Azadliq.az
Azərbaycan Xəbərləri








Azadliq » Xeberler» Xeber

Sökülen evlere kompensasiya – Video

Sökülen evlere kompensasiya – Video

04/05/2015

21:24


xeber –

Oyunlarla əlaqədar Səbael rayonu ərazisində tikinti işləri davam etdirilir.

ANS TV-nin məlumatına görə, ilk Avropa Oyunlarına hazırlıq çərçivəsində Olimpiya və Paralimpiya oyunlarının keçirilməsi üçün ən münasib idman qurğularından biri olacaq Dənizkənarı Bulvarda yerləşən Bakı İdman Sarayında əsaslı təmir-yenidənqurma işləri aparılıb və saray istifadəyə verilib. Dövlət Bayrağı Meydanında yerləşən “Kristal Holl”da da müxtəlif idman növləri üzrə yarışların keçirilməsi nəzərə alınaraq artıq hazırlıq işləri yekunlaşıb. Səbael rayonu ərazisində görülən tədbirlər bununla da yekunlaşmır.

Dənizkənarı Milli Parkın Bayraq Meydanından Su İdman Sarayına kimi genişləndirilmiş ərazisində YARAT Müasir İncəsənət Mərkəzinin açılış mərasimi də olub. Ümumi sahəsi 2000 kvadrat metr, üzü Xəzər dənizinə açılan əsaslı təmir olunaraq yenidənqurulmuş tikili YARAT İncəsənət Mərkəzi ilk daimi sərgilənmə yeridir. Oyunlara hazırlıq çərçivəsində rayonda böyük miqyaslı abadlıq, quruculuq işləri görülüb və bu işlər davam etdirilir.

Səbael RİH-nin sektor müdiri İsrafil Kərimov deyir ki, oyunlarla əlaqədar paytaxtda 7 minə yaxın yeni ağac əkilib və 35 min gül kolu salınıb. Bundan əlvə Şıx çimərliyində iməciliklər aparılıb, mərkəzi küçə və prospektlər yaşıllaşdırlır.

Badamdar şossesində 2.2 km məsafədə yolun 3 metrədək genişləndirilməsi, təmiri və asfaltlaşdirilmasi ilə bağli işlər sona çatmaq üzrədir. İlk Avropa Oyunlarına hazırlıq işləri çərçivəsində Su İdman Sarayının ətrafında mövcud fərdi yaşayış evləri, qeyri-yaşayış və digər tiklilərin sahiblərinə müvafiq kompensasiyaların ödənilərək köçürülməsi işləri aparılıb.

Yeni iki yeraltı keçid inşa olunub.

Mənbə : Anspress.com


Copyright © 2018. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website