Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Diderginlerden teskil olunan kend

Didərginlərdən təşkil olunan kənd

02/04/2017

10:40

[r32]
2017-04-02T10:27 xeber –
BAKI, 2 apr — Sputnik. Qara Nuru kəndi Saatlının ən iri yaşayış məntəqələrindən biridir. Burada 7 min nəfərdən artıq adam yaşayır. Əhalinin milli tərkibi də maraq doğurur: kənddə azərbaycanlılardan başqa, az sayda Ahıska türkləri, ruslar, ukraynalılar, belaruslar da var.
©
Sputnik / Ayaz Yaşılyarpaq Saatlının Qara Nuru kəndi
Hazırda Bakıda, habelə Rusiya, Ukrayna, Türkiyə, hətta Amerikada yaşayan xeyli sayda insan var ki, onların şəxsiyyət vəsiqələrində doğum yerləri kəndin köhnə adı olan “Krasnoselski” qeyd olunub. ABŞ-ın Konqres Kitabxanasında saxlanılan, məşhur rus fotoqrafı Prokudin-Qorskinin kolleksiyasına (http://www.loc.gov/pictures/search/?q=Mugan&co=prok) daxil olan “Muğan düzü” albomundakı 13 şəkil bu kənddən çəkilib.
©
Sputnik / İlham Mustafa Bu kəndin mal-qarasına vəhşi heyvanlar da yaxın düşə bilmir
İmperiyanın ucqarlarda pambıq yetişdirməyi
Yerli əhali arasında Qara Nurunun kim olduğunu bilən yoxdur. Elə tədqiqatçılar da bu toponim barədə fərziyyələr söyləyirlər. Ehtimal edilir ki, vaxtilə qamışlıq və gölməçələrlə əhatələnən otlaq sahəsi Nuru adlı bir maldarın binəsi olub və burada yalnız onun çoban və malabaxanları yaşayıb, heyvanları saxlanılıb. Başqa bir mənbədə isə obanın Sabirabadın Qalaqayın kəndindən gələn qaranurular nəslinə mənsubluğu qeyd olunub.
Amma bu kəndin böyük bir siyasi prosesin nəticəsində yarandığını və sonradan baş verən ictimai-siyasi hadisələrin onun milli tərkibinə təsir etdiyini əminliklə söyləmək olar. Türkmənçay müqaviləsi (1828) nəticəsində Araz çayının şimal hissəsindəki Azərbaycan torpaqlarını öz ərazisinə qatan Rusiya imperiyası, az müddət sonra burada rus kaloniyaları yaratmağa başlayıb. Bu, bir tərəfdən narazıları ucqarlara köçürməklə mərkəzi hakimiyyətə olan təhlükəni aradan götürmək məqsədi güdürdüsə, digər tərəfdən yeni ələ keçirilən ərazilərdə imperiyanın möhkəmlənməyini və etibarlı dayaqlar əldə etməyini hədəfləyirdi. Saatlıda rayonunda Otradnoye, Tverskov, Severski, Qolovinovka, Vorontsov, Daşkov kimi kəndlər də belə yaranıb.
©
Sputnik / Ayaz Yaşılyarpaq Kənddədi ən köhnə rus evlərindən biri
Kəndin ilk adı — Nikolayevka, rus çarı I Nikolayın şərəfinə adlandırılıb. Bu adın ona 1909-cu ildə verildiyi deyilir. Amma rusdilli əhalinin bura köçürülməsi 19-cu əsrin sonlarına təsadüf edir. Elə Prokudin-Qorskinin fotolarından da görünür ki, 1912-ci ildə Nikolayevka memarlıq üslubunda tikilmiş binaları, suvarılan torpaqları, pambıq sahələri, nar bağları olan oturuşmuş bir kənd olub.
Qeyd edək ki, isti iqlimi olan Mil, Muğan düzlərinə əhalinin köçürülməsi və burada pambıq əkilməsi planlı olub. Belə ki, Rusiyanın toxuculuq müəssisələri o dövrdə xammala olan tələbatını Misir və Hindistandan ödəyirdi. İdxaldan asılılığı azaltmaq üçün pambıq bitkisinin yetişdirilə biləcəyi ərazilərlə bağlı plan cızılmış, rusdilli əhalinin köçürüldüyü yerlərdə bataqlıqların qurudulmasına, yolların, su kanallarının çəkilməsinə başlanılmışdı.
©
Sputnik / Ayaz Yaşılyarpaq Qara Nuru kəndində 4 məscid var
Qara Nuru kəndindən təxminən 40 kilometr uzaqda olan, yerli əhalinin “Moskva” adlandırdığı kanalın şlüzü üzərində 1903-cü il tarixi qeyd olunub. Kəndin yaxınlığında “Gümüş” adlı başqa bir kanal da var. Yerli əhalinin deməsinə görə onu bura köçürülənlər kişili-qadınlı bellə qazıblar və adamlara zəhmət haqqı olaraq gümüş pul ödənilib.
“Ulu babamın qəbri də buradadır”
Qara Nurunun belarus sakini, 1947-ci il təvəllüdlü Kovalçuk Raisa Fyodorovna bildirir ki, bu yerə onun əcdadları Ukraynadan köçürülüb: “Köçürmələr mərhələ ilə olub. İlk olaraq 30 ailə göndərilib. Onların arasında mənim babam, hətta babamın atası da olub. Ata-anam burada doğulub, bütün ömürlərini burada yaşayıb və burada da vəfat ediblər. Qohumlarımın əksəriyyəti sonradan Ukraynaya köçüblər. Bircə Donetskdə yaşayan xalamla əlaqəm var”.
©
Sputnik / Ayaz Yaşılyarpaq Raisa Kovalçuk
Raisa xanım kolxozun üzvü olduğunu, pambıq sahələrini alaq otlarından təmizlədiyini, məhsul topladığını, hətta bir müddət fermada işlədiyini də deyir: “O vaxt bizi evdə oturmağa qoymurdular, işlədirdilər. Amma yaxşı da təmin olunurduq. İndiki kimi nə varlı vardı, nə də acından ölən. Klubumuzda tez-tez kino, konsert verilirdi. Bizdən sonrakı vaxtlarda uşaqlar məktəbə avtobusla gedirdi”.
Raisa xanımın iki oğlu var. Biri onunla qalır, digəri isə öz ailəsi ilə Bakıda yaşayır. İndiki dövrdə paytaxtdan bu ucqar yaşayış məntəqəsinə gəlib-getmək çətin olduğundan qarı nəvələrinin üzünü neçə vaxtdır görmədiyini və onlar üçün darıxdığını bildirir.
Onu bu yerlərə müharibə gətirib
Qara Nurunun ən maraqlı sakinlərindən biri Anatoliy Lapovdur. O, valideynlərinin kimliyini, dəqiq doğum tarixini, hətta hansı millətdən olduğunu bilmir. Bildiyi odur ki, 1941-ci ildə Donbasdakı kimsəsiz uşaqlar evində olarkən müharibə başlayıb və necə olubsa Saatlıya gəlib çıxıb.
©
Sputnik / Ayaz Yaşılyarpaq Anatoliy Lapov
“Deyilənə görə, Sarıcalar stansiyasına bir eşalon uşaq gətirilibmiş. Məni Krasnoselskidə yaşayan bir ailə övladlığa götürüb. Onlar mənə öz soyadlarını veriblər, ad qoyublar. Doğum tarixim baxışla təxmini olaraq 1936-cı il qeyd edilib. Amma az müddətdən sonra lapovlar həbs olunduğundan başqa evə köçürüldüm” — deyir.
Anatoliy uzun müddət kolxozda, tikinti müəssisələrində işlədiyini, dülgərlik etdiyini deyir. 1957-ci ildə ailə qurub. 2 oğlu, 1 qızı var. Oğlanları öz ailələri ilə birgə Ukraynada yaşayır. Tək olmaması üçün qızı əri və uşaqları ilə birgə onun yanında qalır.
Köçürmələr
Kiçik istisna ilə türkdilli xalqların nümayəndələrinin də “qırmızı kənd”də məskunlaşması könüllü seçim olmayıb. Ötən əsrin ortalarınadək burada cəmi 6 müsəlman ailəsinin olduğu deyilir. 1949-cu ildə Ermənistandan deportasiya olunan onlarla azərbaycanlı ailəsi burada yerləşdirilib. 1953-cü ildə Sovet-İran sərhədinin dəqiqləşdirilməsi adı ilə Cəlilabad rayonunun Qaralı kəndindən olan təxminən 50 ailə bura köçürülüb. Stalinin ölümündən sonra sürgündə olan azərbaycanlılar və Ahıska türklərinin bir qrupu Orta Asiya respublikalarından bu kəndə gəlib. 1989-cu ildə baş verən Fərqanə hadisəsi nəticəsində daha 20 Ahıska ailəsi Krasnoselskə pənah gətirib.
©
Sputnik / Ayaz Yaşılyarpaq Xanəhməd Əzimov
“Gələnlər özləri ilə fərqli dil, yaxud dialekt, inanc, adət-ənənə, mədəniyyət gətirdiklərindən kənd olduqca zəngin və maraqlı olub. Böyük siyasətin qurbanı olan sadə insanlar, mehriban birgəyaşayışla acılarını unudub və özlərinə yaxşı şərait yaradıblar” — kənddə uzun illər Azərbaycan dili və ədəbiyyatı fənnini tədris etmiş, hazırda təqaüddə olan Xanəhməd Əzimov Sputnik Azərbaycan-a danışır.
“Koxoz üzvlərinə bal paylayıb, kənd məktəbi alimlər yetişdirib”
Müsahibimizin sözlərinə görə, həyat səviyyəsinə, əhalisinin güzəranına, həm də mədəniyyətinə görə, bu kənd Azərbaycanın əksər yaşayış məntəqələrindən öndə olub: “Kəndin tam orta təhsil verən məktəbi, uşaq bağçası, klubu, dəyirmanı, tibb məntəqəsi, apteki, hamamı, yerli radio qovşağı olub. Rayon partiya komitəsinin 1-ci katibinin kabineti çıraqla işıqlandırıldığı vaxtlarda, bu kəndin mərkəzi küçələrində elektrik lampaları yanırdı”.
“Kənddə Leninin adını daşıyan varlı bir kolxoz yaradılmış, sonrakı vaxtlarda toxumçuluq sovxozuna çevrilmişdi. Pambıqçılara isti yemək verilir, uşaqlı qadınlara istirahət üçün daha yaxşı şərait yaradılırdı. Kolxoz öz üzvlərinə əmək haqqından savayı, taxıl, bostan-tərəvəz məhsulları, hətta bal paylayırdı” — müsahibimiz bildirir.
Xanəhməd müəllim bildirir ki, kənd məktəbində də təhsilin səviyyəsi çox yüksək olub: “Ötən əsrin ortalarından başlayaraq burada eyni vaxtda Azərbaycan və rus bölmələri fəaliyyət göstərib. Orta təhsillərini tamamlamaq üçün ətraf kəndlərdən də bu məktəbdə oxumağa gəlirdilər. Onların qalmağı üçün yataqxana tikilmişdi. Yaxşı təhsilin nəticəsi idi ki, bu məktəbin xeyli sayda məzunu keçmiş SSRİ üzrə ali məktəblərə qəbul edilib, alim kimi yetişənlər olub”.
Şirin kişi Şura hökumətini seçib
Əsrin əvvəlində burada az sayda gözə dəyən azərbaycanlıları rusdillilər “persidskie tatarı” (İran tatarları) adlandırıblar. Onların bu kənddə məskunlaşmağı və “azərbaycanlı” kimi tanınmağı sovet hakimiyəti qurulandan sonrakı dövrə təsadüf edir.
©
Sputnik / Ayaz Yaşılyarpaq Bəhlul Vəliyev
“Bu kəndə gələn ilk müsəlmanlardan biri ana babam Şirin kişi olub. O, Cəlilabadda doğulub böyüyüb, ailə qurandan sonra Arazın o biri tərəfinə keçibmiş. 1924-cü ildə Şirin kişi, onun bir qohumu və daha 4 ailə bura köçüb. O vaxt insanlar seçim etməkdə çətinlik çəkib — vəziyyət nə Arazın o tayında yaxşı olub, nə də bu tərəfdə. Elə bu çaşqınlığa görə sərhəd möhkəmlənəndən sonra Arazboyu ərazilərdə yaşayan yaxın qohumlar bir-birindən ayrı düşüblər” — kəndin yaşlı sakinlərindən olan Bəhlul Vəliyev danışır.
Müsahibimizin sözlərinə görə, kəndə azərbaycanlıların sonrakı gəlişi kolxoz quruculuğu dövründə olub: “Məcburi köçürmələr öz yerində, bura müxtəlif səbəblərdən ölkənin çox yerindən — Qazaxdan, Tovuzdan, Şəmkirdən, Gəncədən gələnlər də var. Kənd o vaxt cəlbedici olub, buradakı vəziyyəti görən geri qayıtmaq istəməyib”.
Bəhlul Vəliyev hazırda yaşadığı evi Qazaxstandan sürgündən qayıdandan sonra burada qısa müddət yaşamış bir azərbaycanlıdan alıb. Sonuncuya isə evi Ukraynaya köçən rusdilli ailə satıbmış: “Bu ev ötən əsrin 30-cu illərində tikilib. Dövrünün ən yaxşı tikililərindən hesab olunur. İndi bundan “əl damı” kimi istifadə edirik. Kənddə yaşı 100-dən çox olan evlər var, əksəriyyəti uçub-dağılmaqdadır”.
©
Sputnik / Ayaz Yaşılyarpaq Kənddən köçən rusların əksəriyyəti evlərini ruslara satıb
Sürgünlükdən “sürgün kəndi”nə
Qara Nurunun bir qrup sakini “qazaxstanlılar” adlanır. Milliyətcə azərbaycanlı olan bu şəxslər 1960-cı ildən başlayaraq hissə-hissə Qazaxstandan bu kəndə gəliblər.
Bəhlul Sadıqov qazax diyarına necə gedib çıxmalarından danışır: “Babam və onun qardaşları tez-tez İrana gedib-gəldiklərindən 1939-cu ildə ailələri ilə Biləsuvarın Ağayrı kəndindən sürgün olunublar. Valideynlərim Qazaxstanın Cambul vilayətində ailə qurublar, mən də orada anadan olmuşam. Orta məktəbi bitirib 1969-cu ildə bu kəndə gəlmişəm. Babamgil isə sürgünlükdən 1961-ci ildə qayıdıb”.
©
Sputnik / Ayaz Yaşılyarpaq Bəhlul Sadıqov
Bəhlul kişi deyir ki, Stalinin ölümündən sonra babası öz kəndlərinə qayıtmaq üçün çox yerə müraciət edib, Azərbaycana rəhbərlik etmiş Vəli Axundovun qəbulunda da olub. Lakin sovet rəhbərliyi onlara, sürgün olunduqları kəndə qayıtmağa icazə verməyib, ondan ən azı 60 kilometr uzaqda olan yaşayış məntəqəsini seçmək təklif olunub. Belə olduqda, sadıqovlar Saatlının Krasnoselski kəndinə gəlməli olublar.
“Uşaqlarım burada anadan olub, böyüyüb, ailə qurublar, dördünün ayrıca evi var. Daha onları nə “biləsuvarlı”, nə də “qazaxstanlı” hesab etmək olar. Sürgünlük həyatı yaşadığımdan pensiyamın üstünə 10 manat əlavə edilir” — deyir Bəhlul kişi.
Ahıska türklərinin Vətən həsrəti hələ də davam edir
Öz vətənlərindən kütləvi olaraq Orta Asiyaya sürgün olunan Ahıska türkləri də eynən “qazaxstanlılar”ın taleyini yaşayıblar — onlara da ata-baba yurdlarına qayıtmağa icazə verilməyib. Belə olduqda 1958-ci ildə türklər kiçik qruplarla Azərbaycana gəlib və məşğulluqlarını təmin etmək üçün daha çox Mil, Muğan düzlərində yerləşiblər.
©
Sputnik / Ayaz Yaşılyarpaq Süleyman Feyzullayev
Qara Nuru kəndində yaşayan Süleyman Feyzullayev deyir ki, 1959-cu ildə bu kəndə onun valideynləri də daxil bir neçə türk ailəsi köçüb: “Bizdən eşidəndə ki, yer yaxşı, camaat mehribandır, orada olan qohum və tanışlarımızın bəziləri gəldilər. Amma əsas axın Fərqanə hadisələrindən sonra oldu”.
Başqa bir Ahıska türkü olan Meydan Eyyubovun ailəsi məhz son hadisə nəticəsində Özbəkistanı tərk edib: “On gün Rastovda qaldıq. Baxdıq ki, bizə uyğun yer deyil, gəldik bura. 2 ay ərzində Vətənə qayıdış məsələsini həll edəcəklərinə söz vermişdilər, üstündən 27 il keçir, hələ bir xəbər yoxdur”.
Meydan kişi deyir ki, Fərqanə hadisələri nəticəsində Azərbaycana pənah gətirən qohumlarından bir neçəsi Xocalıda yerləşibmiş, onlar növbəti faciə yaşayaraq yaralı halda bu kəndə gəliblər. “Başımıza bütün bəlalar vətənsizlikdən gəlib” deyir ağsaqqal.
©
Sputnik / Ayaz Yaşılyarpaq Meydan Eyyubov
Təzə yolda köhnə “Alabaş”lar…
Qara Nurunun axarlı-baxarlı günləri gedib. Daha bu kənddə gül kolları azalıb, çoxillik ağaclar quruyub. Çox yerdə kolxozun köhnə, uçub-dağılmaqda olan tikililəri gözə dəyir. Yerli icra nümayəndəliyi, bələdiyyə, uşaq bağçası da sovetlərdən qalma, nimdaş görkəmli binalarda yerləşir.
Günün günorta çağı kənd daxilindəki ara küçələri başdan-başa gəzirsən, qarşına heç kəs çıxmır. Bəzi həyət qapılarının üzərinə “satılır” sözləri yazılıb. Yalnız kəndin mərkəzindəki çayxanalar səs-küylü olur — orta və yaşlı nəslin nümayəndələri yığışaraq burada nərd, domino oynayırlar. Böyük kəndlə bağlı son xəbərlər də buradan yayılır.
©
Sputnik / Ayaz Yaşılyarpaq Axıska türklərinin təndir və ocaqxanası
Adamlar, Nurunun dövründə olduğu kimi, dolanışıqlarını əsasən mal-qara saxlamaqla təmin edirlər. Bu, həm də xeyir və şər işlərini yola verməyə kömək edir. Pay torpaqlarında özləri və ev quşları üçün taxıl, heyvanları üçün yem bitkiləri əkirlər. Kəndin dəyirmanı dayanmaq bilmir, bir ucdan üyüdür…
Fəaliyyəti dayanmayan bir də kolxozun traktor parkındakı tornaçı sexidir. Köhnə dəzgahlarla müasir kənd təsərrüfatı texnikaları üçün detallar yonulur. Yaxşı ki, yenə bu qalıb, yoxsa camaat çox əziyyət çəkməli olardı.
©
Sputnik / İlham Mustafa Baharın gəlişini ən tez qeyd edən kənd
Son vaxtlar hökumət, Nikolay və Brejnev dövründə olduğu kimi, pambıqçılığa önəm verdiyindən, bəzi sakinlər ötən ildən başlayaraq daha çox pambıq əkməyə girişiblər. Torpağını əkməyənlər onu pambıqçılara icarəyə verirlər. Kasıb ailədən olan yeniyetmə qızlar və gənc qadınlar böyük təsərrüfatlarda 5-6 manata günəmuzdçuluq edirlər.
Yüz ildən artıqdır ardıcıl iş aparılsa da, bu kənddə suvarma suyu ilə təminat hələ də öz həllini tapmayıb. Sakinlər bildirirlər ki, quraqlıq illərində zəhmətləri hədər gedir. Bir neçə yerdə bulaq kompleksi quraşdırılıb. Amma içməli su gündə iki dəfə verilir, üstəlik kəndin yuxarı hissəsinə gedib çıxmır. Borular başına dolandığından ümid var ki, yaxın vaxtlarda kəndə təbii qaz veriləcək.
Bir vaxtlar gecə yarısınadək diskotekaların, küçə rəqslərinin davam etdiyi kənddə, sonradan 4 məscid tikilib. Hazırda gündə üç dəfə “Azan” sədası eşidilir. Bura artıq ağır müsəlman kəndi olub. “Kubantsı”, “Xaxlinskie”, “Paçkay” küçələrini köhnə adamlar xatirlayırlar.
Kəndi rayon mərkəzi ilə birləşdirən yol asfatlanıb. Amma hələ də reysə, üzərinə “Krasnoselski” yazılmış köhnə “Alabaş” avtobuslar buraxılır. Elə sakinlərin də dilindən “Krassel” sözü düşmür. Binəva Nurunun nə o zaman bəxti gətirib, nə də indi. Bəxti olsaydı, “Qara” ləqəbi verilməzdi ki…
mənbə :
Sputnik




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website