“Facebook”dan yeni rekord

[r32]
2017-05-04T14:23 xeber – “Facebook” sosial şəbəkəsi bu ilin ilk rübündə qazandığı xalis gəlirini açıqlayıb. Şirkətin qazancı ötən ilin eyni vaxtı ilə müqayisədə 76% artaraq 3,06 milyard dollara çatıb. Keçən il isə bu rəqəm 1,74 milyard dollar idi.
Sputnik Azərbaycan Anadolu Agentliyinə istinadən xəbər verir ki, şirkətin reklam gəlirləri 2016-cı illə müqayisədə 2,4 milyard dollar artıb. Bundan başqa “Facebook” sosial şəbəkəsindən istifadə edənlərin sayı 2 milyard nəfərə çatıb. Ötən il bu rəqəm 1,28 milyard nəfər idi.
mənbə :
Sputnik

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir