Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“Azadliq o demek deyil ki, soyunub fexri ad alasan”

“Azadliq o demek deyil ki, soyunub fexri ad alasan”

01/05/2017

22:40

[r32]
2017-05-01T22:05 xeber –
BAKI, 1 may — Sputnik. Hələ hər kənddə bir televizorun olduğu vaxtlar idi. Kimin evində televizor var idisə, bütün kənd camaatı o evə yığışardı. Bu məsum yığıncağın yalnız bir səbəbi olurdu – Zeynəb Xanlarova oxuyacaqdı. “Xoş gördük, əzizlərim” mahnısı ilə bizi salamlayar, “Ağlama sevdam”, “Niyə yox deyirsən”, “Qalmaz belə, qalmaz dünya” və başqa mahnılarla davam edər, sonda da “Yaşa mənim xalqım” mahnısı ilə bitirərdi.
Müsahibim, sadaladığım bu məşhur mahnıların və “Mən necə bağban olaram”, “Ceyranım”, “Qarabağ”, “Anam mənim”, “Peşman olarsan” və başqa sevilən mahnıların bəstəkarı Rauf Məmmədovdur. Əsl sənət adamları ilə, getdikcə nəhəngləşən, tarix yazan şəxsiyyətlərlə görüşəndə həyəcanlanıram. Rauf Məmmədov da hər görüşdə məni həyəcanlandıran sənətkardır. Axı onun mahnıları ilə böyümüşəm. Axı onun mahnılarının şöhrəti sərhədlər aşıb. Həyəcanımı cilovlayıb söhbətə başlayıram. Stop-kadrMəşhur “Qayınana”mızla bağlı tarixi müəmma
– Xoş gördük, Rauf müəllim. Bizə özünüzdən danışın, zəhmət olmasa…
— 1959-cu ildə Bakıda doğulmuşam. Əslim Xızıdandır. Bakıda orta məktəbi bitirmişəm. 1979-cu ildə Bakı Dövlət Universitetinin “Juranlistika” fakültəsinə daxil olmuşam. Kaş ki, daxil olmayaydım. Ürəyimcə olmayan sənətdir. Yəqin ki, tale yazısı idi, qismət idi. Onsuz da hər şeyi qoyuruq qismətin boynuna. Bilirsiniz, ailədə bir uşaq olmaq çox çətin məsələdir. Mən də ailədə bir uşaq olmuşam. Bu da mənə çətinliklər yaratdı. İstədiklərimi edə bilmədim. Həmişə musiqiyə həvəsim olub. Mən universitetdə oxuyanda “Təranə gənclik ansamblı” var idi. Elə bağda oturub oxuyanda, xalam dedi ki, “gəl səni çıxaraq televizora”. Xalam televiziyada işləyirdi. Mən də getdim, oxudum. Dedilər ki, müvəffəqiyyətli çıxış deyildi. Sonra universitetin özfəaliyyətinə yazıldım. Orda yaxşı kollektiv var idi. 1967-ci ildə mənim üçün pianino almışdılar, amma məni musiqi məktəbinə qoymadılar. Hərçənd, atam hiss edirdi ki, mənim musiqiyə böyük sevgim var. Bunu hiss edirdisə, gərək məni musiqi məktəbinə qoyaydı. Amma o, incəsənəti sevmirdi. Bizim bölgə incəsənətə meylli deyil. Heç incəsənətin adını çəkmək olmazdı. Mən istəyirdim ki, İncəsənət Universitetini oxuyum, rejissorluq təhsili alım, Moskvada oxuyum. Amma alınmadı. Keçənə güzəşt deyərlər.
– Necə oldu ki, bəstəkarlığa başladınız?
— Çayın qarşısını nə qədər ala bilərsən? Yenə özünə yol tapıb axacaq. Nə olsun ki, mənə musiqi təhsili almağa icazə verilmədi. Mən özüm pianinoda ifa etməyi öyrəndim, müəllim yanına getmədən. 1976-cı ildə bir veriliş vardı – “Xoş gördük, tələbə”. Rəhmətlik şair Famil Mehdi mənim müəllimim idi. Onun “Şəhərimizin gözəl qızı Nailə” adlı kitabı çap olunmuşdu. O kitabda “Dörd qardaşın bir bacısı” şeiri vardı. Mən də o şeirə mahnı yazdım. Özüm də ifa etdim. Gördüm ki, xoş qarşılandı. Ancaq çox böyük arzum idi ki, birinci Zeynəb Xanlarova mənim mahnımı oxusun. Çünki onun pərəstişkarı idim. Ümumiyyətlə, musiqiyə bağlılığım Zeynəb Xanlarova sayəsində olub. Onun mahnıları ilə böyümüşdüm. Bülbülü, Rəşid Behbudovu, Müslüm Maqomayevi, Arif Babayevi, İslam Rzayevi, Rübabə Muradovanı sevmişəm. Əsas isə Zeynəb Xanlarova idi. 
©
Foto: Youtube / ATV Cinema”Vicdan haqqı”nın itən vicdanı və haqqı
– Necə oldu ki, Zeynəb xanım sizin mahnınızı oxudu?
— 1975-ci ildə mən Zeynəb xanıma bir təqvim göndərmişdim. Zeynəb xanım da həmin təqvimə bu sözləri yazmışdı: “Mənim kiçik pərəstişkarım Raufa məhəbbət və xoş arzularla… Zeynəb Xanlarova” Onunla münasibətim isə 1979-cu ildə başlayıb. Saatlıda konserti vardı. Orda yaxından tanış olduq. Sonra münasibətimiz elə möhkəmləndi ki, mən Zeynəb xanımın evinə getdim. Söhbət düşəndə dedim ki, mən də mahnı yazıram. Elə sənətkarın yanında ürəklənib o sözü demək olmur, amma mən dedim. O da gülümsəyib dedi ki, “bəstəkar olacaqsan?”. Bu söhbət elə orda da qaldı. Üzərindən yeddi il keçdi və mən tez-tez Zeynəb xanımın evinə gedib-gəlirdim. Bir gün Zeynəb xanıma Ümumittifaq Melodiya Firmasının “Qızıl val” mükafatını verdilər. Zaqafqaziyada ilk dəfə o mükafatı Zeynəb xanım aldı. Kimin ki, iki milyondan çox albomu satılırdı, ona bu mükafat verilirdi. Mən də Zeynəb xanıma dedim ki, “gəlin belə bir iş görək: sizin adınızla bir mahnı yazaq, konsertlərin açılışı zamanı ifa edəsiniz”. Fikri bəyəndi və yazmağımı istədi. Mən də Hidayət Elvüsaldan belə bir şeir yazmasını xahiş etdim. O, “Xoş gördük, əzizlərim”i yazdı.
Neçə eldə, obada
hər nəğməm bir qızılgül.
Azərbaycan deyəndə
odlanıb yandı könül.
Xoş gördük, əzizlərim!
Sizi gördü gözlərim.
Dünyanın xoşbəxtiyəm,
mənim əzizlərim!
Adı ellər dolaşır,
vətəndir ona yuva.
Sizi salamlayır
Zeynəb Xanlarova. 
©
Sputnik / Orxan BahadırsoyNə qədər yalançı kübar qadınları oynamaq olar?!
1986-dan sonra Zeynəb xanım mənim bir neçə mahnımı ifa etdi. “Ağlama sevdam”, “Niyə yox deyirsən” oxundu. 1991-ci ildə Zeynəb xanım konsertə hazırlaşanda dedim ki, “Açılış üçün bu mahnı var, birini də konsertin bağlanışı üçün yazaq.” Ondan sonra da “Yaşa mənim xalqım” mahnısını yazdım. Sözlərini Zivər Ağayeva yazdı. Bir bənd də Zeynəb xanım özü əlavə etdi: “Türkün qolu bükülməz, türkün gücü tükənməz… Bir kərə qalxan bayraq, bir daha yerə enməz”.
– Özünüz haqqında danışanda bir fikir diqqətimi çəkdi. Xızı haqqında “incəsənətə meylləri yoxdur” dediniz. Axı Xızıdan Mikayıl Müşfiq, Cəfər Cabbarlı çıxıb.
— Onlar incəsənətlə yox, ədəbiyyatla məşğul idilər.
– Cəfər Cabbarlı həm də teatrda çalışırdı.
— O ayrı məsələdir.
– Zeynəb Xanlarova özü də Xızıdandır…
— Məgər Zeynəb xanımın səhnəyə çıxdığı dövr rahat dövr idi? Xızıdan, əlbəttə, sənətkarlar yetişib, amma azdır. Yazıçıya, şairə heç bir söz demirlər. Cabir Novruz da Xızıdandır. Amma artistlərə yaxşı baxmırlar, “mütrüb” deyirlər. İndinin özündə də var belə deyənlər. 
©
pixabay / CC0 Public DomainGənc yaşda ölən dahilər: 20 yaş, 23 yaş…
– Yaxşı. Bəs həmin dövrdə Zeynəb xanımdan başqa hansı sənətkarlar sizin mahnıları ifa etdilər?
— Birinci elə Zeynəb xanım oxudu, bu mənim böyük uğurum idi. Çünki arzuma çatmışdım. Ondan sonra Zöhrə Abdullayeva, Zümrüd Məmmədova, Mələkxanım Eyyubova, Kəmalə Rəhimli oxudu.
– Bunlar Zeynəb xanımın oxuduqlarının təkrarı idi, yoxsa fərqli mahnılar idi?
— Yox, ayrı-ayrı mahnılardır. Baloğlan Əşrəfovda, Yusif Mustafayevdə, İlqar Muradovda, Aynur Dadaşovada və başqalarında ayrı-ayrı mahnılarım olub.
– Ümumilikdə neçə mahnınız var?
— 200-ü keçər.
– Simfoniya, süita və başqa janrlara müraciət etmədiniz…
— Etmədim, amma fikrimdə var ki, bir operetta yazım. Librettonu tapım, başlayacağam. Mənə kömək edəcəklər, çünki mən orkestrlaşdırmanı bilmirəm. Mənə konservatoriya diplomu lazım idi. Əgər olsaydı, heç burda qalmazdım. Gedərdim başqa ölkəyə. 
©
Foto: PUBLIC DOMAINBaba Pünhanı oxumağın ziyanları
– Jurnalist təhsili aldınız. Bəs bu sahədə çalışdınızmı?
— Çalışmışam. “Azərbaycan gəncləri”ndə işlədim. Sonra gəldim televiziyaya. Azərbaycan Televiziyasında, “Lider” TV-də çalışdım. Veriliş aparmaq mənim üçün daha yaxşı idi. Məsələn, bu gün aparıcılara baxıram, doğru-düzgün danışıq qabiliyyətləri yoxdur. Mən daha çox Azərbaycan Televiziyasına baxıram, Mədəniyyət kanalını izləyirəm. Çünki onlardan nəsə öyrənirəm. Əgər bir şeyə baxıramsa, ondan nəsə öyrənməliyəm. Axı mən olduqca savadlı müəllimlərdən dərs almışam. Mənə Şirməmməd Hüseynov, Nəsir İmanquliyev, Mircəlal Paşayev, Famil Mehdi, Nurəddin Babayev dərs deyiblər.
– Nurəddin Babayev nədən dərs deyib?
— Jurnalistikadan.
– Yaxşı müəllim idi?
— Yaxşı idi. Pis kişi deyildi.
– Axı “Gəlin kişilikdən danışaq” deyirdi.
(Gülürük və boğazımızı isladıb söhbətə davam edirik – O.B.)
– Siz yaxşı dövrdə təhsil almısınız, əslində. Şirməmməd Hüseynovdan təhsil almaq tarixin özündən təhsil almaqdır.
— Bəli. Yaxşı idi. Çünki sənə elm, tərbiyə aşılayırdılar. O dövrün dəyərləri bu gün yoxdur. Ona görə də belə biabırçılıqdır. 
©
Foto: Youtube / MGPHamının təhqir olunduğu film
– Yaxşı idi o dəyələr? Qadağalar, senzuralar…? Bəs azadlıq?
— Senzura indi də lazımdır. Azadlıq ayrı şeydir. Azadlıq o demək deyil ki, sən lütlənib gəzəsən. Azadlıq o demək deyil ki, sən ağzına gələn mahnını yazıb, verəsən efirə. Azadlıq o demək deyil ki, sən incəsənətə ziyan vurasan. Azadlıq o demək deyil ki, soyunub fəxri ad alasan, əsl sənətkarlar qala qıraqda. Hər şeyin qaydası var. Birini yağlayıb, birini dağlamazlar. 60-70 yaşlı sənətkara “Əməkdar artist” vermək ayıbdır.
– Niyə sənət üçün soyunmağı qəbahət sayırsınız? Dünya ulduzlarının əksəriyyəti sənət üçün bütün çərçivələrdən çıxırlar.
— Onların öz dəyərləri var. Sən sənətini göstər də. Niyə soyunmalısan ki? O dünya ulduzlarının birini göstər mənə ki, sənəti yoxdur. Uitni Hyuston, Madonna sənin qarşında çılpaq oxusa da, sənət onları geyindirəcək.
– Bizdə də sənəti olan, amma səhnə üçün soyuna bilən yaxşı ifaçılar var…
— Məsələn, kimdir?
– Məsələn, Aygün Kazımova, Briliant Dadaşova.
— İksi də yaxşı ifaçıdır. Briliant Dadaşovanın soyunmağını görməmişəm. Bilirsən, Orxan, insanlar elə bilirlər ki, kim məşhurdursa, deməli, yaxşı sənətkardır. Sözümü sənə aid etmirəm. Çünki sənin bu barədə düşüncələrinə bələdəm, yazılarını oxumuşam. Amma çoxluq elə bilir. Bəli, Briliant Dadaşova sənətkardır. O, özündən kiçik səs məktəbi yaratdı. Ondan sonra nə qədər insan oxudu, amma Briliant elə yenə də Briliantdır da. Bilirsiz, biz niyə dünya səhnəsinə çıxa bilmirik? Bu qədər simfonik əsərlər yazılır, amma dünya söhrəti qazanmır. Bizim bir yaxşı balerinamız yoxdur ki, dünya onu tanısın. Biz heç “Koroğlu” operasını dünyaya göstərə bilmədik. 
©
Sputnik / Orxan Bahadırsoy“Mən şəhidlik arzusu ilə yaşamışam”
– Məncə, onu elə göstərməsək, yaxşıdır. Amma Arif Məlikovun “Məhəbbət əfsanəsi” əksər ölkələrdə səhnələşdirilib.
— Öz ölkəmizdə isə səhnləşdirilmir. Niyə? Bu, biabırçılıqdır. Bu gün mən Arif Məlikovdan böyük bəstəkar tanımıram. Amma biz onu heç öz xalqımıza təqdim edə bilmirik. Dünyaya necə təqdim edək? Bilirsiz, dünyada tanınan sənətkarlarımız var. Zeynəb Xanlarova, Rəşid Behbudov, Müslüm Maqomayev müxtəlif ölkələrə gedirdilər, sevilirdilər. O vaxt qapalı SSRİ dövrü idi. O dövrdə heç kəsə asanlıqla icazə vermirdilər ki, gedib müqavilə ilə işləsinlər. Əgər icazə versəydilər, bu sənətkarlar gedib müqavilə ilə o ölkələrdə işləyərdi.
– Rübabə Muradova da eyni taleyi yaşayıb. “Leyli və Məcnun” tamaşasını Hindistandan gələn nümayəndələr izləyir və onu Hindistana dəvət edirlər. Amma icazə verilmir.
— Bəli, Rübabə xanım da xoş tale yaşamayıb. Bəxti gətirməyib. Muğam məktəbində çox böyük xanəndə olub. Əsas bu gündən danışırıq. Məsələn, mən sizə sual verirəm. Hansı müğənnimiz gedib Tarkanın qarşısında çıxış edə bilər?
– Bəlkə səhnə performansı baxımından Tarkanla bacarmaz, amma səsi ilə bacara bilən sənətçilərimiz var.
— Yoxdur. Bizim bu gün Tarkan kimi oxuya bilən müğənnimiz yoxdur. Olsaydı, bizdən də bir Tarkan çıxardı. Mənim çox xoşuma gəldi Elnur Hüseynov. Onun şəxsiyyəti ilə nə işləri var? Samir Bağırov olsun. Çox gözəl müğənnidir. Siz onun səsinə baxın. 
©
Sputnik / Murad OrujovDünyanın ən xoşbəxt xalqı
– Rauf müəllim, Azərbaycandan kənarda hansı mahnılarınız oxunub?
— Zəki Mürən oxuyub “Ağlama sevdam”ı. Bülənt Ərsoy oxuyub, Müşərrəf Akay oxuyub bu mahnını.
– Sizin adınızı qeyd ediblərmi müəllif kimi?
— Yox. Etməyiblər. Məni aldatdılar. Bir nəfər vardı. Gəlib mənə müqavilə imzalatdı. Sonra da öz adına çıxardı. Biz Zeynəb xanımla ora konsertə gedəndə o adamı axtardıq, tapa bilmədik. Məkanını bağlamışdılar fırıldaqlarına görə. Mənə pul lazım deyil, sadəcə mahnının müəllifiyəm və müəllif hüququmun tapdalanması mənə pis təsir edir. Elə Kayahan da mənim mahnımı oğurlayıb: “içimde hatıralar delik-deşik…” Mənim mahnımla eynidir: “gəl bacım, gəl qardaşım, bir olaq, yumruq olaq…” Onu vermişdim məhkəməyə. Uzun proses oldu. Sonra söhbət birdəfəlik bağlandı. Mənimlə yaşıd bəstəkarlardan birinci mənim mahnım ölkə xaricində oxunub.
– Mahnıların anonim və ya başqa müəllifin adı ilə təqdim olunması da bir ayrı dərddir. Eldar Mansurovun “Bayatılar”ı, Qulu Əsgərovun “Əziz dostum”u və başqa mahnılar da sizin “Ağlama sevdam” mahnısı kimi ya anonim təqdim olunub, ya da başqa müəlliflərin adı ilə.
— Biz güya etmirik bunu? Haçan türk mahnısı oxuyub demişik ki, sözləri filankəsin, musiqisi filankəsindir? Biz də edirik də. Anonim təqdim olunması yenə eybi yox. Başqa müəllifin adı ilə təqdim olunması isə artıq oğruluqdur. Məhkəməyə vermək lazımdır. Bunu bizdə də ediblər. Bütün köhnə fars mahnılarını çıxarıblar öz adlarına. “Dodağına gülüş qonub, gülüşünə vurulmuşam” mahnısı fars mahnısıdır, amma bizimkilər öz adından oxuyublar. Niyə birtərəfli danışırıq? Bizim çox yaxşı bəstəkarlarımız, çox yaxşı mahnılarımız var: Elza İbrahimova, Şəfiqə Axundova, Emin Sabitoğlu, Tofiq Quliyev, Hacı Xanməmmədov, Faiq Sücəddinov, Eldar Mansurov, Polad Bülbüloğlu və başqaları. Mənə ilk xeyir-duanı Emin Sabitoğlu verib. Səsyazma zamanı gördü, uğurlar arzuladı. 1993-cü ildə Zeynəb xanımın anası vəfat etmişdi, Emin Sabitoğlunun həyat yoldaşı Xədicə Abbasova ora gəlmişdi. Orda dedi ki, Emin müəllim Türkiyədə məni müdafiə edib, onları töhmət edib ki, “o uşağı niyə aldatmısız?”. 
©
Foto: Orkhan BahadirsoyHeydər Əliyevin adına yaraşmayan bina
– “Ağlama sevdam”la bağlı hər hansı bir tədbir görürsüz? Yəni heç olmasa mahnının altında imzanız olsun, tarixdə qalsın. Zəki Mürən, Bülənt Ərsoy, Müşərrəf Akay kimi nəhənglərin sizin mahnınızı oxuması böyük tarixi hadisədir. Bunun üzərinə düşmək lazımdır ki, tarixdə qalsın.
— Müraciət etmişəm müəllif hüquqlarına. Yaxın zamanda həll ediləcək.
– Musiqi təhsili almamağınız sənətdə sizə çox mane oldu?
— Əlbəttə. Əslində, təhsili olmayan çox istedadlı bəstəkarlarımız var. Ələkbər Tağıyev vardı, Şahid Əbdülkərimov, Bəhram Nəsibov vardı.
– O bəstəkarların mahnıları ilə bağlı da çoxlu mübahisələr var. Məsələn, “Gecələr” mahnısının müəllifi kimi Şahid Əbdülkərimov da deyilir, Bəhram Nəsibov da, başqaları da. Ələkbər Tağıyevdən başqa bütün təhsilsiz bəstəkarlar eyni taleyi yaşayıb. Ələkbər Tağıyev prokuror olduğu üçün ondan qorxurdular. Bir də sizin mahnılarınız mübahisəsiz qəbul edildi. Buna səbəb nə idi?
— Mən axı ərəb, fars, türk ladlarından həmişə qaçmışam. Bütün mahnılarım sırf milli üslubdadır. Bir dəfə Əlibaba Məmmədov mənə dedi ki, “bircə sən qalmısan azərbaycanca yazan, hamısı gedib”. O biri bəstəkarlarda fars, türk ladları vardı, bu da sovet senzurasına tuş gəlirdi. Sonra da müəllifləri mübahisəli qalırdı.
– Eyni mübahisə Bəhram Nəsibovun “Qal sənə qurban” mahnısının sözləri haqqında da var.
— Onun sözləri elə Bəhram Nəsibovundur. Mahnını dinləyəndə bilinir də. Hər kəsin öz üslubu var. © Stop-kadrMüasir Azərbaycan filminin hoqqaları
– Rauf müəllim, fəxri ad almağınıza nə mane oldu? Təhsil?
— Bilmirəm. Vermədilər.
– Axı sizin mahnılarınızı Zeynəb Xanlarova oxudu.
— Heç olmasa, ona hörmət edib verəydilər. Bəlkə bundan sonra verəcəklər, bilmirəm. Verməsələr də, canları sağ olsun. Əsas odur ki, xalq mənim mahnılarımı sevir. “Yaşa mənim xalqım” 26 ildir yazılıb, bu gün də bütün konsertlərdə oxunur, bütün müğənnilər tərəfindən ifa olunur.
– Hal-hazırda üzərində işlədiyiniz mahnılar var?
— Var. Zeynəb Xanlarovada, Mətanət İsgəndərlidə və başqalarında yeni mahnılarım var.
– Təşəkkür edirəm, müsahibə üçün. Minnətdaram.
— Çox sağ olun ki, yaddan çıxarmırsız.
mənbə :
Sputnik




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website