05.05.2015 / 10:10 xeber –
Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasında yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, binanın ikinci mərtəbəsində quraşdırılmış elektrik sayğacları və 5 p.m elektrik kabeli yanıb. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub.
Yanğın saat 06:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mənbə : Lent.az