Dollara qarsi neheng anlasma

[r32]
2017-05-01T15:28 xeber – Türkiyə və Hindistan qarşılıqlı ödəmələrdə dollardan imtina edə və bunu milli valyuta vasitəsilə həyata keçirə bilər. Bunu Hindistana səfəri çərçivəsində, Nyu Dehlidəki hind-türk biznes forumundakı çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
©
Sputnik / Murad OrujovAzərbaycan bankları dollardan imtina etdi
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadla verdiyi məlumata görə, prezident bildirib ki, Türkiyə və Hindistan qarşılıqlı ödəmələrdə dollardan imtina və bu ödəmələri milli valyuta vasitəsilə həyata keçirməyi müzakirə edə bilər: “Valyuta məzənnələrinin dəyişkənliyi kimi neqativ təsirləri azaltmaq üçün ixrac və idxal əməliyyatları milli valyutalarda həyata keçirilə bilər”.
Ərdoğanın sözlərinə görə, ticarətdə ödəmələr zamanı türk lirəsi və hind rupisinə keçid hər iki ölkənin iqtisadiyyatına müsbət təsir edər: “Türkiyə və Hindistan ticarət əməkdaşlığı potensialından yetərincə istifadə etmir. Artıq iki ölkənin irimiqyaslı iqtisadi tərəfdaşlığa dair razılaşma layihələrinin müzakirəsinə başlamaq vaxtı gəlib çatıb”.
©
AFP / RAVEENDRANNyu Dehlidəki hind-türk biznes forumu
Prezident vurğulayıb ki, iqtisadiyyat sahəsində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün hökumət komissiyaları arası iclaslar keçiriləcək: “Türkiyə ilə Hindistan arasında əməkdaşlığın digər istiqaməti isə atom energetikası sahəsində ola bilər”.
mənbə :
Sputnik

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir