Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Mərkəzi seçki komissiyasında “GÖYƏ SOVRULAN” milyonlar! – Şok faktlar

Mərkəzi seçki komissiyasında “GÖYƏ SOVRULAN” milyonlar! – Şok faktlar


13:59


[r32]
“Bütün maliyyə məsələlərini sədr, təkbaşına həll edir”
100 dollarlıq əskinas qiymətinə adi bildiriş – necədir?

2016-cı il sentyabrın 26-da prezidentə müstəsna səlahiyyətlər verən referendumda səs verərkən seçicilər əllərində tutduqları bülletenin, əslində, qiymətli kağız olduğunun fərqində deyildilər. Yox, yox, kağızın elə bir özəlliyi yox idi, üstündə xüsusi qoruyucu işarələr də qoyulmamışdı. Bazara çıxarıb satmaq da mümkün deyil. Amma o bir vərəq kağız ölkə büdcəsinə, nə az, nə çox, 1 manat 72 qəpiyə başa gəlmişdi – 1 dollardan da baha.
Mərkəzi Seçki Komissiyası (MSK) bir ədəd bülletenin çapına görə 1 manat 72 qəpiyi Milli Məclisin Aparatının mətbəəsinə ödəyib. Söhbət, nə az, nə çox, 5 milyon 270 min 613 seçici sayı qədər bülletendən gedir. Bu, təkcə çap işlərinə sərf olunan 9,1 milyon manatdır. Kağız alınmasına da xeyli vəsait xərclənib.

ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ? MSK-DA BELƏ DÜŞÜNMÜRLƏR

İqtisadiyyat Nazirliyi MSK-nın 2016-cı ildəki satınalmaları haqda məlumatları bu həftə (28 mart 2017-ci ildə) açıqlayıb. Əsasən Konstitusiya dəyişikliyinə dair Referendumun təşkili ilə bağlı xərclərin ümumi məbləği 22 milyon manatı aşır.
MSK-nın material alqı-satqısı üçün tender keçirmədən, ikitərəfli müqavilə bağlamaqla milyonlarla manat dövlət vəsaitinin istifadəsinə cəlb etdiyi şirkətlərin bir çoxu onların nə istehsalçısı, nə də ölkəyə birbaşa idxalçısıdır.
Bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin uyğunluq sertifikatlarına dair məlumat bazası təsdiq edir.

25 QƏPİYƏ BİLDİRİŞ OLAR?

Referendumla bağlı vəsaitlərin əsas hissəsi çap işlərinə sərf olunub. Milli Məclisin mətbəəsinə bu məqsədlə ümumi dəyəri 15.7 milyon manatdan çox olan 9 sifariş verilib. Təkcə seçicilərə paylanan əl boyda bildirişlərin çapı üçün 1 milyon 557 min 872 manat 58 qəpik ödənilib. MSK ilə parlamentin mətbəəsi arasında razılaşma belədir:

1 əd. səsvermə bülleteni – 1 manat 72 qəpik;

1 əd. səsvermənin yeri və vaxtı barədə bildiriş – 25.91 qəpik.

Müqayisə üçün: Xüsusi kağızda, üzərində çoxsaylı qoruyucu işarələri olan 100 dollarlıq əsginas Azərbaycanda referendum bildirişi ilə təqribən eyni qiymətə – 15.5 sentə başa gəlir.

Və ya hazırda bir ədəd 12-vərəqli məktəbli dəftəri pərakəndə satışda 15 qəpiyədir. Topdansatış qiymətləri isə daha ucuzdur. Surətçıxarma məntəqələrində isə bir vərəqin surətini 1 qəpikdən çıxarırlar. Nə səsvermə bülleteninin, nə də bildirişin xüsusi mühafizə nişanları var. Odur ki, müqavilənin belə yüksək qiymətlə bağlanması səbəbləri haqda yalnız ehtimallar qurmaq mümkündür.

Bakı mətbəələrindən birinə müraciət edib, referendumda istifadə olunan səsvermə bülleteninin və bildirişin formatında eyni tirajla təcili çap üçün qiymət təklifi verməsini xahiş etdik.

Mətbəənin meneceri, kağız və ƏDV daxil olmaqla, bülleteni 15 qəpiyə, bildirişi isə maksimum 3 qəpiyə çap edə biləcəklərini bildirdi. Bülletenin çapına 1 manat 72 qəpik, bildirişə isə 25.9 qəpik qiymətin hansı şərtlərlə verilə biləcəyini soruşanda, heyrətlə «belə qiymət deməyə görə adamı güllələyərlər», – cavabını verdi.
BİR UCDAN ÇAP EDİBLƏR

Bunlardan başqa, MM-in mətbəəsi 2016-cı ildə dövlət büdcəsindən təşviqat plakatlarının çapı üçün 2 milyon 265 min 600 manat; istiqamətverici, maarifləndirici, təşviqat plakatlarının və kitabçaların çapı üçün 1 milyon 245 min 502 manat; «Yaddaş kitabçası» və trafaretlərin çapı üçün 869 min 424 manat və Referendum aktı layihəsinin çapı üçün 672 min 600 manat vəsait alıb.

MSK-NIN ƏN YAXIN TƏRƏFDAŞI – «HƏR İŞİ BACARAN» «PLUTON C» ŞİRKƏTİ

MSK ilə fəal biznes münasibətlərində olan şirkətlərdən biri «Pluton C» MMC-dir. 2009-cü ildə Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən küçəsində yaradılan bu şirkətin nə əlaqə telefonu, nə də internet səhifəsi var. Şirkətin MSK ilə əməkdaşlığının tarixçəsi də məlum deyil. O səbəbdən ki, ölkədə seçkilərin keçirilməsinə cavabdeh olan bu qurum 2017-ci ilədək iri satınalmalara dair məlumatları, demək olar ki, açıqlamayıb. Nə mediada, nə qurumun saytında, nə də satınalmaların tənzimlənməsinə məsul olan İqtisadiyyat Nazirliyinin idarə etdiyi tender.gov.az portalında bu haqda bir məlumat var.
2016-cı ildə «Pluton C» şirkəti MSK-dan 8 birbaşa müqavilə bağlamaq yolu ilə 5 milyon 277 min 135 manat alıb. Seçki məntəqələrində yerləşdiriləcək 10 min məlumat lövhəsinin hazırlanmasına görə şirkətə 1 milyon 365 min 625 manat ödənilib. Yəni, bir ədədinə görə 136 manat 56 manat.
Şirkətin təsisçisi Əlibaxış Baxşiyev bir neçə başqa şirkətin də sahibidir. Onun digər şirkətləri də MSK sifarişlərindən yararlanır.

SEÇKİ QUTUSU – 238 MANAT 94 QƏPİYƏ

Bu rəqəmin çox şişirdilməsi qənaətində olan keçmiş MSK üzvü Akif Qurbanov Azadlıq Radiosuna deyir ki, əslində, həmin lövhələr məntəqə seçki komissiyalarının anbarında saxlanılır və seçkilərarası dövrdə heç də hamısı yenilənmir.

MSK 552 ədəd daşınmaz seçki qutusunun satın alınmasına görə «Pluton S» MMC-yə 131 min 900 manat ödəyib. Bir belə qutu büdcəyə 238 manat 94 qəpiyə «oturub».

Bu qutulardan savayı, MSK həmin şirkət vasitəsilə ötən il daha 5 min 500 ədəd seçki qutusu və 19 min ədəd gözlə görünməyən ultrabənövşəyi mürəkkəb alıb. Buna görə şirkətə 1 milyon 749 min 173 manat ödənilib.

SƏSVERMƏ KABİNƏSİ ÜÇÜN LAMPA – 24 MANAT 54 QƏPİK

MSK bildirir ki, məntəqə seçki komissiyalarında 15 min 400 ədəd səsvermə kabinetləri var. Son referendumda onların işıqlandırılması üçün lampaların satın alınmasına 377 min 977 manat pul xərcləndiyi bildirilir. Bir «işıqlı» kabinet «Pluton C» MMC-nin köməyilə 24 manat 54 qəpiyə başa gəlib.

Gözəgörünməz mürəkkəbi müəyyən edən detektor və bu detektorlar üçün batareya alınması xərci 499 min 305 manat olub. Ölkədəki bütün seçki məntəqələrinin sayını nəzərə alsaq, bir ədəd detektora görə «Pluton C» MMC-yə 88 manat 73 qəpik ödənilib. Bu, həmin dövrdə Azərbaycanda qüvvədə olan minimum əmək haqqından 16 manat 27 qəpik az idi.

Qeyd olunanlardan başqa, «Pluton C» MMC MSK-nı ümumi dəyəri 691 min 244 manat olan ofset kağızı, tabaşirli kağız və ağ yazı kağızı ilə təmin edib. Şəffaf lövhəcik qabları üçün 99 min 120 manat, zəncirli sənəd çantası, kisə və protokollar üçün xüsusi qovluqların alınmasına görə 362 min 791manat da bu şirkət vasitəsilə istifadə olunub.

MSK-NIN SUMQAYITLI BİZNESMENLƏRƏ SİMPATİYASI VAR?

Maraqlıdır ki, referendumun keçirilməsi və MSK-nın fəaliyyətinin təşkili ilə bağlı digər alqı-satqılara dair əksər müqavilələr Sumqayıt şəhərində qeydiyyatda olan və adları biznes ictimaiyyəti üçün heç nə deməyən şirkətlərlə imzalanıb.

Bunların bir çoxu isə 2015-2016-cı illərdə yaradılıb. Eyni iş adamının müxtəlif adlı şirkətlər vasitəsilə MSK-dan sifariş qazanması halları da var. Komissiya ilə işləyən «F1Advert», və «Katrin» MMC-lərin direktoru Nüsrət İbrahimov, «Siluet-SL», «Dizayn-LTƏ» şirkətlərinin direktoru isə Nağı Qasımovdur.

Sumqayıtdakı «Lotospromo», «F1Advert», «Siluet-SL», «Dizayn-LTƏ», «Milla», «Lider-2008», «Bərəkət-2013», «Çinan», «Azpekt-AM», «Kometa 15» və «Katrin» MMC-lər MSK-dan toplam 245 min manata yaxın sifariş alıb. Bu vəsaitin kağız, katric, dəftərxana ləvazimatı, parça və s. alınmasına xərcləndiyi yazılır.

7 REKLAM ÇARXI ÜÇÜN 180 MİN MANAT ÖDƏNİLİB

MSK-nın saytında ümumxalq səsverməsinə (referenduma) yekun vurulması və yekunların elan edilməsi haqda qərarında o da qeyd olunur ki, referendumun keçirilmə tarixi və səsvermə qaydalarına dair müxtəlif məzmunlu 7 reklam çarxı «səsvermə günü də daxil olmaqla, mütəmadi şəkildə hər gün müxtəlif televiziya və radio kanallarında nümayiş etdirilib». Bu video-çarxların hazırlanmasına görə «Prime-Time» MMC-yə 180 min 395 manat ödənilib.

İqtisadiyyat Nazirliyinin dövlət satınalmalarına dair illik hesabatında belə yazılır. Bu şirkətin harada yerləşməsi haqda bilgi yoxdur, amma AzTV barədə jurnalist araşdırmalarında «Prime-Time» MMC ilə «İdman» kanalının alqı-satqı müqavilələrindən söz açılıb.

MSK-nın çoxsaylı təchizatçıları arasında «İtsol», «Formcond», «Svins-D», «Tembr», «Zuvand Grand System», «Ag Sung Company», «Dizayn İnşaat» MMC-lər də var. Bu şirkətlərin bəzilərinin nəinki saytı, heç əlaqə telefonunu da tapmaq mümkün deyil. MSK onları necə tapıb, sifariş verib, qaranlıqdır.

​«QƏRARI BİR NƏFƏR VERİR, HESABATI İSƏ HEÇ KƏS»

Akif Qurbanov deyir ki, onun MSK-nın üzvü olduğu dönəmdə komissiya bir dəfə də olsun maliyyə məsələləri haqda müzakirələr aparmayıb. «Qanunvericiliyə görə, seçkiləri MSK təşkil edir. Amma orada elə bir struktur formalaşdırılıb ki, MSK üzvləri faktiki olaraq maliyyə məsələlərindən kənarda qalıblar. Struktura görə, MSK sədri həm də qurumun aparat rəhbəridir. Bütün maliyyə məsələlərini o, təkbaşına həll edir. MSK-nın həm də maliyyə-təftiş komissiyası var. Amma onun da hesabat verdiyini görən olmayıb. O öz yazılı hesabatını MSK sədrinə verir. O hesabatda isə nə yazılıb, bir özləri bilir, bir də sədr». Akif Qurbanovun sözləridir.

Adları çəkilən şirkətlərin bir çoxu ilə MSK-nın əvvəlki seçki dönəmlərində əməkdaşlıq etməsi haqda bir məlumat yoxdur. Çünki, komissiya bu məlumatları açıqlamayır. Mərkəzi Seçki Komissiyası elektron poçt vasitəsilə göndərdiyimiz informasiya sorğusuna və telefon zənglərinə cavab verməyib. (azadliq.org)




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website