Azerbaycanda ilanlarla eyni evde yasayan aile

[r32]
2017-05-02T11:52 xeber –
BAKI, 2 may — Sputnik. Oğuzun Padar kəndində bir ailə ilanlarla birlikdə yaşayır. Nə qədər ürküdücü olsa da, illərdir öz evlərini ilanlarla paylaşan sakinlər bir çıxış yolu tapa bilmirlər.
Ailə başçısı Çəmşir Ələsgərov Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində üzləşdikləri təhlükəni anladıb: “Bir neçə il öncə evdə ilana rast gəldim. Getdikcə onların sayı artmağa başladı”.
Ailə üzvləri müxtəlif vasitələrlə bu təhlükəli heyvanlardan canlarını qurtarmağa çalışsalar da, heç bir faydası olmayıb. Çağırılmamış qonaqlarla bağlı kənd bələdiyyəsinə və icra nümayəndəliyinə də dəfələrlə müraciət edən C. Ələsgərovun səsinə səs verən olmayıb.İlanlı ev
©
Sputnik / İlham Ahmadovİlanlı ev
©
Sputnik / İlham Ahmadovİlanlı ev
©
Sputnik / İlham Ahmadov1 / 3
©
Sputnik / İlham Ahmadovİlanlı ev
İki metrə qədər uzunluğu olan ilanların zəhərli olduğu ehtimal olunur. Xoşbəxtlikdən indiyədək ailə üzvlərindən kimisə sancmasalar da, bu təhlükənin baş verməyəcəyinə dair zəmanət də yoxdur. İndi Ələsgərovlar ailəsinin yeganə ümidi, məsələnin ciddiliyini nəzərə alaraq, mütəxəssislərin əraziyə baş çəkməsinə qalıb.
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Oğuz rayon şöbəsindən Sputnik Azərbaycan-a bildirdilər ki, evin ilanlardan təmizlənməsi Oğuz rayon Gigiyena və Epidemiologiya Mərkəzinin səlahiyyətindədir. Həmin Mərkəzdən isə əksini diqqətə çatdırdılar ki, ilanların təmizlənməsi üçün lazım olan dərman preparatları yalnız rayon baytarlıq idarəsində olur.
Görünən odur ki, Ələsgərovlar ailəsindən kimisə ilan sancmasa, hansısa faciə baş verməsə, heç bir qurum hərəkətə keçməyəcək.
mənbə :
Sputnik

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir