Genc Tamasacilar Teatrinin yaradici heyeti Olke prezidenti terefinden mukafatlandirilib

[r32]

2 May, 2017  19:43 xeber – Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti ölkə prezidenti tərəfindən mükafatlandırılıb. Ölkə başçısının 1 may 2017-ci il tarixli “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” Sərəncamına əsasən, teatrın  bir qrup yaradıcı heyəti Azərbaycan milli teatr sənətinin inkişafındakı xidmətlərinə, səhnə fəaliyyətlərindəki nailiyyətlərə görə mükafata layiq görülüb.Teatrın mətbuat xidmətindən “Report”a  verilən məlumata görə, bununla əlaqədar Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyi ölkə başçısına təşəkkür məktubu ünvanlanıb. Məktubda Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinə və teatr sənətinə göstərdiyi yüksək diqqət və qayğının teatr kollektivini yeni yaradıcılıq uğurlarına, Azərbaycan teatrının daha da inkişaf etdiriliməsinə və onun ölkə hüdudlarından kənarda tanıdılmasında yorulmadan çalışmağa ruhlandırdığı diqqətə çatdırılıb.Mükafata layiq görülənlər əməkdar artistlər Naibə Allahverdiyeva, Kəmalə Hüseynova, Nübar Novruzova, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Nəsibə Eldarova, Rahib Əliyev, Şövqi Hüseynov, Qurban İsmayılov, Nicat Kazımov, Vahid Əliyev, əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

mənbə :
Report.az

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir