Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

Qızılla sovrulanlar: girovun girovluğunda – ARAŞDIRMA

Qızılla sovrulanlar: girovun girovluğunda – ARAŞDIRMA

04/05/2015

18:16


04.05.2015 / 18:14 xeber –

Və ya Azərbaycanda lombardların fəaliyyətinə niyə nəzarət edilmir?

 

Lombard kommersiya təşkilatıdır. Əsas fəaliyyəti vətəndaşlara girov qarşılığında qısamüddətli kreditlərin təmin edilməsindən ibarətdir. Əmlak ilə təmin kreditlərin verilməsi ilk dəfə XV əsrdə Fransada Lombardiya adlı yerdə yaradılıb. Kilsə yoxsulları əsarət altına almaq arzusu ilə bu ideyanı irəli sürüb. XVI əsrdə ilk bələdiyyə lombardları Almaniyanın Nürenberq şəhərində, daha sonra digər şəhərlərdə də yaranmağa başlayıb. 

 

 

XVII-XVIII əsrlərdə bələdiyyə lombardları "sosial dəstək orqanları" rolunu oynayıb, vətəndaşları müflis olmaqdan xilas edib, əhalinin oğurluqla pul qazanmaq yolundan çəkindirib.

 

XIX əsrdə bəzi ölkələrdə işçilər ən yaxşı ayaqqabılarını bazar ertəsindən cümə gününədək lombarda verirmiş. Həftə sonu isə ayaqqabıları ilə bərabər pul da götürürlərmiş. Bu “ayaqqabı lombardı” adlanırmış.

 

 

Rusiyada ilk lombard 1888-ci ildə Şəhər Dumasının dəstəyi ilə iş adamı və xeyriyyəçi X. S. Ledensov tərəfindən açılıb. Onun nizamnaməsi digər lombardların da yaranması üçün bir nümunə olub. 19 iyun, 2007-ci ildə Rusiyada lombardlarla bağlı yeni qanun qəbul edilib. Belə ki, lombardlar biznesin ayrıca bir sahəsi kimi təsdiqlənib.

 

Lombardların faiz dərəcəsinin banklara nisbətən çox olmasına baxmayaraq, əhali məhz bu mərkəzlərə üz tutmağa üstünlük verir. Xüsusən də son zamanlar manatın devalvasiyasından sonra əhali banklardan manatla pul götürməyə çətinlik çəkir. Bu baxımdan lombardlara tələbat artıb. 

 

 

Faktı lombardlar da təsdiqləyir. Gerçək vəziyyəti öyrənmək üçün paytaxtın bir neçə lombardına üz tutduq. “Memar Əcəmi” yaxınlığındakı olan lombard bankdan fərqlənmirdi. 3 min manat pul götürmək istədiyimizi deyirik. Məlum olur ki, kredit 6 faizlə veriləcək. Əgər 10 gün içində götürdüyüm məbləği geri qaytarsam, 2 faizdən hesablanacaq. Yox, əgər 20 gün ləngiyərsə, 4 faiz. Gətirəcəyim zinət əşyası brilyant qaşlıdırsa,  məmulat kimi dəyərləndiriləcək. Qızıllar isə kağıza bükülərək blomblanır və inkassatorla əməkdaşlıq etdikləri banka göndərilir.

 

“28 May” metrostansiyasında kənardan sadə görünüşlü lombardda daha istiqanlı qarşılandım. Dəmir barmaqlıqlarla kəsilmiş pəncərənin o tayından səbirli bir bəy lombardın qaydalarını izah edir. Burada faizlər 5-10 arasında dəyişir. O da götürülən pulun məbləğinə baxır. 3 min manatı mənə 6 faizlə verə bilərlər. Əgər 150 qram qızıl gətirsəm. Digərindən fərqli, burada brilyant nəzərə alınmır. Hər ay 180 manat verməklə uzun müddətli kredit götürə bilərəm. Aylığı 2 ay gecikdirsəm, girov satışa çıxarılacaq. Lakin kiçik gecikmələrə görə, banklarda olduğu kimi məbləğin üstünə faiz gəlmir. Həm də müştəri ödəniş etdiyi məbləğ qarşılığında girov qoyduğu qızıldan götürə bilər.

 

Girovun təhlükəsizliyinə gəlincə, lombard siqnalizasiya sistemi ilə qorunduğunu, bir hadisə baş verərsə, dərhal polisə məlumat ötürüldüyünü bildirirlər.

 

– Bəs qızıllar hansı şəraitdə saxlanılır?

 

– Seyfdə.

 

– Başqasının qızılları ilə qarışıq düşərsə?

 

– Məgər siz öz qızılınızı tanımırsınız?

 

– Birdən zədələnsə?

 

– Əgər narahatsınızsa, ayrıca qutuda saxlayaraq.

 

Çox sorğu-sual etdiyimi görüb: “Xanım, sizin qızılınız bizim nəyimə lazımdır? Girovu ona görə tələb edirik ki, pulu götürüb bir başa getməsinlər”.

 

– Müqavilə olacaq?

 

Müqavilə nümunəsini uzadır. Xırda hərflərlə qarma-qarışıq yazılar yazılmış əl boyda kağızdır. Əsli müştəridə qalırmış, sürəti isə onlarda. Bu sənəd belə nigarançılığımı azaltmır.

 

– Sabah siz bu ofisi bağlayıb getsəniz?

 

– Nigaranlığınızda haqlısınız. Lombard açmaq üçün lisenziya tələb olunmur. Hər yoldan ötən istəyərsə, lombard aça bilər. O qədər adamın başına gəlib ki, üzüyünün brilyant qaşı dəyişdirilib, qızılları götürüb aradan çıxıblar. Biz neçə ildir bu işdəyik. Heç vaxt burdan köçüb getməyəcəyik də deyə bilmərəm. Sabah bu binanı söksələr, məcbur başqa yerə köçəcəyik. Lakin biz vergi ödəyicisiyik. (Müqaviləni təkrar göstərir). Baxın, lap yuxarıda bizim müəssisənin adı, VÖİN kodu və əlaqə nömrələri var. Bizə xeyir eləməz 3-5 manatdan ötrü “maşennik”lik edək. Ondansa, qalıb düzgün işləsək, daha çox pul qazanarıq. Müştəriyə 1500 manat qarşılığından aldığımız girovu uzaq başı 2 minə satarıq. Arada qalacaq 5 yüz manatı müştəri 5 ayda onsuz da ödəyir. Müddət artarsa, gəlirimiz daha da artacaq.

 

Pul götürməyə gələndə özümlə qızıllarla yanaşı şəxsiyyət vəsiqəmi gətirməyi tapşırırlar.

 

 

Azərbaycanda isə Nazirlər Kabinetinin Lombard fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təsdiq edilməsi haqqında 20. 04. 1998-ci ildə qəbul olunmuş qərarı olsa da, bu qərar artıq qüvvədən düşüb. Hazırda lombardlara nəzarət edən hər  hansı bir qurum, ya orqan yoxdur.

 

Mərkəzi Bankın İdarə Heyətinin 28.10.2014-cü il tarixli 24/3 nömrəli Qərarı ilə “Lombardlar və daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxslər tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi Qaydaları” ləğv edilib. Mərkəzi Bankın İdarə Heyətinin 28.10.2014-cü il tarixli 24/2 nömrəli Qərarı ilə “Prosessinq fəaliyyətinə icazənin verilməsi və nəzarət Qaydaları” qəbul edilib. 

 

 

 

 

Lombardların fəaliyyəti barədə Lent.az-ın Vergilər Nazirliyinə göndərdiyi sorğunun cavabında deyilir ki, vergi qanunvericiliyinə əsasən lombard fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur: “Eyni zamanda, kreditlərin, kredit təminatlarının və pul-kredit əməliyyatlarında hər hansı girov və ya lombard təminatının təqdim edilməsi (yaxud verilməsi) və qaytarılması, o cümlədən krediti və ya təminatı təqdim etmiş şəxsin kreditlərin və kredit təminatlarının idarə edilməsi xidmətləri maliyyə xidmətlərinə aid edilməklə ƏDV tutulmayan xidmət növüdür. Lombard fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər mənfəət vergisinin, fiziki şəxslər isə gəlir vergisinin ödəyiciləridirlər. Lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda girov qoyulmuş əşyalar lombardın mülkiyyətinə keçdikdən sonra onların təqdim edilməsi maliyyə xidməti sayılmır və lombard təminatının təqdim edilməsi (yaxud verilməsi) və qaytarılması əməliyyatlarına aid edilmir. Bu əməliyyatlar ƏDV tutulan əməliyyat sayılır. Bu cür əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 120.000 manatdan artıq olarsa lombard fəaliyyəti ilə məşğul olan şəxsin 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə vermək öhdəliyi yaranır”.

 

Əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda, lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər: “Girov qoyulmuş əşyanın satışından götürülən məbləğdən lombardın girov qoyana (borcluya) qarşı tələbləri tam ödənildikdən sonra qalan məbləğ lombard fəaliyyəti ilə məşğul olan şəxslərin gəliri hesab edilərək vergiyə cəlb edilməlidir”.

 

 

Hazırda Azərbaycanda lomdard fəaliyyəti ilə məşğul olan 391 vergi ödəyicisi qeydiyyatdan keçib.

 

 

Arif Məmmədov vaxtilə lombardda işləyib. Günümüzdə lombardların necə işlədiyi haqda məlumatı olmasa da, köhnə təcrübəsini bizimlə paylaşır. Deyir, onlar adını dəqiq xatırlamadığı bankla işləyirmiş. Müştərinin gətirdiyi qızıllar gündəlik bazar qiymətinin yarı hesabına dəyərləndirilirmiş. Zinət əşyası kimi yox, “lom” kimi. Üstəlik, banklara nisbətən çox faizlə.

 

Müştərilər hər ay girov qarşılığında aldıqları pulun 6 -7 faizini geri ödəyir. Banklardan fərqli olaraq, lombardlarda aylıq faiz ödənişi ümumi məbləğdən çıxılmır. Müştəri ancaq faizlə yanaşı, ümumi məbləği də ödəyərsə, lombardla üzülüşə bilər.

 

Girova gəlincə, əgər müştəri aylığı gecikdirərsə, ona 5 gün güzəşt edilir. Bu müddət ərzində ancaq zəng edilərək xəbərdarlıq olunur. 2-3 aylıq gecikmədən sonra isə girova əl qoyulur. Qızılların satışında isə müştəri iştirak etmir.

 

 

 

Zəminə adlı şəxs bir neçə dəfə lombard xidmətindən istifadə edib. Aylıq gəlirini təsdiq edəcək arayışı olmadığından banklardan kredit götürə bilməyib. Sonuncu dəfə lombarddan ötən il pul götürüb. Cəmisi 300 manat.

 

 

– İşləmirdim. Daha doğrusu evlərdə təmiz işləri görürəm. Banka getdim, dedilər, iş yerindən arayış gətir. Mən hansı ev sahibinə deyə bilərəm ki, mənə arayış verin? Yenə getdim lombarda. Beş-altı dənə qızıl üzüyüm vardı. Sonradan imkansızlıqdan onları da satdım. Nə isə… Qızılları su qiymətinə hesablayıb 300 manat verdilər. Nəsə kağıza da qol çəkdim.

 

Zəminənin dediyinə görə, lombardın ona təqdim etdiyi müqavilədə hansısa bankın adı varmış. Bu adla da lombard haradasa, müştərinin yanında etibar qazanırmış.

 

 

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovun sözlərinə görə, lombardlar qədimdən qalmış qeyri-halal gəlir mənbəyi, sələmçilik növüdür. Əsasən yəhudilərin biznesidir. Dünyaya, o cümlədən Azərbaycana da yayıblar. Bu işdə çox böyük qanun boşluğu var. Lombardlar da bundan istifadə edib insanları aldadırlar. Bizə gələn şikayətlərin əksəriyyəti lombardların çox uzun müddətə pul verib, sonra manatın devalvasiyasından sonra dollarla pul tələb etməsiylə bağlıdır. Lombardla müştəri arasında bağlanmış müqavilənin şərtlərinə baxanda gördük ki, vətəndaşların demək olar heç bir hüququ yoxdur. Məhkəməyə müraciət edəndə də, qanunlarda boşluqlar var deyə, uduzan tərəf istehlakçı olur”.

 

 

E. Hüseynov Lent.az vasitəsiylə vətəndaşlara müraciət də edir: “Lombardlarla bağlı tez-tez zəng edib məlumat alırlar. Onlara da deyirik, burdan da deyirik ki, nə qədər bacarırsınızsa, lombarddan uzaq qaçın”.

 

 

İqtisadçı ekspert Samir Əliyevin sözlərinə görə, Azərbaycan əhalinin borclanmasında əsas problemli sahələrdən biri də lombardlardır. Çox təəssüf ki, lombardların fəaliyyəti qanunvericilikdə tənzimlənmir. Onların fəaliyyətində lisenziya tələb olunmadığından istənilən şəxs bu işlə məşğul ola bilər. Azərbaycan fəaliyyət göstərən lombardların təklif etdiyi illik faiz dərəcəsi banklarla müqayisədə çox yüksəkdir. Əgər bir bankın verdiyi istehlak kreditinin aylıq faiz dərəcəsi 2-3 faizdirsə, lombardlarda bu rəqəm 5-dən yuxarıdır. Hətta bir zamanlar bu 10 faizə qədər qalxmışdı.

 

 

İqtisadçı onu da deyir ki, lombardlara tələbat var və son dövrlər də artmaqdadır.

 

– Tələbat nə ilə qaynaqlanır? Birincisi, bank kreditlərinin şərtlərini ağırlaşdırılması ilə. 2014-cü ilin əvvəlində Mərkəzi Bank arayışsız kredit verilməsini qadağan elədi. Söhbət təminatsız kreditlərdən gedir. Hansı ki, girov müqabilində götürülmür. Bankın tələb etdi ki, əgər girov qoyulmursa, iş yerindən arayış olmalıdır. Xeyli insan var ki, aylıq gəlirlərini göstərəcək rəsmi sənəd ala bilmirlər. Bu insanlar bankdan pul götürə bilmədikləri halda lombardlara üz tutmalı oldular. Beləliklə, lombardların həcmi, sayı artdı. İkincisi, manatın devalvasiyasından sonra bankların krediti manatla deyil, dollarla kredit verməsidir. İnsanlar isə əksinə, manatla kredit götürmək istəyir və məcbur qalıb lombardlara gedirlər. Bundan əlavə lombardlardan pul götürmək daha asandır. İstənilən şəxs girov müqabilində 1-2 saat ərzində lombarddan pul götürə bilər. Halbuki banka müraciət etsə, 1-2 gün çəkəcək.

 

 

Ekspert onu da deyir ki, lombardların faizi yüksəkdir, digər tərəfdən də insanlar girov qoyur, sonra pulu qaytaranda girov qoyduqları zinət əşyası hansısa səbəbdən zədələnib.

 

– Və yaxud müştəri qızıllarını lombarda girov qoyur, sonra uzun müddət onları tapa bilmir ki, qızıllarını geri götürsün. Bütün bu kimi problemlərin həll olunması üçün lombardların lisenziyalaşdırılmasıdır. Müvafiq qanunvericilik aktı qəbul edilməlidir. Məsələn, Rusiyada lombardların fəaliyyəti qanunla tənzimlənir. Lombard fəaliyyəti haqqında ayrıca qanun var. Azərbaycanda qanun olmasa da, lombardların fəaliyyətini tənzimləyəcək normativ aktın qəbulunu ehtiyac var.

 

Qanunvericilikdə faktiki olaraq, lombardların hansı qurum tərəfindən nəzarət edilməsi haqqında heç bir göstəriş yoxdu.

 

– Müştərilərin hüquqlarını qorumaq üçün bir normativ olmalıdır. Düşünürəm ki, lombardlara nəzarət Mərkəzi Banka tapşırılsa, daha məqsədə uyğundur. Lombard pul qazanır və vergilərini vaxtlı-vaxtında ödəyir. Vətəndaşla da müqavilə bağlayır. Müqavilənin istehlakçının mənafeyinə nə qədər uyğun olub-olmaması artıq sual altındadır. İstehlakçıların hüquqlarının qorunması haqqında qanun olsa da, çox təəssüf ki, çox pis işləyir. Bunu biz bank kreditlərində də görürük, əmanətlərdə görürük, dükanlarda da. 

Mənbə : Lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles