATƏT-in Minsk Qrupunun 2 həmsədr ölkəsi – Rusiya və Fransa Ermənistanda keçirilən tədbirdə prezident səviyyəsində iştirak edərək bu məsələdə Ermənistana dəstək ifadə ediblər. ABŞ Ermənistanda keçirilən tədbirdə prezident səviyyəsində təmsil olunmasa da, amerikalı həmsədr yazılı dəstəyini bildirib. Eyni mövqe yaxın keçmişdə baş vermiş Xocalıfaciəsi ilə bağlı heç zaman nümayiş etdirilməyib. Sizcə, bu həmsədr ölkələrDağlıq Qarabağ münaqişəsinin həllində nə dərəcədə ədalətli ola bilər?

 

– Minsk Qrupunu bir məhkəmə kimi götürsək, bu hərəkətlə məhkəmənin tərəfsizliyini pozublar. Onların ədalətli rəftar etmələrinə necə etibar edə bilərik? Rusiya, Fransa məhkəmənin hakimləridirlərsə və onlar bir tərəfin mərasimlərinə qatılırlarsa, o zaman onlardan necə dürüst, ədalətli bir qərar gözləyə bilərik. Bu davranışlar çox yanlışdır. Xüsusilə Minsk Qrupu üzvü olaraq bunları etmələri çox səhvdir. Onsuz da Minsk Qrupu daim oyalama ilə məşğuldur. Dünənki çıxışımda da dediyim kimi, Qarabağın işğalından 20 il keçib. Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olmasını, BMT TŞ-nin 5 daimi üzvündən 2-nin bu davranışını, Minsk Qrupu daxilində bir iş görməmələrini təəssüflə izləyirik. Bunlar çox yanlış addımlardır. Bu günə kimi uğurlu olmadılar. Yayındırmaqla məşğuldurlar. Açığı, onlara etibarımız yoxdur. Bunu mən prezident olanda da demişəm. Rəsmi toplantılarda, BMT-dəki bütün çıxışlarımda bu məsələni vurğulamışam. Azərbaycanın 20 faiz torpağının işğal altında olduğunu, bu torpaqların beynəlxalq hüquqa əsasən azad edilməli olduğunu həmişə xatırlatmışam. Təəssüf ki, Minsk Qrupunun fəaliyyəti uğurlu olmadı.

 

– Türkiyə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daim Azərbaycana tam dəstəyini ifadə edir və bununla bağlı Ermənistanla sərhədlərini açmır. Fikrinizcə, bu təkid sona kimi davam edəcəkmi?

 

– Türkiyənin siyasətində bir dəyişiklik yoxdur. Türkiyə həmişə Azərbaycanla bərabər hərəkət edib. Azərbaycanın milli məsələlərini özünün milli məsələləri kimi görüb. Əlbəttə ki, Türkiyənin milli məsələlərinə də  Azərbaycan eyni şəkildə yanaşıb.

 

– ATƏT-in Minsk Qrupunda digər ölkələrin, xüsusilə Türkiyənin həmsədr olması nə dərəcədə mümkün və vacibdir?

 

– Minsk Qrupunun həmsədrliyinə baxdıqda ədalətli bir qrup görmürəm. O qrupun həmsədrləri tərkibində Türkiyə mütləq təmsil olunmalıdır. Çünki Ermənistanın xeyrinə danışanların olduğu yerdə bir az Azərbaycanın xeyrinə danışanlar da olmalıdır. Təəssüf ki, çox ədalətli təmsilçilik yoxdur. Onsuz da indiyə kimi uğurlu addımları olmayıb. İşğal 20 ildən çox davam edə bilərmi? Birləşmiş Millətlər Təşkilatının tanıdığı sərhədlər tapdalanır. Amma bunlara qarşı heç bir addım atılmır.

 

– Ümumiyyətlə, dünyada erməni lobbisinin gücü nə dərəcədədir və onlar beynəlxalq təşkilatların mövqeyinə Türkiyə və Azərbaycan məsələlərində nə qədər təsir edə bilirlər?

 

– Ermənistanın əhalisinin nə qədər az olduğunu bilirsiniz. Bunun yerinə Avropada, Amerikada  çoxsaylı icmaları var. Orada onlar təəssüf ki, bütün düşmənçilikləri canlı saxlayaraq diasporu güclü  tuturlar. Bu, bir siyasətdir. Yəni, sərhədlərdən kənardakı əhalinin həmrəy olması üçün bu mövzuları daim canlı saxlayırlar. Bunun təbii ki, təsirləri olur. Uzun müddət işlədikləri üçün hamısı olmasa da, bir sıra parlamentləri və oradakı çox az sayda millət vəkillərini yönləndirərək bu kimi qərarlar çıxarda bilirlər. Mən bunun uğurlu olacağına inanmıram. Çünki nəticədə 300 üzvü olan parlamentdə 10 millət vəkilinin təklifi ilə bir qərar çıxırsa, bu, o ölkənin mövqeyi demək deyil. Necə ki, bir sıra parlamentlərdə diasporun təsiri ilə əks qərar verilir, hökumət isə dərhal bu fikrə qatılmadığı ilə bağlı açıqlamalar verir.

 

– Türkdilli ölkələrin bugünkü əməkdaşlığı sizcə, nə dərəcədə güclüdür? Bu istiqamətdə Türkiyə və Azərbaycanın üzərinə hansı vəzifə düşür?

 

– Türkdilli ölkələr müstəqilliklərini qazandıqdan sonra biz əməkdaşlığı və həmrəyliyi artırmaq üçün işə başladıq. 2009-cu ildə Naxçıvanda, mənim də prezident olduğum dövrdə keçirilən zirvə toplantısına türk dünyasının prezidentləri qatıldı. Orada birliyimizi Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına çevirdik. Hazırda onun parlamenti, UNESCO-ya oxşar TÜRKSOY kimi təşkilatı var. Digər akademiyaları da mövcuddur. Bütün bunlar türk dünyası arasındakı münasibətləri daha konkret hala gətirir. Təbii ki, iqtisadi, ticari işbirliyi ayrı bir xətlə daha güclü davam edir. Amma bu əməkdaşlıq istədiyimiz şəkildə deyil. Bu ölkələr arasında münasibətlər Türkiyə-Azərbaycan münasibətləri kimi deyil. Lakin bütün türk dünyasının liderləri səmimiyyətlə Türkdilli Ölkələrin Əməkdaşlıq  Şurasına bağlıdırlar. Şuranın adı altında inşallah gələcəkdə mədəni, təhsil sahəsində daha böyük işlər görəcəyik.

 

– Bu gün bəzi radikal dini qruplaşmaların fəaliyyəti İslam dininin missiyalarına kölgə salır. Azərbaycanla Türkiyə İslam Əməkdaşlıq Təşkilatında da təmsil olunur. Bu mənfiliklərin qarşısını necə almaq olar?

 

– Bunlar İslam adı daşıyan siyasi cərəyanlardır. Onların bir çoxu dindar insan deyil, amma siyasi cərəyanlarını güclü saxlamaları üçün dini adlar götürülər. Bunlara qarşı mübarizə aparmaq lazımdır. Hə şeydən əvvəl onlar terrora da qatılırlar. Həm təhlükəsizlik tədbirləri görülməlidir, həm də təhsil sahəsində işlər aparılmalıdır. Çünki təhsil dini ən yaxı öyrətmək baxımından gənclərin bu kimi tələlərə düşməməsi üçün çox önəmlidir. Azərbaycan və Türkiyənin də üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı bu sahədə daha çox uğur əldə etmək üçün ortaq işlər görməlidir. Bu işlər görülür.

 

– Türkiyənin daxili siyasi həyatında bundan sonrakı iştirakınızı hansı şəkildə görürsünüz?    

 

– Türkiyədə prezidentlik də daxil olmaqla, bütün vəzifələrdə çalışmışam. Artıq bu işləri dostlarım həyata keçirir. Mən də təbii ki, onlara kömək edirəm. 

 

 

Mənbə : Lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles