Bu, onun cekdiyi sonuncu sekil oldu

[r32]
2017-05-02T20:30 xeber – ABŞ ordusuna 2013-cü ildə könüllü qatılan və Əfqanıstandakı əməliyyatlarda hərbi fotoqraf kimi yer alan qadın əsgər Hilda Kleytonun çəkdiyi son şəkil internetdə paylaşılıb. 4 il öncə Əfqanıstanın Qaraqahi bölgəsində hərbi təlim əsnasında qəza nəticəsində dünyasını dəyişən Kleytonun son fotosu dünən ordu tərəfindən yayımlanıb.
Sputnik Azərbaycan “Mirror”-a istinadən xəbər verir ki, sözügedən şəkil xanım hərbçinin ailəsinin icazəsindən sonra paylaşılıb.
Qeyd edək ki, Hilda Kleyton 22 yaşında dünyasını dəyişib.
mənbə :
Sputnik

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir