xeber –
ABŞ Avropa İttifaqı ilə Rusiyaya əlavə təzyiq göstərilməsinin yeni variantı üzərində işləyir.
ANS PRESS-in məlumatına görə, bunu Ağ evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.
O deyib: “Təəssüf ki, biz rusların Minsk razılaşmaları üzrə öz öhdəliklərini yerinə yetirməməsini görürük. Bu, çox məyusluq doğurur. Ancaq Vaşinqton Kiyevin öhdəliyi yerinə yetirməyə hazır olduğunu aydın görür. Ona görə də ABŞ və Avropa İttifaqı Donetskdə separatçı qüvvələrə qarşı Ukrayna hökumətinin hərəkətlərini dəstəkləyir.
Ağ ev nümayəndəsi növbəti dəfə Kremli ittiham edərək, separatçılara canlı qüvvə, silah, digər materiallar ilə kömək göstərməkdə günahlandırıb: “Bu, Ukrayna xalqına, hökumətinə və iqtisadiyyatına güclü təzyiq vasitəsidir.”
Mənbə : Anspress.com
Şərh yaz.