xeber –
ABŞ-ın Las-Veqas şəhərində (Nevada ştatı) Menni Pakyao və Floyd Meyuezer arasında döyüşə start verilir.
ANS PRESS-in məlumatına görə, bu gün keçirilən döyüşün biletləri aprelin 23-də bir dəqiqə ərzində satılıb.
Hər iki idmançının iddialı çıxışları qarşılaşmaya marağı daha da artırıb.
Gözlənilən matçdan əvvəl isə iki digər boks qarşılaşması keçiriləcək.
Biletlərin rəsmi qiyməti 1,5 min dollardan 7,5 min dollara qədər olsa da, saytların birində ilk sıraya bilet 55 min dollardan, digərində isə 100 min dollardan baha satılıb.
Qeyd edək ki, bir neçə gün əvvəl əfsanəvi boksçu Məhəmməd Əli verdiyi açıqlamada Menni Pakyaonu dəstəkləyəcəyini açıqlamışdı.
Mənbə : Anspress.com